среда, 4 января 2012 г.

Hacı Mövsümsüz bir il...

  
  Hacı Mövsüm Səmədovun həbsindən bir il keçir. Düz bir ildir ki, o bacilarımızın hicabını müdafiə etdiyi üçün zindanda ailə uşaqdan didərqin düşüb. Nələr baş vermədi bu bir il ərzində... Hacı Taleh, Hacı Abgül, Hacı Ramin kimi mücahidlər şərlənərək tutuldu, İmam Hüseyn (ə) əzadarları döyüldü, parlamentdə de-fakto İslamı gadağan edən qanun qəbul olundu və s... Hacı Mövsüm azadlığda olsaydı necə reaksiya verərdi bütün bunlara? Təbii ki etiraz edərdi, öz Haqq səsini ucaldardı. "Hacı Mövsümsüz bu gadağaları həyata keçirtmək daha asan olar" düşündülər zalimlər və bu məntiqlə onu zindana atdılar. Amma onlar bir həqiqəti unutdular: GÜNƏŞİ PALATKA İLƏ ÖRTMƏK OLMAZ! Onlar unutdular ki, Azərbaycanda Hacı Mövsüm kimi onlarnan, yüzlərnən yox, MİNLƏRNƏN azadlıq sevən insanlar var! Və onların hər biri Hacı Mövsümün yolu ilə getməyə hazırdır! Çünki gözəl başa düşürlər ki, Həzrəti Yusif (ə), İmam Kazim (ə), İmam Xomeyni (r.ə) kimi Allah yolunda zindana düşən insanlar üçün yalnız iki yol var: məhbəsdə şəhid olaraq cənnətə ucalmaq, yaxud da azadlığa çıxaraq qəhrəman kimi qarşılanmaq. Hər iki yol insana şərəf, izzət və başucalığı verdiyindən, zalimlər İslam mücahidlərini zindana atmaqla özləri bilmədən onlara böyük hədiyyə edirlər. Allah təbarək və təala Qurani-Kərimdə buyurur: "Allah yolunda öldürülənlərə ölü deməyin, onlar diridir, lakin siz bunu dərk etmirsiz". Mən də deyirəm "Allah yolunda zindana düşənlərə məhbus deməyin, çünki onlar bizdən qat-qat azaddır! Biz mənəviyyatsızlıq, pozğunluq, cahiliyyət dünyasında yaşayırıq, onlar isə zindanda səcdəyə qapanaraq Allaha pənah aparırlar"!
  Hacı Mövsüm məhkəmədə son sözündə "Mənə ikiqat cəza verin, amma dostlarımı buraxın" deyəndə Qurani-Kərimin "əl-Həşr" sürəsi, 9-cü ayə yadıma düşdü. Orda Allah-Təala belə buyurur: "İman gətirmiş kimsələr öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətlərə ürəklərində ehtiyac və həsəd duymaz, özləri ehtiyac içində olsalar belə onları özlərindən üstün tutardılar. Nəfsinin xəsisliyindən, tamahından qorunub saxlanılan kimsələr. Məhz onlar nicat tapıb səadətə qovuşanlardır». «…Özlərindən üstün tutarlar...» ayəsi Əhli-Beyt (ə) haqqında nazil olsada, Hacı Mövsüm sanki Peyğəmbər (s) ailəsinin üzvü kimi davrandı və dostlarını özündən üstün tutdu. Və mən əminəm ki, Rəsulallah (s) bugün həyatda olsaydı necə vaxtı ilə ona qohum olmayan, hətta qeyri-ərəb olan Salman Farsi haqqında "O bizdəndir" söyləmişdir, eyni sözləri Hacı Mövsüm haqqında da deyərdi. Çünki bugün Peyğəmbərin dinini məhz onun kimi insanlar yaşadırlar! Salam olsun sənə, ey Rəsulallah əsgəri Hacı Mövsüm!
  Sonda vicdan məhbusları haqqında danışılanda adət halına düşmüş "Allah qapılarını açsın" duasının yerinə "Allah onlara şəhidlik versin" demək istəyirəm. Çünki Hacı Mövsüm və onun dostları kimi insanlar üçün azadlığda zillətnən yaşamaqdansa, zindanda şəhid olmaq qat-qat xoşdur. Ona görə Xudavəndi təbarək və təaladan acizanə istəyirəm ki, onlara həbsdə qalsalar zindanda, azadlığa çıxsalar isə Qarabağda şəhidlik versin. Amin, ya Rəbbil Aləmin!
  Asim Məmmədov, 04.01.2012