понедельник, 26 декабря 2011 г.

Qəddafinin ölümü kimə sərf edirdi?


  Qəddafinin ölümü kimə sərf edirdi? Bu suala cavab vermək üçün gəlin hadisələrin əvvəlinə - yəni 17 fevral üsyanına qayıdaq. Bu tarixdə Benqazi şəhərində bir qrup insan həbs olunmuş vəkil Fəthi Tarbelin azadlığa buraxılması tələbi ilə aksiya keçirtmişdir. Liviya höküməti bu tələbi dərhal yerinə yetirsə də, aksiyaçılar evlərinə qayıtmayıblar, əksinə mağazalara, polis məntəqələrinə və digər obyektlərə hücum eleməyə başlamışdılar. Ona görə hökümət qüvvələri güc tədbiq etməyə məcbur qalmışdılar. Qərb, xüsusən də sionistlərdən asılı KİVlər minlərnən aksiyaçının qətlə yetirməsindən xəbər versələr də, müstəqil təşkilatlar hər iki tərəfdən cəmi 250 nəfərin öldüyünü bildiriblər. Bundan başqa Qərb Qəddafini "dinc" aksiyaçıları təyyarələrdən bombalanmasında ittiham etsə də, Rusiya kəşviyyatı kosmosdan çəkilən şəkillərnən bunun tamamilə yalan olduğunu ifşa etmişdir.
  Bu və digər qara böhtanlar səbəb olub ki, martın 18-də sionistlərin əlində oyuncağa çevrilmiş BMT təşkilatı 1973 saylı qətnamə qəbul edib. Bu sənəd "Liviyanın dinc əhalisini qorumaq üçün bombalanmasını" (!) nəzərdə tuturdu. Martın 19-da saat 16:45-də NATO təyyarələri Liviyaya ilk avia zərbələr endirmişdir. Vladimir Putin, Fidel Kastro, Seyid Əli Xamenei, Uqo Çaves, Evo Morales, Ceykob Zuma, Robert Muqabe, Daniel Orteqa və Yoveri Kaquta Musaveni kimi tanınmış dövlət başçıları NATO-nun bu vəhşiliyini kəskin pislədilər. Seyid Əli Xamenei  Qərbin əsl məqsədlərini ifşa edərək, belə demişdir: "Amerika və Qərb Liviya xalqını müdafiə etmək niyyətində deyil. Onlar yalnız Liviya nefti barədə düşünürlər".
  Bu hücum Liviya xalqını və liderini daha da sıx birləşdirib. İyulun 10-da 1.7 milyon insan (yəni Liviya əhalisinin 28%-i) liderinə dəstək vermək üçün Yaşıl meydana tökülüşdü. Qəddafi toplaşanlara müraciət edərək, belə demişdir: "Mən heç vaxt Liviya torpağını tərk etməyəcəm, qanımın son damlasına qədər vuruşacam və lazım gəlsə şəhid olacam. Biz şəhid olmağı arzulayırıq. Cihadımızla atalarımızın qəhrəmanlığını təkrar edəcəyik!"
  Xalqın və liderin vəhdətindən qorxan Qərb və onun əlaltıları Livayaya hücumlarını daha da artırdı. Alyans öz çirkin planlarını icra etmək üçün hətta dinc sakinlərə qarşı kimyəvi silahdan istifadə etməkdən belə çekinmədi. Avqustun 21-də NATO bombalarından 1300 mülki (o cümlədən qadınlar və uşaqlar) ölmüş, 900 nəfər ağır yaralanmışdır. Avqustun 24-də isə alyans Tripolinin Əbu-Səlim adlı bütöv bir qəsəbənin sakinlərini qırmışdır.
  Liviya xalqının güclü müqavimətinə baxmayaraq, üsyançılar NATO-nun köməyi ilə bir-birinin ardınca Bəni-Vəlid, Bab əl-Əziziyə, paytaxt Tripoli v s. şəhərlərini ələ keçirmişdilər. Nəhayət oktyabrın 20-də onlar Liviyanın son ümüdü olan Sirt şəhərinə soxuldular və Qəddafini vəhşicəsinə öldürdülər.
  Əslində Qəddafini Liviyalı üsyançılar yox, onların əli ilə Qərb öldürdü. Liviyanın artıq keçmiş liderinin ölümü Qərbə dörd səbəbə görə sərf edirdi:
  1. Qəddafi Obamanın, Sarkozinin, Berluskoninin və digər Qərb liderlərin maliyyə fırıldağlarından xəbərdar idi və bildiklərini tez bir zamanda ifşa eləmək istəyirdi. Hətta Fransa prezidenti Nikolya Sarkozi bu cəhətdən Qəddafini "Atom bombası" ilə müqayisə etmişdir.
  2. Qəddafi Fələstin, Somali, əfqan kimi məzlum müsəlman xalqların milli-azadlıq hərəkətlərini dəstəkləyirdi. Hətta BMT-də çıxış edərkən qərblilərə xitabən belə demişdir: "Somali piratları pirat deyillər. Piratlar sizsiz. Siz Somali sularında qanunsuz balıq ovu aparırsız. Somali "piratları" isə öz uşaqları üçün ölkənin sərvətlərini qoruyurlar. Mən onlarnan görüşmüşəm və söhbət eləmişəm".
  3. Qərb öz rüşvətxorluqdan iflic vəziyyətə düşmüş iqtisadiyyatını bərpa etmək üçün Liviya neftinə göz dikmişdir, amma Qəddafi xalqın ən böyük sərvətini simvolik qiymətə satmağa razılaşmırdı. Bu Qərbi Livayaya hücum etmək və Qəddafini öldürmək planında daha da qətiləşdirdi.
  4. Qəddafi digər region liderləri kimi Qərbə və sionizmə yaltaqlanmaq istəmirdi. Əksinə İtaliya baş naziri Silvio Berluskonini öz əlini öpməyə məcbur eləmişdir. Belə insan isə təbii ki, təkəbbürlü qərbliləri razı sala bilməzdi.
Beləliklə yuxarıdaki faktlara əsaslanaraq, Qəddafinin vəhşicəsinə öldürülməsi sırf Qərbin, xüsusən də Amerikann işi olmasını əminliklə demək mümkündür.
  P.s. Qəddafinin ölümündən iki gün sonra Facebook-da "Beyin fırtınası" adlı bir türk təşkilatının yazısına rast gəldim. "Kaddafi "zülmü": elektrik, doğalgaz ve su bedava!" adlanan bu məqalədə belə yazılmışdır: "Liviya vətəndaşları heç bir vergi ödəmirdi. Liviya milli bankları faiz götürmürdü. Tələbələrə Liviya höküməti aylıq 1650 avro verirdi. Liviyada bütün universitet məzunları bir iş tapmayana qədər maaşa bağlanılırdı. Liviyada evlənmək istəyən bütün cütlüklərə 150 metrlik sahə verilirdi. Liviyada kasıb ailələr aylıq 300 avro yardım alırdı. Amma bütün bunlar artıq keçmişdə qalıb. Çünki Liviya və bütün dünya böyük bir diktatordan qurtuldu..." Bu yazını oxuyanda 80 yaşlı bir liviyalı qadının sözləri yadıma düşdü: "Onlar (NATO əsgərləri) bizim uşaqlarımızı öldürür. Niyə onlar belə edirlər? Əvvəl həyatımız belə deyildi. Biz hamımız Qəddafini sevirdik və indi də sevirik, çünki biz Liviyanı sevirik. Üsyançılar qalib gəldilər. Ola bilsin bizi bunu qəbul etməyə məcbur edəcəklər, amma Müəmmər həmişə ürəklərimizdə qalacaq".
  P.p.s. Qəddafinin devrilməsindən sonra Qərbin növbəti qurbanı kimi Bəşər Əsəd nəzərdə tutulub. Əsədi devirmək alınsa, artıq hədəf İran İslam Cümhuriyyəti olacaq. İslam hökümətini də məhv etsələr, artıq buna qətiyyətlə dünya sionizmin təntənəsi kimi baxmaq olar. Əksinə, Bəşər Əsəd möhkəm dayansa və Suriya xalqı Qərbin təxribatlarına uymasa, regionda islamın nüfuzunu artırmasını və anti-islam diktatorların bir-birinin ardınca süquta uğranmasını asanlıqla proqnozlaşdıra bilərik.

  Asim Məmmədov, 08.11.2011

Şəhid Qəddafiyə!


Qopan naləyi-fəryadə, ey müsəlman dünyası,
Şəhid getdi Sirtdə ümmətin ən layiq balası.

Parəm-parçə etdilər vəhşilər qoca aslanı,
Boş çıxıb humanizm, azadlıq, demokrat vədası.

Amma qalmaz yerdə Polkovnikin bir qan qətrəsi,
Qətrəyə litir qan verəcek hər alyans dığasi!

Gözlə NATO, ABŞ, gözlə ey şəhri-Vaşınqton,
Bürüyəcək "Ağ evi" Allahu Əkbər sədası!

Öz evində boğulacaqsız, ey namərd məxluqlar,
Qara evə donacaqsan "Ağ ev" quldur yuvası!

Sevinmə sion, milləti-Libya qula çevrilməz,
Kömək etməz sənə qarət etdiyin neft parası!

Əmin ol, Asim, şəhid Müəmmər gedər cənnətə,
Qarşılayar onu behiştdə sevimli mövlası!

суббота, 24 декабря 2011 г.

Ağqoyunlu

Əsrin ortalarında Azərbaycan milləti,
Yaratdı adlı-sanlı, şöhrətli bir dövləti.
Ulu babanı yaddan çıxartmamış oldular,
Bayandurun ismini bu dövlətə qoydular.
Pəhləvan bəy ilk dəfə seçilmişdi hökmdar,
Azəribaycan ona gəlirdi amma ki, dar.
İraqla Anadolu, İran da, oldu bizim,
Pəhləvan dedi: indi genişləndi ərazim.
Hər iş gedirdi yaxşı, amma, yetişdi bir an,
On beşinci əsrdən ortaya çıxdı böhran.
Sıxıntılı günləri yaşadı Ağqoyunlu,
Gəldi hakimiyyətə bu vaxtlarda bir ulu.
Bax, həmin hökmdarın Uzun Həsəndir adı,
Nəsib oldu millətə o xoşbəxtliyin dadı.
Uzun Həsən xalqına olmuş idi bir mayak,
Müdrik Sara xanım da, oldu ona bir dayaq.
Düşmən dözə bilmədi bu xoşbəxtliyə əlbət,
Müsəllət oldu xalqa müharibə, müsibət.
Çıxdı üzə bu yandan avropalı fitnəkar,
İki türk hökmdarı bir-birinə oldu kar.
Savaş elan eylədi heyif qardaş-qardaşa,
Faciə Tercan kimi həkk olundu yaddaşa.

воскресенье, 4 декабря 2011 г.

V.Vısotskidən tərcümə


Kommentator öz kabinadan,
Söyür bizi elə-belə,-
Amma "Fiorentina"dan
Gəldi milyon Bışovitsa görə.

Peledir elə Pele
Dedim arvadıma mən də
Yeyir Pele krem-brüle
Jairzinyo ilə bir yerdə.

Oturmuşam bekəra,
Aldım zibil arvadıma
Rioda aldı Pele
Özünə bir Şevrole.

Murla məşğul oldu prokuratur,
Onun üçün reklamdır - oldu şad
Qaçmazdı bizim MUR-dan Mur
Bizdə olsaydı çempionat.

Peledir elə Pele
Dedim arvadıma mən də
Yeyir Pele krem-brüle
Jairzinyo ilə bir yerdə.

Oturmuşam bekəra,
Aldım zibil arvadıma
Rioda aldı Pele
Özünə bir Şevrole.

Bəlkə yüzə qədər saya bilmir o,-
Məncə yəqin bacarardı:
İkinci gözə sahib olsaydı Tostao
İki dəfə çox qol vurardı!

Hacı Əlikram Nardarani


Çatanda hacının hətta son nəfəsi,
Dilindən düşmədi "Ya Hüseyn" kəlməsi,
Fəxr eləyir Azərbaycan ölkəsi,
Allah rəhmət eləsin gəni,
Hacı Əlikram Nardarani.

Olanda Allahsız kommunist dövləti,
Sən Haqqa dəvət elədin milləti,
Əməllərinlə qazandın əbədi hörməti,
Məhv olmağa qoymadın dini,
Hacı Əlikram Nardarani.

Sən əsrimizin Xətaisi, Xomeynisisən,
Millətimizin iftihar mənbəsisən,
Göylərdən enən Allahın haqq səsisən,
Tərk elədi dünyayi-fani,
Hacı Əlikram Nardarani.

Bütün darül-islama yayıldı şöhrətin,
Hər Hüseyn aşiqi saxlayır hörmətin,
Mübarizliq ruhu ən böyük sərvətin,
Xalqımız unutmayacaq səni,
Hacı Əlikram Nardarani.

İmam Əli


Haqsızlığa şahid olarkən,
İnsanlara gözlər açmışdın.
Namaz üstə şəhid olarkən,
Sən şəhidlik tumu əkmişdin.

Sənin o sücaət yolunu
Hüseyin davam elətdirdi.
Kərbəlada o can verərkən
Qəhrəmanlığı öyrətdirdi.

Sevinirik ki, Buzovnada
İzlərin qaldı İmam Əli.
Sanki bir möcüzəli ada
Bizlərə saldı İmam Əli.

Az qalıb!


Xoş günlərimiz hələ qabağda,
Edəcəyik bayram Qarabağda,
Xalqım, millətim qalıb sorağda,
Sahibi Zaman gələcək, az qalıb!

Bu şərəfsiz sistemi quranlar,
Dindarları türməyə atanlar,
Öz canını şeytana satanlar,
Məhşərə peşman gələcək, az qalıb!

Bir istəyimdir tez gəlsin İmam,
Tez yetişsəydi o xoşbəxt məqam,
Gəl zühur elə, ey mənim ağam,
Hər dərdə dərman gələcək, az qalıb!

Gəlsə inşAllah Mehdi ağamız,
Sağalar bizim hicab yaramız,
Yaşayar xoşbəxt bizim xalqımız,
Şad Azərbaycan gələcək, az qalıb!