понедельник, 16 июля 2012 г.

Изгнание из рая


Сегодня утром со своей кровати
Вознёсся я на небо прямо в рай.
Как было б в этот чудный миг некстати
Услышать: "Это сон, чувак. Вставай!"

Но это был не сон и не виденье,-
Я понял это, так как был смышлён:
Ведь смог увидеть там я трон Господний,
И был величием его ошеломлён.

Дьявол - и он там был на удивленье,-
Сидел понуро связанный цепями.
Он что-то лепетал про искушенье
И в кровь царапал голову когтями.

От трона ж дивный свет шёл на меня,
Собравшись в круг, под ним сидели
Пророк Мухаммед наш и его семья,
И все они лишь на меня глядели.

Но не было в их взгляде одобренья,
А лишь гнев праведный читался в них.
Я всё ж надеялся на их прощенье,
Но в ожиданье худшего затих.

Предсказуемым их решенье стало:
"Грешника из рая надо прогнать!"
А что таить: грешков за мной немало,
Я потому не стал права свои качать.

И тут же ангел с ликом ребёнка,
Ко мне подлетел не доброе затея;
За шиворот схватил он как котёнка,
Пинком из рая меня сбросил, не жалея.

Как сбитый сокол вниз я устремился,
Пока башкой не выбил черепицу,
Вот так полёт бесславно завершился,
Приземлился харей прямо в пиццу.

И вот опять я на своей кровати,
А значит, это сон был? Или нет?
Я так и не узнаю это, братья,
А впрочем и не нужен мне ответ!

Ведь я усвоил наиглавнейший аспект:
Твори добро ты, ближним помогая!
И будет для тебя божественный респект,
Никто не выгонит тебя из рая!

понедельник, 2 июля 2012 г.

Ərdoğanın təhlükəli Suriya oyunu

  Bəşər Əsəd: "Yezidlərin məqsədi demokratiya adı altında İslamı məhv etməkdir.”

  Bir neçə gün əvvəl Suriyanın hava ərazisində Türkiyəyə məxsus iki təyyarənin vurulması ilə, bu iki ölkə arasında hökm sürən konflikt yeni mərhələyə daxil oldu. Əgər bundan qabağ tərəflər fəqət bir-birinə qarşı kəskin bəyanatlarla kifayətlənirdilərsə, indi real hərbi güc tədbiqinə keçid edilib. Bu da yaxşı heç nə vəd etmir, çünki məntəqəmizdə yeni müharibə kabusu artıq aydın görünməyə başlayıb. Bunun əsas səbəbi də Türkiyə hökümətinin Qərbin xoşuna gəlmək üçün Suriyanın daxili işlərinə kobudcasına müdaxilə etməsidir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana buna görə kimsə irad tutanda, o dərhal cavab verir ki, "Biz qonşu ölkədə müsəlmanların öldürülməsinə göz yuma bilmərik!" Suriya məsələsində müsəlmançılıqdan dəm vuran "başbakan" nədənsə İraqda, Əfqanistanda və Liviyada ABŞ-NATO dueti tərəfindən müsəlmanlara qarşı törədilən qətliamlara göz yumur. Liviya hadisələri zamanında Müəmmər Qəddafi Ərdoğana ünvanladığı məktubda necə də düz yazmışdır: "Savaş gəmilərini bütün ölkələrdən öncə təpəmizə yollayan sevgili Türkiyə, İraq xalqının başına gələnlərin Liviya xalqının da başına gələcəyini bilən işbirlikçi Türkiyə, "Müsəlmanam" deyerək xristian ordusu ilə birlikdə xalqımızı qətl edən Türkiyə, neftimizə, vətənimizə, namusumuza göz dikən terroristlərlə birlikdə hərəkat edən şərəfli Türkiyə, 6 aydan bu yana 20 mindən çox insanımızın öldürülməsinə dəstək verən dəliqanlı Türkiyə, səssizliyiniz şuçluluğunuzu AKlamaz, heç bir xainlik bədəlsiz qalmaz sevgili Türkiyə, Kipr müharibəsində tək dəstəkçiniz olan məni və ölkəmi arxadan vurduğunuz üçün, qardaş tutduğunuz üçün təşəkkür edərək eyni xainlikləri, acıyı və göz yaşını yaşamamanızı diləyirəm canım Türkiyə!"
  Amma çox təssüfki Ərdoğan bu məktubdan heç bir nəticə çıxartmadı və bugün Suriya məsələsində müsəlman Əsəddən üz çevirib, xaçlılara dəstək verməklə eyni səhvi təkrar edir. Yenə də "rejim" istefaya səsləndirilir, yenə də yerli terroçulara silah verilir və yenə də ora hücum etmək istəyən ABŞ dəstəklənilir. Əvvəl mən də Ərdoğanı layiqli müsəlman rəhbəri, məzlumların müdafiəçisi hesab edirdim. Xüsusən də onun Şimon Peresi haqqlı olaraq "qatil" adlandırmasından sonra. O vaxt kim bilirdi ki, bu sadəcə hiyləgər siyasi oyundur... Liviya və Suriya məsələlərində isə, Ərdoğanın maskası yerə düşüb və iç üzü açılıb. Onun "müsəlman təəssübkeşliyi" adı altında müsəlman ölkələrini yemək və millətlərin zindanı olmuş Osmanlı imperatorluğunu bərpa etmək istəyi hamı üçün aydın oldu. Lakin Ərdoğan bir şeyi unudur: Suriyanın İran, Livan, Rusiya və Çin kimi vəfalı və ən əsas güclü dostları var. İranlı şair Sücaəddin İbrahimi öz "Yeni toteə" adlı şeirində Suriyanı "Aslanın (İranın) quyruğuna", Türkiyə hökümətini isə "eşşəyə" bənzətməklə necə də gözəl müqayisə etmişdir!..
  Çox utancverici haldır ki, Suriyanı himayə edən ölkələrin şərəfli siyahısında Rusiya və Çin kimi qeyri-müsəlman məmləkətlər ola-ola, özünü az qala "İslam dünyasının mərkəzi" adlandıran Azərbaycan orda yoxdur! Çünki "Evdə xoruz, çöldə toyuq" olan hökümətimiz Qərbin qorxusundan Suriya məsələsində qəti mövqe ortaya qoymaqdan çəkinir. Düzdü, bizimkilər sözdə Annan planını dəstəklədiklərini bildirirlər, amma telekanalizasiyalarımızda gedən anti-Əsəd təbliğatı iqtidarımızın əslində kimin tərəfində olduğunu açıq-aşkar göstərir. Bu da heç şübhəsiz Azərbaycanın İslam, xüsusən də Şiə dünyasında nüfuzuna zərbə vurur.
  Yeri gəlmişkən, şiə məsələsi... Nə qədər məzhəblərin vəhdətindən danışılsa da, şiə-sünni məsələsi Suriya-Türkiyə konfliktində də öz mühüm rolunu oynayır. Türkiyədə yaşayan 20 milyon cəfəri, ələvi, nusayri və s. Əhli-Beyt (ə) tərəfdarları olan insanlar özlərinin məzhəb qardaşı olan Əsədin müdafiəsinə qalxıblar. Türkiyə höküməti istər-istəməz əhalisinin 30 %-ni təşkil edən insanların rəyi ilə hesablaşmalıdır. Əks halda Türkiyənin özündə də etiraz dalğası baş qaldıra bilər və Bəhreyn hadisələri təkrarlana bilərlər. Üstəlik aprelin 1-də "Suriyanın dostları" adlı ikiüzlü təşkilatın İstanbul qurultayı təşkil olunanda, biz artıq bunun ilk əlamətlərini görmüşük. Tədbirin keçirildiyi binanın önünə gələn və əllərində Suriya prezidentinin şəkillərini tutan minlərnən Türkiyə vətəndaşı qəddarlığda heç də bizim polisdən geri qalmayan türk polisləri tərəfindən vəhşicəsinə döyülərək, ərazidən uzaqlaşdırılıblar. "Dinc aksiyaçıların yatırılmasında" Əsədi ittiham edən Ərdoğan özü bu çirkin əmələ əl atdı. O gündə onun "müsəlman" maskası cırıldığı kimi, "demokrat" maskası da cırıldı. Və əgər Türkiyədə buna oxşar hadisələr bir daha təkrarlansa, artıq məlum deyil "diktator", "zalim" və "qaniçən" ləqəbləri Əsədə, yoxsa Ərdoğanın özünə deyiləcək...
  Sonda məqaləmi Bəşər Əsədin bir çıxışından götürdüyüm gözəl cümlələriylə bitirmək istəyirəm: "Yezidlərin məqsədi demokratiya adı altında İslamı məhv etməkdir. İslamı məhv etmək insanlığı məhv etmək deməkdir. Adil olan Allah Suriya xalqının və qərblə savaşanların yardımçısı olsun!" Amin, ya Rəbbil Aləmin!