пятница, 31 августа 2012 г.

III-cü Yəzdigərdin Ömər ibn Xəttaba cavabı


Sasani imperatorluğunun sonuncu şahənşahı III-cü Yəzdigərdin Ömər ibn Xəttabın məktubuna cavabı.

Ömərin məktubu:

"Müsəlmanların xəlifəsi Ömər ibn Xəttabdan fars şahənşahı Yəzdigərdə:

«Yəzdigərd, əgər təklifimi qəbul edib beyət etməsən, sənin və xalqının gələcəyini yaxşı görmürəm. Bir zamanlar sənin ölkən məlum olan dünyanın yarısına hökm edirdi, lakin bax indi ölkən nə hala gəldi? Ordun hər cəbhədə məğlub edilmiş və ölkən çökməyə doğru istiqamətlənmiş bir haldadır. Özünü xilas etmək üçün sənə bir təklifim var. Tək bir Tanrıya, kainatda hər şeyi yaradan tək və vahid bir Tanrıya iman etməyə başla. Biz sənə və bütün dünyaya Onun, yəni əsl Tanrının çağırışını gətirmişik. Atəşə pərəstiş etməyi burax, xalqına da bunun yanlış olduğunu və buraxmalarını əmr et. Doğruya, yəni bizə qoşul. Kainatı yaradana, tək əsl Tanrı olan Allahu Əkbərə iman et. Allahu Əkbərə iman edərək İslamı qəbul et və nicata çat. Bütpərəstliyə, yanlış ibadətlərə son ver və Allahu Əkbəri xilaskarın olaraq qəbul et. Bu yol həm sənin həyatda qala bilməni və həm də xalqının məhv olmasını əngəlləyəcək yeqanə yoldur. Əgər əcəm (fars) xalqı üçün ən yaxşısını düşünürsən bu yolu seçərsən. Beyət sənin üçün yeqanə xilas yoludur.

Allahu Əkbər

Xəlifə əl-Müslimin Ömər ibn əl-Xəttab"


Yəzdigərdin cavabı:

"Şahların şahı, İranın və digər torpaqların sərvəri, çoxlu səltənətlərin hökmdarı, aryailərin və qeyri-aryailərin, farsların və digər irqlərin, o cümlədən ərəblərin şahənşahı III-cü Yəzdigərd Sasanidən:

Həyatın və Əqlin yaradıcısı, Ahura Mazdanın adı ilə.

Məktubunda bizim kim olduğumuz və kimə pərəstiş etdiyimiz haqqında məlumat sahibi olmadan bizi öz Tanrına, Allahu Əkbərə yönəltməyə istədiyini yazmışdın. Nə qədər təəccüb verici bir vəziyyətdir ki, ərəblərin xəlifəsi məqamına oturmuş bir kişi olaraq savadın ərəb səhralarında başı boş gəzən bir ərəb köçərisi və çöl bədəvisi ilə eyni səviyyədədir!

Kiçik adam, farsların minlərcə ildir vahid Tanrıya ibadət etdiklərini və gündə beş vaxt namaz qıldıqlarını bilmədən mənə vahid bir Tanrıya ibadət etməyimi təklif edirsən. Tək Tanrıya pərəstiş etmək illərdir bu torpaqların mədəniyyətində ən sabit olmuş adət-ənənədir.

Biz dünyada yaxşı işlər etmək, qonaqpərvərlik göstərmək ənənələrinin təməlini atdığımız və "Yaxşı düşüncələr, yaxşı sözlər, yaxşı işlər" bayrağını əlimizdə salladığımız zaman, sən və sənin ataların səhrada başı boş gəzər, yeyəcək başqa bir şey tapmadıqları üçün kərtənkələ yeyər və məsum qız uşaqlarını diri-diri basdırardız.

Ərəb xalqı Tanrının canlılarına dəyər verməz. Siz Tanrı uşaqlarının və müharibə əsirlərinin belə başlarını kəsər, qadınlara təcəvvüz edər, qızlarınızı diri-diri basdırar, karvanlara hücum edər, kütləvi qətliam edər, camaatın arvadını qaçırar və hətta mallarını oğurlayırsınız. Sizin qəlbləriniz daşdandır. Biz sizin etdiyiniz bütün zülmləri qınayırıq. Siz belə zalim davranışları edərkən bizə İlahi yolu necə öyrədəcəksiniz?

Mənə atəşə pərəstiş etməyi buraxmamı deyirsən! Biz farslar, Günəş işığının yaradıcısının gücünü, atəşin istiliyini və Yaradıcının sevgisini bilən insanlarıq. Günəşin işığı və istiliyi bizə doğrunun işığını göstərir, bizi bir-birimizə və Yaradana yaxınlaşdırır. Bizə bir-birimizlə yaxşı davranmamıza yardımçı olur, bizi nurlaşdırır və Mazdanın alovunu qəlbimizdə saxlayır.

Siz səhranın ürəyindən, məhsulsuz, təbii sərvətsiz torpaqlardan çıxmış insanlar bizə Tanrı sevgisini savaşla və qılıncınızın gücü ilə öyrətmək istəyirsiniz! Siz səhra vəhşilərisiniz, amma buna rəğmən bizim kimi minlərcə ildir şəhərlərdə yaşamış insanlara Tanrı sevgisini öyrətməyə cəhd edirsiniz! Bizim arxamızda minlərcə illik mədəniyyətimiz var. De görüm: bütün hərbi gücünlə, varvarlığınla, Allahu Əkbər adına işlədiyin bütün qətliam və talanlarla, müsəlman əsgərlərinə bugünə qədər nə öyrədə bildin? Müsəlman əsgərlərinə bugünə qədər nə öyrədə bildin ki, biz müsəlman olmayanlara öyrədə bilərsən? Allahdan hansı mədəniyyəti öyrənə bildin ki, indi başqalarına zorla öyrətməyə cəhd edirsən?

Təəssüf!.. Çox təəssüf ki, bugün Ahuranın fars ordusu sənin tazə-tazə Allaha iman gətirmiş əsgərləri tərəfindən məğlub edilib!

Sənə və sənin quldur dəstənə tövsiyyə edirəm ki, əşyalarınızı toplayıb aid olduğunuz səhralarınıza geri dönəsiz. Onları alışmış olduqları günəşin yandırıcı istiliyinə, qəbilə mədəniyyətinə, kərtənkələ yeməyə və dəvə südü içməyə geri götür. Sənə və oğru dəstənə bizim bol məhsullu topraqlarımıza, mədəni şəhərlərimizdə və şanlı Vətənimizə daxil olmağa icazə vermirəm. Yanında olan "daş qəlbli canavarlarını" bizi qətl etmələri, qadınlarımıza təcəvvüz etmələri, qadın və uşaqlarımızı qaçıraraq Məkkədə kölə olaraq satılmaları üçün üzərimizə zəncirlərdən buraxma. Belə günah və cinayəti Allahın adı ilə etmələrinə izin vermə. Bu cinayətkar davranışa son ver.

Aryailər əfv edici, isti, qonaqpərvər, insanlardır və getdikləri hər yerdə dostluq, elm və sevgi tohumu əkirlər. Bu səbəbdən pirat sayağı davranışlarınıza və cinayətlərinizə görə sizi cəzalandırmayacaqlar.

Sizdən səhrada qalmanızı və mədəni şəhərlərimizə köç etməmənizi xahiş edirəm. Çünki sizin adətləriniz xeyli qorxulu, davranışlarınız isə çox vəhşidir.

III-cü Yəzdigərd Sasani"

Mənbə: Britaniyanın London muzeyi.

Tərcümə: Asim Məmmədov.