четверг, 21 июня 2012 г.

Fərqli baxış yoxsa çirkin iftira?

  Gər mana nifrin edər düşmən, mən andan qəm yemən
  Kim, münafiqdən gələn qarğış dua nisbətlüdür. (Şah İsmayıl Xətai)

  Bir müddət əvvəl yazıçı və publisist Güntay Gəncalpın "Səfəvi kimliyinə fərqli baxış" adlı kitabı işıq üzü görüb. Həmin kitabda və həmçinin "Axundovçuluq və antiaxundovçuluq üzərinə" məqaləsindəəllif böyük tarixi şəxsiyyətimiz Şah İsmayıl Xətaini "20 min sünni adamın başını kəsməkdə", "Livan dilənçilərini Azərbaycana köçürtməkdə", "30 min Azərbaycan türkünü fars şovinizminə təslim etməkdə", "Əslində şair olmadığında", "Kərbəla şəhidi Hürrün qəbrini açmamaqda" və s... günahlarda ittiham etmişdir. Bu iftiralara bir-bir cavab verərik, sadəcə öncə əziz oxucaların diqqətini bir-neçə maraqlı mətləbə cəlb etmək istəyirəm: kitabda demək olar ki, hər səhifədə rast gəlinən qrammatik səhvləri hələ diqqətsizliyə və klaviaturanın nasazlığına silmək olar. Amma özünü "tədqiqatçı" adlandıran şəxs üçün bağışlanmaz olan məzmun səhvlərini fəqət savadsızlığnan izah etmək olar. Hətta kitabın əsas mətninin elə birinci cümləsindəəllif ciddi səhvə imza atır: (Bu və digər sitatlarda orfoqrafiya orijinalda olduğu kimi saxlanılıb) "Türklərin İslamiyətlə tanışlığını tarixçilər 751-ci il Talas savaşı zamanına bağlamaqdadırlar." Məlum olduğu kimi, bütün tarixçilərin nəzəri ilə İslam dini Azərbaycana 642-ci ildə ərəb qoşunları ilə daxil olub. Gəncalpın "751-ci il" kəliməsini işlətməsi fəqət iki şeydən xəbər verə bilər: o ya Azərbaycanı türk ölkəsi kimi qəbul etmir, ya da yuxarıda qeyd etdiyim faktı bilmir. Gəncalp, özünün bütün yazılarında və o cümlədən "Səfəvi kimliyinə fərqli baxış" kitabında dəfələrnən "türklükdən" dəm vurduğundan, birinci heç inandırıcı görünmür. Belədə qalır ikinci variant, yəni müəllif İslamın Azərbaycana gəlməsinin 642-ci ildə baş verməsini bilmir! Ortaya məntiqi sual çıxır: belə bir məşhur faktı bilməyən insan, nə cür tarix kitabı yaza bilər? Və əgər yazıbsa, bunu nə qədər ciddi qəbul etmək olar? Nəisə... Keçək iftiraların cavablandırılmasına:
  1. Şah İsmayılın qaralamasına keçməzdən öncə, Gəncalp Şahın ulu babası Şeyx Səfiəddin (r.ə) haqqında bəzi əsassız iddialar edir. Əvvəla onu deyim ki, müəllif "Səfiəddin" yerinə inadla "Səfyəddin" yazır. Bu da onun ərəb qrammatikasından bixəbər olmasını göstərir. Çünki "əddin" sonluğu ilə bitən adlar mütləq hansısa məna verməlidir. Məsəl üçün: Fəxrəddin (dinin fəxri), Sədrəddin (dinin sədri), Nizaməddin (dinin nizamı) və s... Səfiəddin ismi "dinin səffaflığı" deməkdir. Gəncalpın yazdığı "Səfyəddin" variantı isə heç bir məna vermir, çünki ərəb dilində "səfy" sözü yoxdur! Yenə də ortaya sual çıxır: heç bəhs etdiyi insanın adını düzgün yaza bilməyən şəxs necə onun haqqında dərin elmi mülahizələr edə bilər?! Əksər suallarım kimi bu sual da çox gümanki cavabsız qalacaq...
  Gəncalpın Şeyx haqqında etdiyi böhtanları bir cümlə ilə ifadə etmək istəsək belə nəticə alınar: "Şeyx təsis etdiyi xanigahda (!) gecə-gündüz səmazənliklə məşğul olur, rəqs eləyir (!!) və eşşək ətini (!!!) yeyir." Əgər onun sözlərinə inansaq, Şəyxin təsis etdiyi "Darül-irşad" elmi mərkəzi əslində elm ocağı yox, sözün əsl mənasında DİSKOTEKA idi! Həənd bütün ciddi əcnəbi alimlər bu darül-irşadın (Gəncalpın dili ilə desək "Xanigahın") məhz elm mərkəzi olduğunu təsdiqləyirlər. Hətta hollandiyalı səyahətçi Streys orda saxlanılan kitablarından öz heyranlığını gizlədə bilməyib! (Bax: Y.Mahmudov, "Səyahətlər, kəşflər, Azərbaycan", səh.178). Darül-irşadın elm ocağı olmasının başqa bir dəlili "Səfvətüs Səfa" kitabında nəql olunmuş çoxsaylı rəvayətlərdi. Hətta bu kitabın dördüncü babı tamamilə şagirdlərin Şeyxə ünvanlanmış şəri və fəlsəfi suallardan və onun verdiyi cavablarından ibarətdir. Bu onu göstərir ki, Şeyx müctəhid kimi fəaliyyət göstərirdi, Gəncalpın dediyi kimi "Dans öyrətməni" kimi yox.
  2. "20 min sünni adamın başını kəsmək" iftirası. Barəsində söhbət etdiyimiz kitabın 141-ci səhifəsində Gəncalp belə yazır: "Bir neçə gün içində Təbrizdə 20 min əhali öldürüldü. Şah İsmayılın Təbrizdə törətdiyi cinayətə bəşər tarixi tanıq olmamışdır. Bəlkə Şah İsmayılı Neronla qiyaslamaq olar. Şah İsmayılın törətdiyi qətllərin xəbəri Avropaya da gedib çatmışdı." Məlum olduğu kimi, Şah İsmayıl 1501-ci ildə Təbrizə girəndə belə bir cümlə işlətmişdir: "Əgər kimsə mənə şiəliyi yaymaqda müqavimət göstərsə, mən böyük Allahın köməyilə qılınca əl ataram və bir nəfəri də sağ qoymaram". Bu kəlimə sonralar bədniyyətli insanlar arasında müxtəlif söz-söhbətlərə səbəb oldu. Həqiqət isə bundan ibarətdir ki, Şah İsmayıl iki səbəbə görə 20 min sünninin başını kəsə bilməzdi: 1) O vaxt Təbrizdə heç bu qədər sünni yaşamırdı! Məşhur İran tarixçiləri N.Şeybani və S.Rəhimzadə qeyd edirlər ki, o vaxt bütün İranın (o cümlədən Təbrizin) əhalisi demək olar ki, tamamilə şiələrdən ibarət idi. Belədə 100 minlik Təbrizdə 20 min sünninin yaşaması qeyri-real görünür. 2)-si Şah İsmayıl demişdir ki, mən fəqət müqavimət olan halda qılınca əl ataram, amma iş ondadır ki, müqaviməti göstərən tapılmadı. Bunun da səbəbi çox sadə idi: Azərbaycan xalqı həmişə gizlində Əhli-Beytə (ə) böyük sevgi-məhəbbət göstərirdi və şiəliyin rəsmiyyətə alınması Şah İsmayılın şəxsi təşəbbüsü yox, elə xalqın istəyi idi. Venetsiya səyyahlardan biri də bu fikiri təsdiq edir: "Şah İsmayıl xalq içərisində böyük şöhrət qazanmışdı və ona xilaskar, imam Mehdi kimi baxırdılar" ("Venetsiyalıların səyahətləri", səh.218). Bu kəlimə eyni zamanda iki şeyi sübut edir: 1-si xalq Şah İsmayılı dəstəkləyirdi, 2-si də xalqın İmam Mehdiyə etiqadı var idi (yəni şiə idi!).
  Maraqlıdır ki, heç mövcud olmayan soyqırım haqqında böyük "ürək ağrısı" ilə danışan Gəncalp Təbrizdə 1585-ci ildə baş vermiş əsl soyqırıma ümumiyyətlə toxunmur. Bu tarixdə osmanlılar Təbrizi ələ keçirib, şəhərdəki binaları, məscidləri, sarayları yerlə-yeksan ediblər, dinc əhalini isə qılıncdan keçiriblər. Səfəvilərin qayğısı sayəsində çiçəklənən Təbriz Yaxın Şərqdə tayı-bərabəri olmayan bir ictimai-mədəni mərkəzdən Osmanlının vəhşi hücumu nəticəsində ölü şəhərə çevrilmişdir. Osmanlı vurğunu olan Gəncalp isə nədənsə bu fakt haqqında inadla susur...
  3. "Livan dərvişləri və dilənçilərini Azərbaycana köçürtmək və onlara yüksək dini vəzifələr vermək" iftirası. Bu böhtana cavab vermək üçün o vaxt yüksək dini vəzifələri tutmuş alimlərin siyahısına nəzər salmaq kifayətdir:
  Xacə Cəmaləddin Məhəmməd Təbrizi - Çaldıran vuruşmasından sonra vəkil vəzifəsində çalışıb.
  Şəhabəddin Abdulla Lalə - Azərbaycanın tanınmış seyidlərindən idi, 1514-cü ildə sədr vəzifəsinə təyin olunmuşdur.
  Qazi Cahan Qəzvini - Şah İsmayılın sonuncu dəfə təyin etdiyi vəzir olmuşdur.
  Ağa Molla Qəzvini - 1525-ci ilin bir neçə ayı ərzində dövləti idarə etmiş əmirlər üçlüyünə öz tövsiyələrini hazırlamaq məqsədilə təsis edilmiş vəzirlər şurasının üzvü olmuşdur.
  Mövlana Məhəmməd Əli Təbrizi - atası Molla İnayətulla dünyasını dəyişdikdən sonra, Səfəvi sarayında yüksək ruhaniyyət məqamına yetişmişdir.
  Bu siyahını uzatmaq da olar. Gördüyünüz kimi, Səfəvilərin yüksək məqamlı ruhaniləri heç də "livanlı axundlar" yox, təbrizli və qəzvinli azərbaycanlılar olublar. Əlbəttə ki, Ərdəbilin imam-cüməsi Seyid Həsən Amilinin əcdadlarının Şah İsmayılın vaxtında Livandan Azərbaycana köçdüyünü nəzərə alsaq, Gəncalpın iddiasını bir növ əsaslandıra bilərik. Amma tarixi arxivləri araşdırsaq, görərik ki, Azərbaycanda livanlı mühacirlərin sayı çox cüzi olub və onlar heç də iddia olunduğu kimi sarayda feodallıqla yox, elə vətənlərində kimi küçələrdə dini təbliğat ilə məşğul idilər.
  Həmçinin Gəncalpın "əsərini" diqqətlə analiz edəndə, maraqlı bir məqama rast gəldim. Müəllif yazır ki, "Şah İsmayıl Livanın küçələrində sülənib dərvişlik edən şiə axundları Təbrizə dəvət etdi. Bunların başında Məclisi ailəsi dururdu". Həənd Şah İsmayıl və Əllamə Məclisi nəinki eyni illərdə, heç eyni əsrlərdə belə yaşamayıblar! Şah İsmayıl 1487-ci, Məclisi isə 1616-ci ildə dünyaya gəlmişdir. Aralarında düz 129 il (!) yaş fərqi var! Belədə Gəncalpın daha bir köbud səhvi aşkara çıxır... (Maraqlıdır ki, mən bu məsələni Gəncalpa irad tutanda, o bir müddət fikirləşdikdən sonra, cavab verdi ki, "Mən Məclisinin özünü yox, onun ailəsini nəzərdə tutmuşam." Ancaq bu söhbəti fırlatmaqdan başqa heç nə deyil, çünki kitabın 136-ci səhifəsində o yazır: "Mehdinin zühuru ilə bağlı Məclisinin "Bəhar-ul ənvar" kitabının "Mehdiyi moud" bölümünə müraciət edilə bilər. Orada Mehdi gəldiyini necə qanlar axıdacağı, sünniləri necə qətl edəcəyi haqda ayrıntılı fantastik bilgi verilmişdir. Şah İsmayıl böylə əfsanələri bolca eşitmişdir." Bu ifadə onu göstərir ki, Gəncalp Şah İsmayılın "Biharül-ənvardan" ilham aldığını sanır və onun Məclisidən 1 əsr əvvəl yaşamasını doğurdan da bilmir.)
  4. "30 milyon Azərbaycan türkünü fars şövinizminə təslim etmək" iftirası. Açığı deyim ki, Azərbaycan dilini İranda yeqanə rəsmi dil kimi tanıtdıran və qeyri-türk millətindən olanlara silah gəzdirməyi gadağan edən bir insanın (yəni Şah İsmayılın) "fars şovinizmində" ittiham olunması mənim üçün çox gözlənilməz oldu. Dil və silahı qoyaq bir qırağa, Səfəvi dövləti şahlıq, müasir İran İslam Cümhuriyyəti isə əsasları Həzrəti İmam Xomeyni (r.ə)-in "Höküməti-İslami" kitabında təşəkkül tapmış vilayəti-fəqih sistemilə idarə olunur. Nəzərə alsaq ki, vilayəti-fəqih və şahlıq sistemləri bir-birinə zidd və düşmənçilik bəsləyən quruluşlardır, asanlıqla başa düşə bilərik ki, İranın indiki höküməti heç də səfəvilərdən məə almır. Və İran azərilərinin bugünkü müşküllərində səfəviləri ittiham etmək çox gülünc və yersizdir.
    Ümümiyyətlə Gəncalpın bütün "fərqli baxışı" ondan ibarətdir ki, Şah İsmayıl əslində Azərbaycan vətənpərvəri yox, fars irqçisi idi. Bunu isbat etmək üçün müəllif hətta bütün tarixi faktlara müxalif gedərək, Səfəvi dövlətinin rəsmi dilinin Azərbaycan dilinin yox, fars dilinin olduğunu iddia edir. Özdə heç bir sübut gətirmədən! Bunun əksini isbatlayan dəlillər isə saysız-hesabsızdır: sarayda, orduda, ədəbiyyatda və hətta diplomatik yazışmada Azərbaycan dilindən istifadə olunurdu, sarayın ədəbi divanı Azərbaycan dilində fəaliyyət göstərirdi, farsca yazılmış tarixi və dini kitablar Azərbaycan dilinə tərcümə olunurdu (məsəl üçün "Şühədanamə", "Səfvətüs-səfa", "Kəvamilüt-təbir") və s. Hətta Gəncalpın kumiri Sultan Səlim (l.ə) Şah İsmayıla farsca məktub yazdığı halda, Şah ona azərbaycanca cavab vermişdir! Gəncalp isə bütün bunları görməməzliyə vurur!
  Kitabı diqqətlə vərəqləsək, əsl irqçinin Şah İsmayılın yox, elə Gəncalpın özünün olduğunu görərik. 154-cü səhifədə o belə yazır: "Təbərrayan təbərləri (baltaları) ilə Təbriz əhalisini fars mollası Şəmsəddinin buyuruqları üzərinə öldürürdülər." Fikir verin, bu cümlədə nə qədər kin və nifrət var! Əslində Gəncalp bu kitabda nifrət yağdırmaq fikrində olduğunu heç gizlətmir də. 19-cu səhifədə oxuyuruq: "Bu kitab Səfəviyətə qarşı bir etiraz manifestidir." Yəni Gəncalp bir növ işarə edir ki, "Məndən obyektivlik gözləməyin ha, içimdə nə qədər nifrət var hamısını bura tökdürəcəm!" Və tökdürdü də. Kitabda milli nifrətin təbliğiylə yanaşı, həm də dini və məzhəbi nifrət təbliğ olunur. 173-cü səhifədə Gəncalp yazır: "Səfəvilərdən bizə miras qalan sürülər şəklində camilərdə toplaşıb mələşərək "Allah Yəzidə və onun dədə-babasına lənət eyləsin!" söyləmək olmuşdur." Bu da riyakarlığın son həddi: dini tolerantlıqdan ağız dolusu şüvənlik edən birisi 130 milyon şiə müsəlmanın müqəddəs saydığı əzadarlıq mərasimlərinə "mələşmə" deyərək, onların dini hisslərini şərəfsizcəsinə təhqir edir! Bu iyrənc cümlə ilə əslində kimin irqçi və şovinist olduğu hamı üçün məlum olur...
  5. "Şah İsmayıl əslində şair olmayıb" iftirası. Gəlin bu gülünc böhtanı Gəncalpın öz dilindən eşidək: "İsmayılın tanrılığını təbliğ etmək üçün ona tapınan ozanlar Anadolunun coşqulu ələvi-bəktaşilərini daha da coşdurmaq üçün adına şeir yazmış ola bilərlər. Çünkü bu şeirlər ideoloji xarakterlidir. Ömrü savaşlarda keçən Şah İsmayılın, özəlliklə iqtidara gəldiyi ilk illərdə bu qədər şeir yaza biləcəyi mümkün deyildir." Əvvəlcə bir ehtimal kimi irəli sürülən iddianı Gəncalp daha sonra gerçək bir fakt kimi sırayır: "336 Anadolu Xətailəri bölümündə 219 heca, 23 qəzəl olmaq üzərə 242 şeir yer almaqdadır." Əvvəlcə onu deyim ki, Gəncalp heç şeirlərin sayını belə düzgün göstərə bilmir. Bütün təzkirələrdə Xətainin 400 qəzəl, 100 qəsidə, 4 beytin və bir poemanın müəllifi olduğu göstərilir. Sonra isə Gəncalp bu şeirlərin müəllifliyin Şah İsmayıla yox, hansısa naməlum Anadolu ozanlarına məxsus olduğunu iddia edir. Həənd Şah İsmayılın şeirlərində elə məqamlar var ki, onu hər yoldan keçən yazmaz, onu yazan gərək hərtərəfli savada malik olsun. Məsəl üçün "Bahariyyə" şeirində bəzi incə nüanslar var ki, müəllifin biologiya elmində dərin biliklərə malik olmasını göstərir. Məgər hansısa kənd ozanı bu biliklərə malik ola bilərdi? Unutmayaq ki, o vaxt fəqət varlı təbəqənin nümayəndələri təhsil alırdılar. Fəqirlər isə daha çox savadsız və əksəriyyəti yazıb-poza bilməyən qalırdılar. Bu da haqqında danışdığımız şeirlərin hansısa naməlum ozanlara yox, məhz Şah İsmayıla məxsus olduğunun daha bir sübutudur. Həmçinin Gəncalpın "Ta kəlamullahi-natiq höccəti-tənzildir" misrası ilə başlanan gətirdiyi şeir də, onun leyhinə yox əleyhinədir. Çünki 90%-ni ərəb-fars sözləri təşkil edən bu şeir məhz sarayın təntənəli dilində yazılıb, xalq ozanlarının dilində yox. Gəncalp kitabın 61-ci səhifəsində özü deyir ki, "O vaxt yoxsulların adları ümümən türkçə adlar olmuşdur." Bəs niyə hətta adları belə "təmiz türkçə" olan bu insanlar birdən-birə başlayırlar ərəb-fars sözləriylə şeir qoşmağa?
  Görəsən Gəncalpı bu qədər tarixi həqiqətləri təhrif etməyə vadar edən nə idi? Cavab çox sadədir: Şah İsmayıl öz şeirlərində insana yüksək dəyər verdiyindən və humanizmi təbliğ etdiyindən, bu Gəncalpın onun haqqında yaratdığı "Vəhşi, başkəsən və adamyeyən" sürətilə tamamilə ziddir. Və Gəncalp öz batil nəzəriyyəni əsaslandırmaq üçün bu şeirləri başqa insanlara nisbət etməkdən daha yaxşı heç nə fikirləşə bilmədi. Amma bunu da çox savadsız tərzdə etdiyindən, onun yalanını ifşa etmək elə də çətin olmadı. Necə deyərlər: "Yalan ayaq tutar, ancaq yeriməz."
  6. Və nəhayət sonuncu iftira: Gəncalp Şah İsmayılın Kərbəla şəhidi Hürrün qəbrini açmasına şübhə edərək yazır: "Gəlin bu məsələyə ağlın mühakiməsi ilə baxaq. Niyə İsmayıl Hürrün qəbrini açır? Bu səlahiyyəti ona kim vermiş? İsmayıldan 900 il öncə ölmüş bir adamın qanı hələ də axa bilər?" Baxaq deyirsiz, baxaq! :) Əlbəttə mən Xudavəndi təbarək və təalanın Qurani-Kərimdə şəhidlərin ölməzliyini bəyan etməsini yaza bilərdim. Amma materialist düşüncəli bir adam üçün bu kifayət etməz. Ona görə görə tarixdə mövcud olan konkret nümünələrnən yazacam. Görkəmli İran alimi Əliəkbər Mehdipur "Əcsadi-cavidan" ("Diri meyitlər") adlı kitabda tarix boyu cəsədlərinin çürümədən salamat qalması məlum olan 136 nəfər haqqında ətraflı söhbət açmışdır. Bu 136 nəfərin cəsədi dəfn edildikdən uzun müddət sonra müxtəlif səbəblər üzündən (cəsədin başqa yerə köçürülməsi, qəbrin uçulub dağıdılması, qəbristanlığı sel aparması, bəzi suallara cavab tapmaq üçün qəsdnən qəbrin açılması və s...) qəbirdən çıxarılmış və onlarda qətiyyən çürümə əlamətləri müşahidə olunmamışdır. Həmin "diri meyitlərin" siyahısında Abdullah ibn Əbdul Müttəlib (VI əsr), Şeyx Kuleyni, Şeyx Səduq (hər ikisi X əsr), Şəhid Burğani, Ayətullah Fazil Lənkərani (hər iksi XIX əsr) və başqa tanınmış şəxsiyyətlər var. Çürüməyən cəsədlər təə müsəlmanlarda yox, başqa dinlərin nümayəndələrində də var. Onların arasında xristian rahibəsi Bernadet Subiruyanı və buddist laması Xambo İtiqelovu qeyd etmək olar. Belədə aydın olur ki, 828 ildən sonra Hürrün başından hələ də qanın axması heç də təəccüblü və qeyri-real görünmür, çünki tarixdə belə nümunələr kifayət qədər var.
  Başqa yerdə Gəncalp yazır ki, "Bu hadisə səfəvilərin oyunbazlığıdır, çünki heç bir tarixi qaynaq onu yazmır." Möhtərəm oxucuları yormamaq üçün bu "mövcud olmayan" qaynaqlardan fəqət birini - Şeyx Abbas Quminin, "Nəfsu'l-məhmum" kitabını qeyd edirəm. Həmin kitabda yazılıb: "Kərbəla faciəsindən 850 il sonra, hicri 914-cü (miladi 1508) ildə Şah İsmayıl Xətai İraqı fəth etdi. Onun əmri ilə İraqdakı müqəddəs ziyarətgahları təmir edib, üzərində yaraşıqlı məscidlər tikməyə başladılar (Həənd Gəncalp əksinə onların dağıdılmasını iddia edir - A.M). Bu zaman bəzi adamlar Hürrün fəzilətlərini inkar edib, guya onun tövbəsinin qəbul olmadığını bildirdilər. Şah İsmayıl bu söz-söhbətə son qoymaq üçün Hürrün qəbrini açmağı əmr etdi. Bu zaman cəngavər Hürrün cəsədi başdan ayağa kimi təzə, bitişməmiş yaralarla örtülü halda aşkara çıxdı. Cənazənin başında İmam Hüseynin (ə) öz əli ilə bağladığı dəsmal da qalmışdı. Şah İsmayıl həmin dəsmalı təbərrük kimi saxlamaq niyyətilə cəsədin başından açmağa göstəriş verdi. Amma dəsmal açılan kimi yaradan al qan axmağa başladı. Cənazənin başını başqa dəsmalla bağlamaq istəsələr də, qan kəsilmədi. Axırda məcbur olub, həmin dəsmalı yenə öz yerinə bağladılar və qan kəsildi. Şah İsmayıl bu hadisədən sonra Hürrün qəbri üzərində də böyük məscidin tikilməsi üçün göstəriş verdi."
  Həmçinin Gəncalp belə bir sualı da ortaya qoyur: "Hürr sanki sadəcə kiçik bir bıçaqla yaralanmış ki, o yaraya da Hüseyin dəsmalını qoymuş. O savaşda insanları parəm-parça doğradılar. Hüseynin başını kəsdilər. Hürrü doğram-doğram doğradılar. Ayrıca, İsmayıl nədən Hürrün qəbrini açmalı idi?" Gəncalp Məhəmməd Füzulini sevdiyini iddia etsə də, onun yaradıcılığı ilə çox gümanki doğru-dürüst tanış deyil. Çünki əks halda dahi şairin Hürrün şəhadətini "Hədiqətüs-süəda" kitabının 280-ci səhifəsində necə anladmasını bilərdi. Füzuli yazır: "Ləşkər hər canibdən qüluvv qılub, ol namuradı ortaya alub, nagah Qisvar bin Kinanə bir zəxmi-mühlik urub, Hürr dəxi ana bir zəxm urub, ikisi dəxi mərkəbdən cüda olub, Hürr nə'rə urdu ki, "Yəbnə Rəsulallah, ədrikni!" Həzrəti-İmam biixtiyar meydana girüb, Hürrü ol zalimlər arasından alub ləşkərinə yetürdi və mərkəbindən enüb, başını dizi üzərinə alub, astini-mübarəkiylə rüxsarından xakü xun pak edüb dua qılarkən, Hürr anun rayiheyi-canbəxşindən həyat istiarə qılub, rüxsari-mübarəkinə dideyi-iştiyaq açub, təbəssüm qılub ayıtdı: "Ya İmam, bəndən razı oldunmu?" İmam ayıtdı: "Səndən razı oldum, Allah səndən razı olsun." Gördüyünüz kimi Füzuli də "Başını dizi üzərinə alub" cümləsilə dəsmal məsələsini qismən təsdiq edir. Hürrün doğram-doğram edilməməsini yox, məhz kiçik yara ilə şəhid edilməsini isə şair İmam Hüseyn (ə)-ın onun imdadına vaxtında çatması ilə izah edir.
  Qəbrin açılmasının səbəblərinə gəlincə, bu işdə Şah İsmayıl iki məqsəd güdürdü: 1-si Hürrün fəzilətini inkar edən bəzi insanlara, onun cəsədinin çürüməməsini göstərməklə həqiqətən şəhid olduğunu sübut etmək. 2-si də şəhidlərin ölməz olduğunu gələcək nəsillərə çatdırmaq. Və nəzərə alsaq ki, İran-İraq müharibəsində iranlılar bu əhvalatdan ilham alaraq dəstə-dəstə şəhadətə gedirdilər, Şahın bu addımı öz bəhrəsini verdi. Amma təssüfki Gəncalp kimi məktəbi-şəhadətdən uzaq olan adam bunu anlamaz. Atalar yaxşı deyib: "Eşşək nə bilir zəfəran nədir." Sonda məqaləmi Şah İsmayıl babamızın Gəncalp kimi insanlara xitab olunmuş gözəl şeiriylə bitirmək istəyirəm:

  Gər mana nifrin edər düşmən, mən andan qəm yemən
  Kim, münafiqdən gələn qarğış dua nisbətlüdür.

  Abi-çeşmimdən xəyalın hər zaman əksilməsün
  Kim, anın əksi gözümdə tutiya nisbətlüdür.

  Eşq ilən laf etmə, ey miskin Xətai, əbsəm əl
  Kim, bu mənzildə səlatinlər gəda nisbətlüdür.

  Asim Məmmədov, şair və publisist.