Üçüncü fəsil
Üçüncü Dünya Nəzəriyyəsinin
ictimai əsası
İctimai, yəni milli amil bəşər tarixinin hərəkətverici
amilidir. Tarixi inkişafın əsasını insanları ailədən tutmuş qəbiləyə və millətə
qədər ictimai birliklərdə birləşdirən ictimai əlaqə təşkil edir.
TARİXİN QƏHRƏMANLARI ÖZLƏRİNİ
ÜMUMİ İŞ NAMİNƏ QURBAN VERƏN ŞƏXSİYYƏTLƏRDİR. Başqa tərif ola bilməz. Elə isə, bəs o iş nədir?
Onlar özlərini başqaları yolunda qurban verirlər. Bəs o başqaları kimlərdir?
Başqaları onlarla bağlı olan adamlardır. Fərdlə kollektiv arasında əlaqə
ictimai əlaqədir, yəni insanların bir-birinə qarşılıqlı əlaqəsidir. Milli
birliyi yaradan əsas milli özünüdərk olduğuna görə bu işlər milli işlərdir.
Milli əlaqə ictimai əlaqədir.
"İctimai" sözü "camaat" sözündən düzəldilmişdir və insan
birlikləri arasında əlaqə mənasındadır, "milli" sözü isə "millət"
sözündən düzəldilmişdir və millətin hissəcəkləri olan insanların bir-biri ilə əlaqəsi
mənasındadır. Buna görə də ictimai əlaqə milli əlaqədir, çünki camaat, öz
sayından asılı olmayaraq, millətin hissəcikləri olan adamları nəzərdə tutur,
millət isə camaatdan ibarətdir.
Biz "camaat" (ictimai birlik) məfhumunun
müfəssəl tərifinə toxunmuruq və onu öz üzvləri arasındakı milli əlaqələrdən
asılı olmayan müvəqqəti bir hadisə kimi nəzərdən keçirmirik. "Birlik"
məfhumunu işlədərkən, biz milli əlaqələrlə müəyyən edilən daimi bir hadisəni nəzərdə
tuturuq.
Bütün tarixi hərəkatlar kütləvi, yəni
kollektiv hərəkatlardır, daha doğrusu, müəyyən bir birliyin öz mənafeyi naminə,
məsələn, özünün başqa bir birlikdə istiqlaliyyəti uğrunda yəni onlardan hər
birinin müstəqil ictimai təsisat kimi çıxış etməsi uğrunda hərəkatlardır. Bu hərəkatlar
zamanı başqa birlik tərəfindən məğlub edilən və zülmə məruz qalan birlik özünü
təsdiq etməyə çalışır. Hakimiyyət uğrunda mübarizə məsələsinə gəlincə, bu
mübarizə Yaşıl Kitabın birinci fəslində (Üçüncü Dünya Nəzəriyyəsinin siyasi əsası)
qeyd edildiyi kimi, birlik daxilində ailəyə qədər müxtəlif səviyyələrdə baş
verir. İnsanın birliyi hərəkatı müəyyən insan məcmusunun öz mənafeyi naminə hərəkatıdır,
belə ki, ayrıca bir insan birliyi vahid təbii təşəkkül prosesi keçdiyinə görə
özü də vahiddir, onun vahid ictimai tələbatı vardır və o bu tələbatı birgə ödəməyə
ehtiyac hiss edir.
Bu tələbat fərdi deyildir, vahid milli mənsubiyyətlərinə
görə birləşmiş insanlar məcmusu üçün ümumi olan tələbat, hüquqlar, tələblər,
yaxud ictimai qayələrdir. Odur ki, hərəkatlar milli hərəkatlar adlanır. Müasir
dövrdəki milli azadlıq hərəkatları da ictimai hərəkatlardır və bu hərəkatlar hər
bir milli birlikdə davam edəcəkdir. Başqa sözlə desək, hazırda dünya tarixi
prosesin adi mərhələlərində birini – milli özünüdərk təntənəsi naminə milli
mübarizə mərhələsini keçir.
İnsan cəmiyyəti haqqında tarixi həqiqət
budur. Bu ictimai həqiqətdir. Başqa sözlə desək, tarixi hərəkətin əsasında
milli-ictimai mübarizə durur, çünki bu mübarizə bütün başqa mübarizələrdən
güclüdür, təməl, əsas kimi insan birliyini təbiətini, milli birliyini təbiətini
təşkil edir. Bundan əlavə, bu mübarizə, həyatın özünün belə mahiyyətini təşkil
edir və bütün inkişaf amillərindən ən güclüsüdür. İnsandan savayı başqa canlı
varlıqlar da birliklər şəkildə yaşayırlar, çünki birlik canlı varlıqların
mövcüdluğunun əsasıdır. Milli özünüdərk millətlərin qorunub saxlanılmasının əsasıdır.
Milli özünüdərki itirmiş millətlər dağılmağa məruz qalır. Azlıq təşkil edən
millətlər problemi müasir dünyanın siyasi problemlərindən biri kimi ictimai
xarakter daşıyır, belə ki, azlıq təşkil edən millətlər milli özünüdərkini
itirmiş və nəticədə öz mövcüdluğunun əsasını dağıtmış xalqlardan ibarətdir.
İctimai amil həyat amilidir və buna görə də milli birliyini təbii və muxtar hərəkətverici
amilidir.
İnsan aləmində və bütün canlılar aləmində
milli özünüdərk cansız təbiət və səma cisimləri aləmindəki cazibə qüvvəsi itirsə
idi onu təşkil edən qazlar fəzada uçub dağılardı və Günəş öz mövcüdluğunu itirərdi.
Günəşin mövcüdluğunun əsasında onu təşkil edən qazların sıx birliyi durur. Beləliklə,
mövcüdluğun əsasını birlik amili təşkil edir. Deməli, hər hansı birliyin vəhdəti
amili ictimai amildir, yəni milli özünüdərkdir. İctimai birliklər bu səbəbə görə
öz milli vəhdəti uğrunda mübarizə aparır, çünki onların mövcüdluğunun rəhni
bundadır.
Cazibə qüvvəsi fiziki cismi hissəciklərini
nüvə ətrafında vahid kütlə şəklində saxlayaraq, onu necə öz-özünə mühafizə
edirsə, milli amil də, yəni ictimai əlaqə də, eləcə öz-özünə insanların milli
birliyini özünü mühafizə sövq edir. Atom bombasının yaradılması nəzəriyyəsinin əsasında
hərəkət edən elektronların cazibə mənbəyi olan qüvvənin parçalanması nəticəsində
baş verir. Bu hissəciklərin vəhdəti pozulanda və cazibə qüvvəsi itiriləndə hər
bir hissəcik azad olur, atom bombasının da təsir prinsipi elə buna əsaslanır.
Bütün şeylərin təbiəti belədir. Bu, təbiətin sabit qanunudur və ona etinasızlıq
göstərmək, yaxud ona qarşı çıxmaq həyatı pozur. İnsanların da həyatı belədir -
milli özünüdərk ictimai amil kimi, qarşılıqlı asılılıq amil və birliyin
mövcüdluğunun əsası kimi inkar edilirsə, yaxud onunla ziddiyyətə girirsə -
pozulur.
Müəyyən bir birliyin vəhdətində təsir səviyyəsi
baxımından ictimai amillə fəqət dini amil rəqabət apara bilər və bəzən bu amil
milli birliyi parçalayır, yaxud əksinə, müxtəlif millətlərdən olan insanları
birləşdirir. Lakin son təqdirdə üstünlük daima ictimai amil tərəfində olur.
Əsrlər boyu belə olmuşdur. Tarixən hər bir milli birliyin dini olmalıdır. Ahəngdarlıq
da elə budur. Lakin gerçəklikdə məsələ başqa cürdür və müxtəlif əsrlərdə
xalqların həyatında baş verən ixtilafların və sabitliyi pozulması hallarının əsl
səbəbi də bundadır.
Düzgün qayda ondan ibarətdir ki, hər bir
xalqın dini olmalıdır. İstisnalar fəqət qaydanın düzgünlüyünü təsdiq edir. Bu
cür istisnalar qeyri-normal vəziyyət yaradır, bu isə vahid milli birlik
daxilində ixtilaf üçün əsl səbəb olur. Bu ixtilafların aradan qaldırılmasının
yeganə yolu “Hər bir millətin dini olmalıdır” deyən təbii qaydaya uyğun hərəkət
etməkdən ibarətdir. Fəqət bu halda ictimai amil dini amillə uyğunluq təşkil edər,
ümumi ahəngdarlıq bərqərar olar, insan birliklərinin həyatı sabitləşər və
düzgün yönüm alaraq inkişaf edər.
Nigah ictimai amilə həm mənfi, həm də müsbət
təsir göstərən bir təsisatdır. İstər kişinin, istərsə də qadının təbii azadlıq
qaydası əsasında istədiyini seçməkdə və istədiyindən imtina etməkdə azad
olduğuna baxmayaraq, vahid birlik daxilində nigah təbii olaraq birliyin vəhdətini
möhkəmlədir, onun ictimai amilə uyğun ahəngdar inkişafına kömək edir.
Ailə
Ayrıca bir fərd kimi insan üçün ailə dövlətdən
daha mühümdür. Bəşəriyyət fərd (insan) məfhumun nə olduğunu bilir, normal fərd
(insan) isə - ailə məfhumunun. Ailə insanın beşiyi, onun doğma evi və sosial
müdafiə sığınacağıdır. Bəşəriyyət təbiətən Fərd və Ailədir, Dövlət deyildir. Bəşəriyyət
dövlət adlanan şeyin nə olduğunu bilmir. Dövlət bəşəriyyət məfhumu ilə heç bir
daxili olmayan süni siyasi, iqtisadi, bəzən isə hərbi qurumdur. Ailəni isə təbiət
aləmində bütün nəbatət aləminin əsası olan ayrıca bir bitki ilə müqayisə etmək
olar. Tarlalarda, bağlarda və bu qəbildən olan başqa yerlərdə bitkilərin becərilməsi
süni xarakter daşıyır və büsbütün ailə kimi bir çox budaqlardan, yarpaqlardan və
güllərdən ibarət olan bitkilərin təbiəti ilə heç bir əlaqəsi yoxdur. Siyasi,
iqtisadi və hərbi amillərin çox böyük miqdarda ailələri çərçivəsində mövcud
olmağa uyğunlaşdırılmasının bəşəriyyətlə heç bir əlaqəsi yoxdur. Ailənin
dağılmasına, itib getməsinə, məhv olmasına aparıb çıxaran hər hansı bir vəziyyət,
şərait, yaxud tədbir nəinki qeyri-insani və qeyri-təbiidir, həm də təbiət üzərində
zorakılıqdır və bu zorakılıq ona bənzəyir ki, bitkinin budaqlarını qırmaqla,
yaxud onun gülünü və yarpağını qoparıb atmaqla bitkinin solmasına və məhv
olmasına səbəb olasan.
Hər hansı bir şərait üzündən vəhdətinin və
mövcudluğunun təhdid edildiyi bir cəmiyyət elə bir tarlaya bənzəyir ki, burada
bitkilər kökündən qoparılmaq, susuzluqdan solmaq, yanmaq, qurumaq və tələf
olmaq təhlükəsinə məruz qala bilər. nsan cəmiyyəti bitkilərinin təbii yolla
artdığı, çiçəkləndiyi, bəhrələndiyi və boy atdığı bir baçaya, becərilmiş bir
tarlaya bənzəyir.
Firavan cəmiyyət elə bir cəmiyyətdir ki,
burada insan ailə şəraitində təbii inkişaf edir, ailə firavan dolanır. Yarpaq
burada budaq ağacda necə qərar tapırsa və ondan ayrıldığı halda mənasını və
gerçək mövcudluğunu necə itirirsə, ailədən ayrılan insan da elədir, yəni ailəsiz
insan mövcudluğu da mənasını və ictimai məzmununu itirir. Əgər insan cəmiyyəti
bir vaxt ailəsiz insan cəmiyyətinə çevrilsə, bu cəmiyyət avaralar cəmiyyəti
olacaq və süni bitkiyə bənzəyəcəkdir.
Qəbilə
Qəbilə də elə ailədir, lakin nəsil artımı nəticəsində
böyümüş ailədir. Millət də elə qəbilədir, lakin nəsil artımı nəticəsində
böyümüş qəbilədir, yəni millət böyük qəbilədir. Aləm elə millətdir, lakin əhali
artımı nəticəsində bir çox millətlərə ayrılmış millətdir, yəni aləm böyük millətdir.
Ailəni birləşdirən əlaqələr elə qəbiləni də, milləti də, aləmi də birləşdirən əlaqələrdir,
ancaq bu insan birlikləri sayca artdıqca, həmin əlaqələrdən, aləm - millətlərarası
əlaqələrdən, millət - qəbilələrarası əlaqələrdən, qəbilə - ailələrarası əlaqələrdən
təşəkkül tapır. Bu əlaqələrin möhkəmliyi aşağı səviyyədən yuxarı səviyyəyə
doğru azalır. Bu hamıya məlum olan inkarolunmaz həqiqətdir.
Deməli, ictimai əlaqə, bağlılıq, birlik, ülfət
və məhəbbət ailə səviyyəsindən qəbilə səviyyəsinə nisbətən, qəbilə səviyyəsindən
millət səviyyəsinə nisbətən, millət səviyyəsindən isə ailə səviyyəsinə nisbətən
daha möhkəmdir. Bu ictimai əlaqələrin müəyyən etdiyi mənafe, imtiyazlar, dəyərlər
və ideallar həmin əlaqələrin öz təbiəti etibarı ilə möhkəm və bariz olduğu yerdə
mövcud olur, yəni bu əlaqələr ailə səviyyəsindən qəbilə səviyyəsinə nisbətən, qəbilə
səviyyəsindən millət səviyyəsinə nisbətən, millət səviyyəsindən ailə səviyyəsinə
nisbətən daha möhkəm olur.
Ailə, qəbilə, millət və bəşəriyyət aradan
qalxdıqca, ictimai əlaqələr də bu əlaqələrlə birgə isə onların müəyyən etdiyi mənafe,
imtiyazlar, dəyərlər və ideallar da aradan qalxır. ONA
GÖRƏ DƏ İNSAN CƏMİYYƏTİ AİLƏ, QƏBİLƏ, MİLLƏT VƏ BÜTÜN BƏŞƏRİYYƏT SƏVİYYƏSİNDƏ
QARŞILIQLI ƏLAQƏDƏN, ÜLFƏTDƏN VƏ MƏHƏBBƏTDƏN DOĞAN MƏNAFEDƏN, İMTİYAZLARDAN,
DƏYƏRLƏRDƏN VƏ İDEALLARDAN FAYDALANMAQ ÜÇÜN AİLƏ, QƏBİLƏ, MİLLƏT SƏVİYYƏSİNDƏ
VƏ BEYNƏLMİLƏL SƏVİYYƏDƏ BAĞLILIĞI QORUYUB SAXLAMALIDIR.
Qarşılıqlı əlaqə, qarşılıqlı mərhəmət, həmrəylik
və qarşılıqlı mənafe nöqtəyi-nəzərindən ailə cəmiyyəti sosial baxımından qəbilə
cəmiyyətindən, qəbilə cəmiyyəti milli cəmiyyətindən, milli cəmiyyət isə beynəlmiləl
cəmiyyətindən üstündür.
Qəbilənin üstünlükləri
Qəbilə böyük bir ailə olduğundan o da ailə qədər
öz üzvlərinin maddi tələbatını və sosial imtiyazların təmin edir. Qəbilə -
sonrakı mərhələdə ailədir. Qeyd edilməlidir ki, insan ailədən kənarda bəzən
nalayıq bir hərəkət edə bilər, halbuki ailə qarşısında bunu edə bilməzdi. Lakin
ailə kiçik olduğuna görə onun nəzarətini öz üzərində hiss etmir. Qəbilə səviyyəsində
isə məsələ bunun əksi nədir - burada qəbilənin üzvləri özlərini nəzarətdən azad
hiss etmirlər. Bunu nəzərə alaraq, qəbilə öz üzvləri üçün davranış qaydaları müəyyən
edir və bu qaydalar tədricən məktəb tərbiyəsindən daha üstün və daha şərəfli
bir ictimai tərbiyə formasına çevrilir. Qəbilə sosial bir məktəbdir. Burada
insanlara uşaqlıqdan elə ülvi prinsiplər aşılanır ki, o yaşa doluqca bu
prinsiplər həyat normalarına çevrilir və öz-özünə onun şüurunda möhkəm yer
tutur. Rəsmi tərbiyə və təlim səviyyəsində isə məsələ bunun əksi nədir - burada
aşılanan tərbiyə və biliklər insan yaşa doluqca tədricən itib gedir, çünki bu,
rəsmi tərbiyədir, təcrübi tərbiyədir və insan dərk edir ki, bütün bunlar ona
süni yolla aşılanmışdır.
Qəbilə insanın sosial tələbatını təmin edən təbii
sosial müdafiə sığınacağıdır. Qəbilə qəbul edilmiş sosial ənənələrə uyğun
olaraq kollektiv halda öz üzvləri əvəzinə qanbahası və cərimə verir, kollektiv
halda onların əvəzinə intiqam alır, onları kollektiv halda müdafiə edir, yəni
öz üzvlərinin sosial müdafiəsini həyata keçirir.
Qan qohumluğu qəbilənin təşəkkül tapması
işində əsas amildir. Lakin qəbilə təkcə qan qohumluğuna əsaslanmır, mənsub
edilmə də qəbilənin təşəkkül amillərindəndir. Zaman keçdikcə qəbilənin qan
qohumluğu ilə bağlı üzvləri ilə qəbiləyə mənsub edilmiş üzvləri arasındakı fərqlər
aradan qalxır və qəbilə vahid sosial və etnik təsisat olur. Lakin bu birlik hər
şeydən əvvəl qan qohumluğuna və ümumi mənşəyə əsaslanır.
Millət
Millət sosial müdafiə sığınacağı olan qəbiləyə
nisbətən insanın daha geniş siyasi və milli müdafiəsini təmin edir. Qəbilə təəssübkeşliyi
milli heysiyyəti sarsıdır, qəbiləyə bağlılıq isə millətə bağlılığı zəiflədir,
onun ziyanına olur, necə ki, insanın ailəyə bağlılığı onun öz vəbiləsinə və öz
millətinə bağlılığının ziyanına olur, onu zəiflədir. Milli təəssübkeşlik millət
üçün nə qədər zəruridirsə, bir o qədər də özündə bəşəriyyət üçün təhlükə
daşıyır.
Ailə qəbilə səviyyəsində necədirsə, millət və
beynəlxalq səviyyədə elədir. Bir qəbilədəki ailələr arasında qarşılıqlı ədavət
gücləndikcə və hər ailənin təəssübkeşliyi artıqca, ailə qəbilə üçün daha çox təhlükə
daşıyır. Bir ailə səviyyəsində də eyni hadisə baş verir: ailə üzvlərinin
arasında kin-küdurət artıqca, hər kəs öz qeydinə daha çox qaldıqca, ailə üçün təhlükə
artır. Əgər milləti təşkil edən qəbilələr bir-birinə ədavət bəsləyirsə və hər qəbilə
fəqət öz təəssübünü çəkirsə, millətin mövcudluğu təhlükə altında olur. Milli təəssübkeşlik,
milli qüvvənin zəif millətlərə qarşı istifadə edilməsi, habelə bir millətin
başqa millətin nəyi varsa mənimsəmək hesabına tərəqqisi bütün bəşəriyyət üçün şər
və zərərdir.
Buna baxmayaraq, güclü, özünə hörmət edən və
öz şəxsi məsuliyyətini dərk edən insan ailə üçün mühüm və faydalıdır. Güclü,
özünə hörmət edən və öz əhəmiyyətini dərk edən ailə sosial və maddi cəhətdən qəbilə
üçün faydalıdır. İnkişaf etmiş məhsuldar mədəni millət bütün dünya üçün
faydalıdır. Əgər siyasi və millət struktur kateqoriyalar səviyyəsinə, yəni ailə
və qəbilə səviyyəsinə enirsə, onlarla qarşılıqlı əlaqəyə keçirsə və onları nəzərə
alırsa, tənəzzül edir.
Millət qəbilə birliyinə baxmayaraq bir soydan
törəmiş və eləcə də ümumiliyi üzündən həmin soya mənsub edilmiş böyük ailədir.
Ailə fəqət qəbilə və qəbilənin onlara ayrılması mərhələsini, sonra isə eyni
soydan törəmiş qəbilələrin qaynayıb-qarışacaq birləşməsi mərhələsindən sonra
millət ola bilər. Bu proses ictimai xarakter daşıyır və sürəkli vaxt tələb
edir. Ancaq təbii zaman sürəkliyi bir tərəfdən millətlərin təşəkkül tapmasına
kömək edirsə, digər tərəfdən qədim millətlərin parçalanmasına gətirib çıxarır.
Buna baxmayaraq, soy ümumiliyi və taleyin hökmü ilə soya mənsub edilmə hər bir
millətin təşəkkül tapmasının tarixi əsasları olaraq qalır, həm də soy ümumiliyi
birinci dərəcəli, soya mənsub edilmə isə ikinci dərəcəli rol oynayır. Millət fəqət
soy ümumiliyi deyildir, baxmayaraq ki, millətin əsasını və mənşəyini bu əlamət
müəyyən edir. Millət həm də tarixən təşəkkül tapmış vahid ərazidə yaşayır,
vahid tarix yaradır, onların vahid mədəni irsi təşəkkül tapır və taleləri bir
olur. Beləliklə, qan qohumluğu amilindən başqa millətin təşəkkül tapmasında son
nəticədə TALE
ÜMUMİLİYİ ƏSASINDA BİRLƏŞMƏ amili mühüm rol oynayır. Lakin nə səbəbə
dünya xaritəsinin şahidi olduğu böyük dövlətlər itib getmiş, onların yerinə
başqa dövlətlər meydana çıxmışdır? Səbəb Üçüncü Dünya Nəzəriyyəsini ictimai əsası
ilə heç bir əlaqəsi olmayan siyasi səbəbdirmi, yoxsa bilavasitə Yaşıl Kitabın fəslinə
aid olan ictimai xarakterli bir səbəbdir? Gəlin baxaq.
Şübhəsiz, ailə siyasi yox ictimai qurumdur. Qəbilə
də elədir, çünki o elə bir ailədir ki, nəsil artımı nəticəsində artmış və bir
çox ailələrə çevrilmişdir. Millət də elə bir qəbilədir ki, böyümüş və onun müxtəlif
nəsilləri və soyları sayca artaraq icmalara, sonra da qəbilələrə çevrilmişdir.
Millət də ictimai qurumdur və əsasında milli əlaqələr durur. Qəbilə də ictimai
qurumdur və əsasında qəbilə əlaqələri durur, Ailə də ictimai qurumdur və əsasında
ailə əlaqələri durur. Dünya millətləri də də ictimai qurumdur və əsasında ümumbəşəri
əlaqələr durur. Bu, danılmaz həqiqətdir. Dövlət isə siyasi qurumdur. Dünyanın
siyasi xaritəsini dövlətlər təşkil edir. Elə isə bəs niyə bu xaritə əsrdən-əsrə
dəyişilmişdi? Səbəb odur ki, siyasi qurum kimi dövlət ictimai quruma uyğun gələ
də bilər, uyğun gəlməyə də. Əgər dövlət bir millətlidirsə, uzun müddət həm dəyişməz
halda mövcud olur və əgər xaricdən müstəmləkələşdirmə, yaxud tənəzzül nəticəsində
dəyişilirsə, milli mübarizə, milli yüksəliş və milli birlik şüarları altında
yenidən meydana çıxır. Yox əgər dövlət siyasi qurum kimi bir çox milləti birləşdirirsə,
onun siyasi quruluşu hər bir millətin milli istiqlaliyyət cəhdi nəticəsində
dağılır. Dünyanın şahid olduğu imperiyalar beləcə dağılmışdır, çünki onlar bir
neçə milləti birləşdirmiş və bu millətlərdən hər biri öz millətlərinin təəssübünü
çəkərək, istiqlaliyyət tələb etmişdir və nəticədə imperiyalar siyasi qurum kimi
dağılmış, onları təşkil edən ünsürlər isə öz ictimai əsaslarına qayıtmışlar. Əgər
dünya tarixinə əsr be əsr nəzər salsaq, buna açıq-aşkar sübut taparıq.
Elə isə niyə bu imperiyalar müxtəlif millətlərin
birləşdirilməsi əsasında meydana çıxır? Məsələ ondadır ki, dövlət ailə, qəbilə
və millət kimi fəqət ictimai qurum deyildir. Dövlət müxtəlif amillərin təsiri
altında yaranan siyasi qurumdur və bu amillərin ən birincisi və başlıcası milli
özünüdərkdir. Milli dövlət təbii ictimai quruma uyğun gələn yeganə siyasi
quruluş formasıdır. Belə dövlət daha güclü başqa bir millətin zorakılığına məruz
qalmazsa, yaxud onun dövlət olmaq etibarı ilə siyasi qurumu ictimai qurumunun,
yəni qəbilə, tayfa və ailə kateqoriyalarının təsiri altına düşməzsə, daima
mövcud ola bilər. Əgər siyasi qurum ailə, qəbilə, tayfa ictimai qurumuna tabe
olarsa və bu qurumun meyyarlarından təsirlənərsə - dağılar.
Vahid din, eləcə də iqtisadi zərurət, yaxud hərbi
istilalar bir neçə milləti bir dövlət daxilində birləşdirə bilər. Beləliklə,
dünya müəyyən bir əsrdə bu və ya digər bir dövlətin, yaxud imperiyanın
yaranması, başqa bir əsrdə isə onun itib getməsinin şahidi olur. Əgər milli ruh
dini ruhdan güclüdürsə, bir dinin birləşdirdiyi müxtəlif millətlər arasında
mübarizə güclənir, millətlərin hər biri istiqlaliyyət qazanıb öz ictimai qurumuna
qayıdır və imperiya itib gedir.
Sonra dini ruh milli ruhdan güclü olduğu bir
vaxtda, dini amil yenidən baş qaldırır və müxtəlif millətlər tam milli amil
yenidən güclü halda meydana çıxanadək, vahid din bayrağı altında birləşir. Beləcə
də davam edir.
Müəyyən dini, iqtisadi, hərbi və ideoloji səbəb
və amillərin hökmü ilə müxtəlif millətləri birləşdirən hər bir dövlət bu millətlərin
hər biri istiqlaliyyət qazanadək dağıdıcı mübarizə meydanı olacaqdır.
Beləliklə, dövlətin mövcudluğu siyasi zərurətdən
doğduğuna baxmayaraq, insan həyatının əsasını ailə, qəbilə, millət və nəhayət,
bəşər cəmiyyəti təşkil edir. İctimai amil milli özünüdərkin əsas və sabit
amilidir. Ona görə də diqqəti sosial gerçəklik üzərində mərkəzləşdirmək, normal
inkişaf etmiş insan tərbiyəsi naminə ilk növbədə ailəyə, sonra ailədən kənar
insana ictimai tərbiyə verən sosial müdafiə sığınacağı və təbii sosial məktəb
olmaq etibarı ilə, qəbiləyə, sonra isə millətə qayğı göstərmək lazımdır, çünki
insan sosial dəyərlərin əsil qiymətini fəqət kənardan heç kəsin müdaxiləsi
olmadan meydana çıxan təbii ictimai qurumlar kimi ailə və qəbilə vasitəsi ilə dərk
edir. Deməli, ailəyə insan naminə, qəbiləyə ailə və o cümlədən insan naminə,
millətə qayğı milli özünüdərkdir, belə ki, ictimai amil kimi milli amil
tarixinin həqiqi və daima hərəkət verici qüvvəsidir. İnsan birlikləri arasında
milli əlaqələrin danılması və ictimai gerçəkliyə zidd olan siyasi sistemlərin
yaradılması ancaq müvəqqəti xarakter daşıya bilər, belə ki, bu cür sistemlər
ictimai amilin, yəni millətlərin milli heysiyyətinin təsiri altında hökmən məhv
olacaqdır.
Bütün bunlar məsələnin həllinə dair xüsusi rənq
qatmaq cəhdindən doğan təsəvvürlər deyil, insan həyatının gerçəkliyindən irəli
gələn həqiqətlərdir. Hər bir insan yanılmamaq üçün bu həqiqətləri dərk etməli və
buna uyğun fəaliyyət göstərməlidir. İnsan varlığının əsaslarının dərk edilməməsi,
bu əsaslara hörmət göstərilməməsi ucbatından hər hansı bir sapıntıya və ya səhvə
yol verməmək, insan birlikləri həyatının gedişini pozmamaq üçün bu sabit həqiqətləri
bilmək zəruridir.
Qadın
Qadın insandır. Kişi də insandır. Bu, mübahisə
və şübhə doğurmayan bir həqiqətdir. Deməli, qadın da kişi də bərabər səviyyəli
insanlardır və onların arasında fərq qoymaq aşkar və heç bir əsası olmayan haqsızlıqdır.
Qadın da kişi kimi yeyir və içir, qadın da kişi kimi nifrət edir və sevir,
qadın da kişi kimi düşünür, öyrənir və anlayır. Qadın da kişi kimi sığınacağa,
geyimə və nəqliyyət vasitəsinə ehtiyaclıdır. Qadın da kişi kimi aclıq və
susuzluq hiss edir, kişi kimi yaşayır və ölür.
Bəs niyə kişi kişidir, qadın da qadın? Niyə
insan cəmiyyəti təkcə kişilərdən, yaxud təkcə qadınlardan yox, həm kişilərdən,
həm də qadınlardan ibarətdir? Deməli, kişi təbiət etibarı ilə kişidir, qadın da
təbiət etibarı ilə qadındır. Bəs niyə ancaq kişilər, yaxud ancaq qadınlar xəlq
edilməmişdir? Sonra, kişilərlə qadınlar arasında, yəni kişi ilə qadın arasında
fərq nədən ibarətdir? Niyə təbiət həm kişinin, həm də qadının xəlq edilməsini zəruri
saymışdır?
Aydındır ki, təkcə kişinin, yaxud təkcə
qadının deyil, həm kişinin, həm də qadının birgə mövcudluğu təbii zərurətdir.
Deməli, onlardan hər biri özlüyündə digəri kimi deyildir, yəni kişi ilə qadın
arasındakı fərq təbii fərqdir və təbiətdə həm kişinin, həm də qadının olması
buna sübutdur. Bu, əlbəttə, o deməkdir ki, onlardan hər birinin öz rolu var və
aralarındakı fərqə uyğun olaraq rolları da fərqlənir. Deməli, onlardan hər
birinin yaşadığı şərait elə olmalıdır ki, hər biri özünün digərindən fərqli
rolunun ifa edə bilsin, həm də hər birinin rolu təbii ki, müxtəlif olmalıdır.
Bu rolun nə kimi rol olduğunu başa düşmək üçün yaradılışdan kişi ilə qadının təbiətindəki
fərqi, daha doğrusu, hər ikisi arasındakı təbii fərqləri bilmək gərəkdir.
Qadın dişi fərddir, kişi isə erkək fərd. Buna
görə də, qadın xəstəlikləri həkiminin dediyi kimi, "Qadının aybaşısı olur,
yəni hər ay qanaxma şəklində xəstəliyi olur. Kişi erkək fərd olduğu üçün bu
aylıq xəstəlik ona xas deyildir. Bu xəstəlik dövrü xəstəlikdir, yəni hər ay
qanaxma olmalıdır. Qadın dişi fərd olduğuna görə onun hər ay qanaxması olur və əgər
qanaxma baş vermirsə, deməli o hamilə olmuşdur, hamiləlik dövründə qadın təqribən
bir il xəstə vəziyyətində olur və azad olanadək öz adi fəaliyyətini davam
etdirməkdən məhrum olur. Normal, yaxud erkən doğuş vaxtı qadın doğuş üçün adi
hal olan qanaxma halı keçirir. Kişi isə hamilə olmur, deməli qadının qadın kimi
keçirdiyi bu xəstəlikləri keçirməmişdir. Sonra qadın öz övladına süd verir.
Normal şəraitdə əmizdirmə iki il davam edir. Təbii əmizdirmə o deməkdir ki,
körpə daimi anasının, ana da körpəsinin yanında olur, bu isə qadına öz adi fəaliyyətini
davam etdirməyə imkan vermir, çünki bu vaxt o, başqa bir insan üçün bilavasitə
məsuliyyət daşıyır və ona öz bioloji vəzifələrini əncam etməyə kömək edir, belə
ki, onsuz körpə ölər. Kişi isə nə hamilə olur, nə də əmizdirir." Həkim belə
izah edir.
Bu təbii keyfiyyətlər xilqətcə elə fərqlərdən
irəli gəlir ki, həmin fərqlər daxilində kişi ilə qadının bərabər olması mümkün
deyildir. Elə həmin fərqlər də kişi ilə qadının, yəni erkək fərdlə dişi fərdin
mövcudluğu zərurətini şərtləndirir. Onlardan hər birinin istehsal həyatda özünə
məxsus və digərindəkindən fərqlənən rolu və ya vəzifəsi vardır. Kişi qadına təbiət
tərəfindən müəyyən edilmiş vəzifələri qətiyyən əncam edə bilməz. Nəzərə almaq
lazımdır ki, qadının bu bioloji vəzifələri onun üçün heç də yüngül olmayan
ciddi güc itkisi və ağrılarla bağlı olan ağır bir yükdür. Lakin qadının ifa
etdiyi bu vəzifə qadının təbiətindən irəli gəlir - həm də bu vəzifə zəruri vəzifədir,
onsuz bəşər nəslinin həyatı dayanаr.
Hamiləyinin qarşısını almaq üçün insan həyatının
məhvinə səbəb olan iradi müdaxilə mövcuddur. Hamiləliyin qarşısını almaq üçün
cüzi iradi müdaxilə də mövcuddur. Əmizdirmə vaxtı da iradi müdaxilə mövcuddur.
Lakin bütün bu iradi müdaxilə növləri təbii həyata zidd əməllər silsiləsindəndir
və bu silsilənin başında qətl durur, yəni qadın hamilə olmamaq, doğmamaq, əmizdirməmək
üçün özündə özlüyünü öldürür, bu isə hamiləlikdə, əmizdirməkdə, analıqda,
nigahda təcəssüm edən həyatın təbiətinə qarşı hər hansı bir başqa kənar müdaxilə
növündən fərqlənmir. Burada ancaq müdaxilə dərəcəsindəki təfavütdən söhbət gedə
bilər.
Qadını öz təbii analıq rolundan məhrum etmək
və onu ana kimi körpələr evi ilə əvəz etmək insanpərvər cəmiyyətdən imtina etməyin
və bu cəmiyyəti süni həyat sürən bioloji bir cəmiyyətlə əvəz etməyin
başlanğıcını qoyur. Körpələrin öz analarından ayrılması və körpələr evində
saxlanılması onları cücələrə bənzər bir şeyə çevirir, körpələr evlərini isə
inkubator cücələri yetişdirən quşçuluq fermaları ilə müqayisə etmək olar. İnsan
övladı kimi qadına yaraşan, onun təbiətinə münasib olan və ləyaqətinə uyğun gələn
mühüm bir şey varsa, o da analıqdır. Körpə quşçuluq fermasında bəslənilməməlidir.
KÖRPƏNİ ANASI BƏSLƏMƏLİDİR. KÖRPƏ AİLƏDƏ, ANASI,
ATASI, BACI VƏ QARDAŞLARI YANINDA BÖYÜMƏLİDİR. Cücələrin belə, heyvanat
aləminin başqa nümayəndələri kimi, anaya ehtiyacları var və onların eynən körpələr
evi kimi quşçuluq fermalarında yetişdirilməsi onların təbii inkişafına ziddir.
Bu cücələrin ən təbii ətdənsə süni ətə daha çox oxşayır, dadı olmur və çox
güman ki, faydalı deyil, çünki cücə süni şəraitdə yetişdirilmiş, təbii analıq
qayğısı görməmişdir. Çöl quşları təbii analıq qayğısı şəraitində böyüdüklərindən
və təbii sürətdə yemləndiklərindən ətləri də ləzzətli və faydalı olur. AİLƏSİ VƏ SIĞINACAĞI OLMAYAN KÖRPƏLƏRİ İSƏ CƏMİYYƏT
TƏRBİYƏ EDİR. CƏMİYYƏT ANCAQ BELƏLƏRİ ÜÇÜN KÖRPƏLƏR EVLƏRİ VƏ BUNA BƏNZƏR
MÜƏSSİSƏLƏR YARADIR. BELƏLƏRİNƏ ONLARIN ÖZ VALİDEYNLƏRİ OLMAYAN AYRI-AYRI ŞƏXSLƏRİN
HİMAYƏSİNDƏNSƏ CƏMİYYƏTİN HİMAYƏSİ DAHA YAXŞIDIR.
Körpənin anasınamı, yaxud körpələr
fermasınamı meyli olduğunu müəyyən üçün təcrübə keçirilsə, körpə fermanı yox,
anasını seçər, çünki anaya meyl körpənin təbiətindən doğur və onun təbii ideal
müdafiə sığınacağı məhz anadır. Körpəni anasından ayırıb körpələr evinə göndərmək
ona qarşı zor işlətmək, onun normal, təbii meylinin qarşısını almaq deməkdir.
Təbii inkişaf normal, azad inkişafdır. Ananın
körpələr evi ilə əvəz edilməsi normal inkişaf azadlığına qarşı çevrilmiş
zorakılıq əməlidir. Körpələr evlərinə göndərilən uşaqlar oraya ya məcburiyyət
gücünə, ya da bilmədən, körpə sadəlövhlüyü üzündən gedirlər. Həm də uşaqları
körpələr evlərinə sosial səbəblərə görə yox, məhz maddi səbəblər üzündən göndərirlər.
Əgər bu vaxt zor işlədilməsə və körpə sadəlövhlüyündən istifadə edilməsə, onlar
körpələr evindən imtina edərlər və öz analarından yapışarlar. Bu qeyri-təbii və
qeyri-insani işə bəraət qazandıran bir şey varsa, o da qadının öz təbiətinə
uyğun gəlməyən bir vəziyyətdə olmasıdır, yəni onun öz analıq vəzifəsinə zidd
qeyri-sosial vəzifələr əncam etməyə məcbur edilməsidir.
Qadına öz təbiəti etibarı ilə kişinin vəzifələrindən
fərqli vəzifələr xas olduğuna görə qadına kişinin şəraitindən fərqli şərait
yaradılmalıdır ki, o üst təbii vəzifələrini əncam edə bilsin.
Analıq kişiyə yox, qadına xas olan vəzifədir,
ona görə də təbiidir ki, körpəni anadan ayırmaq olmaz. Körpəni anadan ayırmaq
üçün edilən hər bir cəhd zorakılıq və zülm deməkdir. Öz balalarına münasibətdə
analıq borcundan imtina edən qadın özünün həyatdakı təbii vəzifəsinə qarşı
çıxmış olur. Onun bütün zəruri hüquqları təmin edilməli və onun üçün münasib şərait
yaradılmalıdır. Həm də qadını qeyri-normal şəraitdə üst təbii vəzifələrini əncam
etməyə məcbur etmək məqsədi güdən hər hansı bir zorakılıq və cövr istisna
olunmalıdır. Bunlar bir-birinə zidd hallardır. Qadının uşaq doğmaq və
uşaqlarına tərbiyə vermək kimi təbii vəzifəsindən məcburiyyət qarşısında imtina
etməsi o deməkdir ki, qadın zülmə və zorakılığa məruz qalır. Qadın onu öz təbii
vəzifəsini əncam etmək imkanından məhrum edən bir iş görməyə məcburdursa, azad
deyildir, çünki onu bu işi görməyə öz tələbatını ödəmək ehtiyacı vadar edir, tələbat
isə azadlığın şərtidir.
Qadının öz təbii vəzifəsini, kişinin vəzifəsindən
fərqlənən bu vəzifəni ifa edə bilməsi üçün labüd olan münasib və zəruri şərtlərdən
biri də hamiləliklə əlaqədar xəstə olan, öz bətnində başqa bir insanı gəzdirən
və buna da fiziki imkanları məhdud olan qadın üçün münasib şəraitin
yaradılmasından ibarətdir. Analığın bu mərhələsində olan qadını halına
yaraşmayan bir vəziyyətdə qoymaq, məsələn, onu fiziki əməklə məşğul olmağa məcbur
etmək cövr-cəfadır, çünki onsuz da fiziki əmək insan kimi öz analıq vəzifəsinə
xəyanət müqabilində qadının cəzasdır, yaxud onun öz təbiətinə yad olan kişi aləminə
daxil olması üçün ödədiyi vergidir.
Qadının fiziki əməklə öz xoşu ilə məşğul
olduğu barədə fikir, qadın özü bu fikirlə razılaşsa da, həqiqətə uyğun deyil.
Əslində qadın özü də dərk etmədən bu işlə ona görə məşğul olur ki, sərt maddi şərait
onu çıxılmaz vəziyyətə salmış və bu vəziyyətə tabe olmağa məcbur etmişdir,
halbuki o özünün könüllü olaraq işlədiyini güman edir. Lakin hazırda kişi ilə
qadının "hər şeydə" bərabərliyi prinsipi şəraitində qadın seçmək
azadlığına malik deyildir.
"Hər şeydə" ifadəsinin özü qadına
münasibətdə böyük aldatmadır, belə ki, bu ifadə qadını kişidən fərqləndirən və
onun həyatda təbii yerini müəyyən edən ən ümdə təbii xüsusiyyətləri heçə
endirir.
Hamilə ikən qadın ilə kişi arasında ağır şeylər
daşımaqda bərabərlik cövr-cəfadır. Südəmər körpəsi olduğu halda qadınla kişi
arasında oruc tutmaqda və bununla əlaqədar məşəqqətdə bərabərlik cövr-cəfadır.
Hər ikisi arasında qadın gözəlliyinə xələl gətirən və onun qadınlığı ilə bir
araya sığmayan çirkin işlərdə bərabərlik cövr-cəfadır. Qadına onun təbiətinə
zidd bir əmək sahəsində çalışmağa məcbur edəcək bir peşə öyrədilməsi də cövr-cəfadır.
Qadın və kişi insan münasibətlərinə aid olan hər şeydə bərabərdirlər. Belə ki,
onların heç birinə öz iradəsinə zidd olaraq digəri ilə nigah bağlamağa, ədalətli
məhkəməsiz və ya mühakimə olunmadan qarşılıqlı razılıq əsasında boşanmağa,
qadının boşanmasına razılıq olmadan ərə getməsinə, yaxud kişinin boşanmasına
razılıq olmadan evlənməsinə icazə verilməməlidir. Qadın evin sahibəsidir, çünki
ev hamiləlik, xəstəlik, doğuş və körpəyə qulluq dövründə qadın üçün münasib və
zəruri şərtlərdən biridir. Qadın analıq sığınacağının, yəni evin sahibəsidir.
Analıq qadının təbiətindən irəli gələn ümdə borcdur. Uşaqları anadan, yaxud
qadını evdən məhrum etmək cövrdür.
Qadın dişi fərddir, bu isə o deməkdir ki,
onun bioloji təbiəti kişinin təbiətindən fərqlidir. Qadının kişidən fərqli bu təbiəti
ona istər zahirən, istərsə də mahiyyət etibarı ilə kişinin keyfiyyətlərindən fərqli
keyfiyyətlər aşılamışdır. Heyvanat və bitki aləmində hər hansı bir dişi fərd
erkək fərddən fərqləndiyi kimi, qadın da qadın olduğu üçün kişidən zahirən fərqlənir.
Bu, şübhə doğurmayan bir həqiqətdir. Heyvanat və bitki aləmində erkək fərdlər
öz təbiətləri etibarı ilə güclü və köbud olurlar, halbuki dişi fərd bitki aləmində
də, heyvanat aləmində də, insan aləmində də öz təbiətləri etibarı ilə gözəl və
zərifdirlər. Bunlar əzəli ümümən məlum həqiqətlərdir və insan, heyvan və bitki
adlanan canlı varlıqlar bu həqiqətlərə uyğun xəlq edilmişdir.
Xilqətcə müxtəlifliyə görə və təbiət
qanunlarına uyğun olaraq erkək fərd köbud qüvvə daşıyıcısıdır, çünki o məhz
bundan ötrü xəlq edilmişdir, dişi fərd isə gözəllik və zəriflik daşıyıcısıdır,
çünki məhz bu rol üçün xəlq edilmişdir. Bu təbii qayda ədalətli hökmdür, belə
ki, bir tərəfdən təbiidir, digər tərəfdən isə azadlığın əsas qaydasıdır, çünki
bütün mövcüdat azad xəlq edilmişdir, deməli azadlıq qaydasına zidd olan hər bir
müdaxilə zorakılıqdır. Təbii xüsusiyyətlərə etinasızlıq göstərmək, bu xüsusiyyətlərdən
öz başına kənara çıxmaq həyatın özünün dəyərlərinin tapdanması, bu dəyərlərin məhv
edilməsi deməkdir. Təbiət beləcə, həyatın varlıqdan yoxluğa kimi zəruri axarı
ilə ahəngdar şəkildə nizamlanmışdır. Hər bir canlı varlıq xəlq edilir, yaşayır
və ölür. Həyat əvvəldən axıra kimi ixtiyar və məcburiyyətin nə olduğunu bilməyən
əzəli bir təbiət qanuna əsaslanır. Bu qanun təbii qanundur, onun əsasında təbii
azadlıq durur. Heyvanat, bitki və insan aləmində həyatın varlıqdan yoxluğa
doğru əzəli axarına uyğun olaraq erkək və dişi fərdlər labüd mövcud olmuşlar.
Bu fərdlər nəinki mövcuddurlar, həm də öz təbii vəzifələrini ifa etmək üçün xəlq
edilmişlər və vəzifələr tamam ifa edilməlidir. Əgər buna büsbütün əməl edilmirsə,
deməli, müəyyən şərait nəticəsində həyatın təbii axarı pozulur. Lakin hazırda təqribən
dünyanın hər yerində kişi ilə qadının rollarının qarışdırılması nəticəsində,
daha doğrusu, qadını kişiyə çevirmək cəhdləri nəticəsində cəmiyyətdə bu vəziyyətə
rast gəlmək mümkündür. Halbuki yaradılışa və onun qayəsinə uyğunluq zərurəti
kişidən də, qadından da rollarını ahəngdar ifa etməyi tələb edir, əks təqdirdə
geriləmə labüddür. Bu meyl təbiətə ziddir, azadlıq qaydasını pozur, həyata və
mövcudluq qanunlarına qarşı çevrilmişdir. Kişi də, qadın da onlar üçün
yaradılışdan müəyyən edilmiş rolu labüd olaraq ifa etməlidirlər, çünki onlar
üçün müəyyən edilmiş roldan hər hansı cüzi belə geri çəkilmə fəqət məcburi,
müstəsna hallarda, yəni qeyri-normal şəraitdə baş verə bilər. Səhhətinə görə
hamiləlikdən, yaxud nigahdan boyun qaçıran, yaxud gözəl və zərif olmağa
çalışmayan qadın özünün həyatdakı təbii rolundan məcburi səbəblər üzündən
imtina etmiş olur. İşinə görə hamiləlikdən, nigahdan, analıqdan və s. boyun
qaçıran qadın da öz təbii rolundan məcburi səbəblər üzündən imtina etmiş olur.
Heç bir gerçək səbəb olmadan hamiləlikdən nigahdan, analıqdan və s. boyun
qaçıran qadını öz təbii rolunu ifa etməkdən xilqətinə zidd mənəvi sapıntılar
imtina etməyə məcbur edir.
Beləliklə, qadının və kişinin öz təbii həyatı
vəzifələrini ifa etmək istəməmələri ancaq azadlıq qanununa zidd olan və insanın
mövcudluğunun özünü belə təhlükə altına alan qeyri-normal şəraitdə mümkün ola
bilər. Deməli, qadına öz təbii vəzifəsini ifa etməyə mane olan və onu kişi ilə
bərabərlik prinsipi naminə kişi əməyi ilə məşğul olmağa sövq edən maddi şəraitə
son qoymaq üçün bütün dünya miqyasında inqilab etmək lazımdır. Şübhə yoxdur ki,
belə bir inqilab xüsusilə sənaye cəhətdən inkişaf etmiş cəmiyyətlərdə özünü
müdafiə instinktinə cavab olaraq labüddür. Bu inqilab hətta Yaşıl Kitab kimi
xarici təbliğat mənbələrinin təsiri olmadan da baş verəcəkdir.
HAZIRDA MÜVCUD OLAN BÜTÜN
CƏMİYYƏTLƏR QADINA FƏQƏT ƏMTƏƏ KİMİ BAXIR. ŞƏRQ CƏMİYYƏTLƏRİ ONU ALQI-SATQI
MALI SAYIR, QƏRB İSƏ ONU QADIN HESAB ETMİR.
Qadını kişi işini görməyə sövq etmək onun həyatı
davam etdirmək üçün yaradılışdan ona bəxş edilmiş qadınlığına təcəvvüz etməkdir.
Kişi əməyi qadına öz əsas vəzifəsini ifa etmək üçün yaradılışda xas edilmiş gözəlliyi
silib yox edir. Qadın ona xas olmayan iş üçün xəlq edilməmişdir. Bitkilərin çiçəkləri
buna misaldır. Çiçək ona görə mövcuddur ki, tozlanma baş versin və toxumlar əmələ
gəlsin: çiçək məhv edilərsə, bitki öz həyatı vəzifəsini ifa etmək qabiliyyətini
itirər. Dişi kəpənəklərin, quşların və digər dişi heyvanatın təbii əlvan bəzəkləri
təbiət tərəfindən həyatın ali məqsədi naminə yaradılmışdır. Əgər qadın öz təbii
vəzifəsindən imtina edərək, gözəlliyinə etinasızlıq göstərərək kişi işi ilə məşğul
olursa - kişiyə çevrilir. Qadın kişiyə çevrilmək və öz qadınlığından imtina etmək
hüquqlarından savayı, başqa bütün hüquqlara malik olmalıdır.
Bədən quruluşlarınadkı fərqlərə görə kişi və
qadının əzələlərinin vəzifələri də müxtəlif olur. Bu vəzifələrin müxtəlifliyi
temperamentin, psixoloji xüsusiyyətlərin, əsəb sisteminin, boy-buxunun da müxtəlifliyini
şərtləndirir. Qadın cazibədardır, daha tez təsirlənir, ağlağandır, qorxaqdır. Təbiətcə
qadın incə və zəif, kişi isə köbud və sərt yaradılmışdır.
Qadın ilə kişi arasında təbii fərqləri nəzərə
almamaq, onların vəzifələrini qarışdırmaq mədəniyyətin əsaslarına və təbiətin əzəli
qanununa zidd bir meyldir. Bu meyl insan həyatının əsaslarını sarsıdır. İnsanın
ictimai həyatındakı faciələrin əsl səbəbi də bu meyldir.
Qadının qadınlığının, onun ana gözəllik və
rahatlıq mənbəyi kimi təbii həyatı vəzifəsinin ziyanına olaraq kişi işi görməyə
alışdırmış müasir sənaye cəmiyyətləri sivil yox, materialist cəmiyyətlərdir. Bu
cəmiyyətlərə təqlid etmək ağılsızlıqdır və Mədəniyyət ilə nsaniyyət üçün təhlükəlidir.
MƏSƏLƏ ONDA DEYİLDİR Kİ, QADIN
İŞLƏMƏLİ, YAXUD İŞLƏMƏMƏLİDİR. MƏSƏLƏNİN BU CÜR QOYULUŞU BAYAĞI VƏ MƏNASIZDIR,
BELƏ Kİ, CƏMİYYƏT KİŞİLİ QADINLI ƏMƏK QABİLİYYƏTİ VƏ ƏMƏYƏ TƏLƏBATI OLAN BÜTÜN
ÜZVLƏRİNİ İŞLƏ TƏMİN ETMƏLİDİR. MƏSƏLƏ ONDADIR Kİ, HƏR KƏS FƏQƏT ÖZÜNƏ MÜNASİB
SAHƏDƏ İŞLƏMƏLİDİR VƏ ÖZÜNƏ MÜNASİB OLMAYAN İŞİ ƏNCAM ETMƏYƏ MƏCBUR
EDİLMƏMƏLİDİR.
BALACALARI BÖYÜKLƏRİN İŞİNİ
GÖRMƏYƏ MƏCBUR ETMƏK CÖVR VƏ ZORAKILIQDIR. QADINI KİŞİ İŞİ GÖRMƏYƏ MƏCBUR ETMƏK
DƏ CÖVR VƏ ZORAKILIQDIR.
Azadlıq odur ki, hər insan öz təbiətinə
münasib olan və onu özünə münasib işlə məşğul olmağa hazırlayan bilik və təcrübəyə
malik olur.
Zorakılıq odur ki, insan öz təbiətinə münasib
olmayan və onu özünə münasib olmayan işlə məşğul olmağa sürükləyən bilik və təcrübəyə
malik olur. Heç də həmişə kişinin görə bildiyi iş qadına münasib olmur. Uşaqın
biliyi və bacarığı böyük adamın bilik və bacarığından fərqlənir.
İnsan hüquqları hamı üçün - kişi üçün də,
qadın üçün də, böyüklər üçün də, uşaqlar üçün də bərabərdir. Lakin onların vəzifələri
heç də bərabər deyil.
Qaralar
DÜNYAYA QARALAR HÖKMRANLIQ
EDƏCƏKLƏR.
Ağ irqin qara irqi əsarət altına alması
quldarlıq tarixində son mərhələ olmuşdur. Qara dərili adam öz hüquqlarını
bütünlüklə bərpa etdiyini dərk etməyincə, bu dövrün xatirəsi onun zehnindən
silinməyəcək.
Tarixin bu faciəli hissəsi, onun doğurmuş
olduğu ağrı hissi və bütöv bir irqin özünü təsdiq etməyə və hüquqlarını
qaytarmağa yönəldilmiş psixoloji səyi elə bir psixoloji amil təsəvvürü yaradır
ki, qara irqin intiqam almaq və hökmranlıq etmək səyini nəzərə alsaq, bu amilin
əhəmiyyəti ilə hesablaşmamaq olmaz. Bundan əlavə, tarixi ictimai prosesin
Asiyadan gələrək bütün başqa qitələri işğal etmiş sarı irqin hökmranlığı, sonra
isə bütün qitələri müstəmləkə altına almış ağ irqin hökmranlığı kimi amillərini
də nəzərə almaq vacibdir.
Hazırda qara irqin hökmaranlığı dövrü
başlanır. Sosial nöqtəyi-nəzərdən hazırda qara irq çox geridə qalmışdır. Lakin
bu gerilik qara irqin sayca üstünlük qazanmasına kömək edir, belə ki, həyat səviyyəsinin
aşağı olması qara dərili adamları nəsil artımını məhdudlaşdırmaq vasitələrindən
istifadə etmək imkanından məhrum etmişdir. Bundan əlavə, ictimai adətlər geridə
qaldığından qaralar nigah əlaqələri sahəsində məhdudiyyətin nə olduunu bilmirlər
və nəticədə onların sayı qeyri-məhdud şəkildə artır. Eyni zamanda başqa irqlər
doğumun nizama salınması və nigah haqqında təsirli qanunların qəbul edilməsi
sayəsində sayca azalırlar. Bunun daha bir səbəbi onların əbədi azadlıq şəraitində
bekarçılıq edən qaralardan fərqli olaraq həmişə məşğul olduqları ilə əlaqədardır.
Təhsil
Elm və təhsil gənclərin müəyyən vaxt ərzində
cərgə ilə əyləşib çap olunmuş dərsliklərdən öyrənməyə məcbur edildikləri müntəzəm
tədris proqramlarından və mövzulara bölünmüş fənlərdən ibarət deyildir. Hazırda
bütün dünyada məqbul sayılan bu tədris üslubu azadlığa ziddir. Dünya dövlətlərin
iftixarla öz gənclərinə qəbul etdirdiyi icbari təhsil azadlığı boğmaq və
insanın fitri istedadını məhv etmək vasitəsidir. Peşə yönümünün seçilməsi də hər
hansı bir məcburiyyət azadlığa ziyan vuran bir zorakılıq olur, çünki bu, insanı
azad seçim, yaradıcılıq və öz istedadını aşkar etmək hüququndan məhrum edir.
Proqram üzrə müntəzəm icbari təhsil əslində zorakılıqdan başqa bir şey
deyildir.
Tədris prosesini rəsmi proqram çərçivəsinə
salan və vətəndaşları rəsmən təsdiq edilmiş müəyyən fənləri və dərsləri öyrənməyə
məcbur edən bütün dövlətlər öz vətəndaşlarına qarşı zorakılıq işlədirlər.
Ümumdünya mədəni inqilabı bütün dünyada işlənən tədris üsullarını dağıtmalı və
insan şüurunu birtərəfli proqramlardan, habelə insanın zövqünü, təsəvvürlərini
və аıl tərzini qərəzlə yenidən qurmaq cəhdlərindən azad
etməlidir.
Bayağı düşünənlər deyilənləri tədris müəssisələrinin
bağlanılmasına və insanların təhsil almaq imkanından məhrum edilməsinə çağırış
kimi anlamasınlar. Əksinə, deyilənlərin mənası odur ki, cəmiyyət bütün təhsil
növlərini təmin etməli və öz vətəndaşları üçün onların təbiətinə daha münasib
olan təhsil növü seçmək imkanı yaratmalıdır. Bu isə elmin bütün sahələrində
kifayət qədər tədris müəssisələrin açılmasını tələb edir. Tədris müəssisələrinin
çatışmamazlığı insan azadlığını məhdudlaşdırır, insanı mövcud tədris müəssəsilərində
tədris edilən fənləri öyrənməyə vadar edir və bununla əlaqədar olaraq insanı
azad seçim hüququndan məhrum edir, belə ki, elmin digər sahələrinə dair tədris
ocaqları mövcud deyildir.
Biliklərin yayılması yolunda mane törədən,
bilikləri inhisara alan cəmiyyət geriçi, nadan və azadlığa düşmən cəmiyyətdir.
Dinin öyrənilməsinə mane olan, dini bilikləri inhisara alan cəmiyyət,
başqasının dinini, başqasının mədəniyyətini, başqasının həyat tərzini təhrif edən
cəmiyyət, habelə dünyəvi bilikləri yasaq edən, yaxud bu bilikləri inhisara alan
cəmiyyət də geridə qalmış cəhalətə meyl edən və azadlıa düşmən cəmiyyətdir.
Bilik hər bir insanın təbii haqqdır və heç kəsin onu bu hüququndan məhrum etməyə
ixtiyarı yoxdur. Fəqət insan özü bilikdən imtina edə bilər.
Hər şey əslində olduğu kimi göstəriləndə və hər
bir insan həqiqəti özünə münasib olan yolla dərk etmək imkanı əldə edəndə, cəhalət
öz-özünə yox olacaq.
Musiqi və incəsənət
İnsanlar bir-birini bir dildə başa düşmədikcə,
geridə qalacaqlar. Bəşəriyyət qeyri-mümkün görünən bu arzusuna yetişməyincə, hər
bir xalq sevinci və kədəri, xeyri və şəri, gözəlliyi və çirkinliyi, rahatlığı və
əzabı, ölümü və əbədiliyi, sevgini və nifrəti, yəni bütün hisslərini, zövq və əhvalını
öz doğma, təbiətən mənimsədiyi dilində ifadə edəcəkdir. Həm də insanın
davranışı dil daşıyıcısının qəlbində həmin dildə yaranan hissi qavrayışın
doğurduğu reaksiya ilə müəyyən ediləcəkdir.
Hazırda hamının bir dili qəbul etməsi məsələni
həll etmir. Bu məsələ bir neçə nəslin ömrü boyu davam edəcək dillərin qovuşması
prosesi bir neçə mərhələ keçdikdən sonra həll ediləcəkdir, həm də o şərtlə ki,
bu nəsillər zaman keçdikcə irsiyyət amillərini itirəcəkdir: ata-babanın hissi
qavrayışları, zövq və temperamenti oğul və nəvələrin hissi zəif şəkildə olsa
da, hətta bir xalqın içində də özünü göstərir.
Vahid ümumi bir dil öyrənmək çətin deyildir,
necə ki, başqa xalqların dilini bilməklə onların incəsənətini dərk etməyə
alışmaq çətin deyildir. Çətinlik özgə dil əsasında həqiqi emosional vəhdətinə
nail olmağın qeyri-mümkünlüyündədir. Eyni dildə danışan adamlarda irsiyyət
amilinin təsiri itib getməyincə, bu problem mövcud olacaqdır.
nsanlar öyrəndikləri dildə yox, məhz
ata-analarından irs olaraq aldıqları vahid bir ümumi dildə danışmadıqca, bəşəriyyət
sözün əsl mənasında gerilik içində olacaqdır.
Buna baxmayaraq, mədəniyyətin arasıkəsilməz
inkişafı nəticəsində bu məqsədə yetişmək ancaq vaxtdan asılıdır.
İdman, atçılıq, tamaşalar
İdman, namaz kimi, fərdi ola bilər və insan təklikdə,
hətta bağlı otaqda belə onunla məşğul ola bilər ki, bu vaxt idman oyunları, məbədlərdə
qılınan camaat namazı kimi, açıq meydançalarda keçirilir. Birinci növ idman fərdi
məşğələdir, ikinci növ isə kütləvi idman növüdür, çünki bu növ idmanla bütün
xalq məşğul olur və bu məşələni o heç kəsə həvalə etmir. Ağlasığmaz bir şeydir
ki, adamlar məbədlərə gedib, başqalarının necə namaz qıldıqlarına tamaşa etsinlər,
özləri isə namaz qılmasınlar. Elə həmin dərəcədə də ağlasığmaz bir şeydir ki,
adamlar dəstə-dəstə stadionlara və idman meydançalarına idman oyunlarında
iştirak etmək üçün yox, hər hansı bir idmançının, yaxud bir qrup idmançının
çıxışlarına tamaşa etmək üçün getsinlər.
İdman namaza, yeməyə, isinməyə, yaxud sərin
havaya bənzəyir. Camaat restoranlara ona görə getmir ki, başqalarının necə
yediklərinə tamaşa etsin. Kiminsə öz əvəzinə qırağında isinməyi, ya
ventilyatorun qabağında sərinləməyi kiməsə həvalə etməsini təsəvvürə gətirmək
gülüncdür. Elə cəmiyyətin də ayrı-ayrı, yaxud bir qrup idmançının xərclərini ödədiyi
halda bir nəfərə və ya bir qrup adama cəmiyyəti idmandan kənar edərək, idmanı
inhisara almaq imkanı verməsi eyni dərəcədə gülünc və çətin başa düşülən bir
şeydir. Demokratiya nöqtəyi-nəzərindən bu caiz deyildir, necə ki, xalqın ayrıca
bir fərdə, yaxud bir qrup adama - partiyaya, sinifə, tayfaya, qəbiləyə, yaxud
parlamentə xalq adından onun taleyini həll etmək, yaxud tələbatını müəyyən etmək
imkanı verməsi caiz deyildir.
Fərdi idman bu idmanla məşğul olanların
işidir. Onlar bu idmanla öz təşəbbüsləri ilə məşğul olurlar, xərci də özləri çəkirlər.
Kütləvi idman insanların sosial tələbatıdır, ona görə də nə idman nöqtəyi-nəzərindən,
nə də demokratiya baxımından onların əvəzinə bu idmanla məşğul olmağı heç kimə
həvalə etmək caiz deyildir. dman nöqtəyi-nəzərindən heç bir kəsin idmanla məşğul
olmağa həvalə etdiyi adam idmandan aldığı mənəvi və fiziki həzzi başqasına verə
bilməz. Demokratiya nöqtəyi-nəzərindən isə, nə ayrıca bir fərdin, nə də bir
insan qrupunun başqalarını kənar edərək idmanı, hakimiyyəti, sərvəti və silahı
inhisara almağa haqqı yoxdur.
Bütün dünya ölkələrində müasir idmanın ənənəvi
əsasını idman klubları təşkil edir və idman sahəsində bütün vəsait və imkanlar
onların sərəncamında olur. Əlbəttə, bu təşkilatlarda hakimiyyəti xalqın adından
inhisara almış siyasi diktatura təsisatları kimi, cəmiyyətdən əxz edilən sərvəti
inhisara almış iqtisadi təsisatları kimi və cəmiyyət adından silahı inhisara
almış ənənəvi hərbi təsisatlar kimi inhisarçı sosial təsisatlardır. Kütlələr əsri
sərvəti, hakimiyyəti və silahı inhisara almış təsisatları dağıtdığı kimi idman,
atçılıq və s. kimi sosial fəaliyyət növlərini inhisara almış təsisatları da
dağıtmalıdır. Xalq kütlələri öz əvəzlərinə onların talelərini həll edəcək,
yaxud əgər daha ağlasığmaz bir şey təsəvvürə gətirmək mümkündürsə - onların əvəzinə
onların tapşırığı ilə onların ləyaqətinin, suverenliyinin və s. daşıyıcısı
olacaq namizədi müdafiə etmək üçün növbəyə düzüldükləri zaman iradə və ləyaqətdən
məhrum edilmiş bu kütlələrə fəqət o qalır ki, adətən kütlələrin özləri etməli
olduqları bir işi başqa bir şəxsin necə ifa etdiyinə tamaşa etsinlər. İdmanın
faydasını başa düşmədiklərinə görə, yaxud idmanı öz inhisarına almış, kütlələri
isə əyləndirərək şüurlarını kütləşdirməyə çalışan və onlara idmanla məşğul
olmaq əvəzinə fəqət gülmək və əl çalmağı rəva bilən təşkilatların hoqqabazlığı
sayəsində özləri və öz xeyirlərinə idmanla məşğul olmayan kütlələrlə də eyni
şey baş verir. Hakimiyyət xalqa məxsus olduğu təqdirdə idman da kütləvi
xarakter alır. Sərvət və silah kütlələrə məxsus olan vaxt sosial fəaliyyət növü
kimi idman da kütlələrə məxsus olur.
Kollektiv idman kütlələrin işidir. Sağlamlıq
və əyləncə vasitəsi kimi faydalı olduğundan bütün xalqın idmanla məşul olmağa
haqqı var. İdmanı istisnasız olaraq ayrı-ayrı fərdlərin, yaxud bir qrup adamın
ixtiyarına vermək və kütlələr onları hər cür zəruri vəsaitlə təmin etdikləri və
bütün xərcləri ödədikləri halda onların idmanı sağlamlıq və mənəvi tərbiyə ilə əlaqədar
üstünlüklərindən tək başına istifadə etməklərinə imkan vermək olmaz.
Stadionların tribunalarına dolmuş minlərlə əl
çalan və gülən tamaşaçı minlərlə qəflətdə olan adamlardır ki, özlərinin şəxsən
idmanla məşğul olmaq imkanları olmadığından bekar-bekar tribunalarda oturub
çempionlara əl çalıb alqışlayırlar, halbuki bu çempionlar təşəbbüsü onların əlindən
almış, onları sıxışdıraraq idmandan kənar etmiş və kütlələr hesabına yaradılmış
bütün imkanlardan öz xeyirlərinə istifadə edərək idmanı inhisara almışlar.
Stadionların tribunaları fəqət onun üçün mövcuddur ki, kütlələrin idman
meydançalarına və idman qurğularına yolunu kəssin və onlara o idmanla məşğul
olmaq imkanı verməsin.
Kütlələr idmanın sosial fəallıq növü olduğunu
başa düşüb idman meydançalarına axışacaqları vaxt və tamaşaçı kimi deyil,
iştirakçı kimi çıxış edərək idmanla məşğul olacaqları zaman stadionların
tribunaları boşalacaq və itib gedəcək. Əlbəttə, daha çox ağlasığan şey o olardı
ki, qeyri-fəal tamaşaçı rolunu idmanla məşğul olmaq qabiliyyəti olmayan və
bekar azlıq ifa etsin.
Teatr və konsert zallarını həyatda qəhrəmanlıq
rolları ifa etməyə qadir olmayan, tarixi hadisələrin mənasını dərk edə bilməyən
və gələcəyi təsəvvürə gətirə bilməyən qeyri-ciddi adamlar doldururlar. Bu avaralar
teatrlara və tamaşa salonlarına gəlirlər ki, məktəb şagirdləri kimi, həyatın
necə cərəyan etdiyinə baxsınlar və öyrənsinlər.
Həyatı ancaq özləri yaradanların artistlərin
teatr səhnəsində və tamaşa salonlarında həyatı necə təsvir etdiklərinə tamaşa etməyə
ehtiyacları yoxdur. Elecə də at belində çapan atçılar cıdır vaxtı tribunalarda əyləşmirlər.
Əgər hər kəsin atı olsa idi, cıdıra tamaşa etməyə və cıdır iştirakçılarına əl
çalmaq arzusunda olan bir kəs belə tapılmazdı. Oturub tamaşa edənlər ancaq o kəslər
olardı ki, onlar özləri idmanın bu növü ilə məşğul olmağa qadir deyillər, çünki
ata minə bilmirlər.
Köçəri xalqlar teatr və tamaşaların nə
olduğunu bilmirlər, çünki onların həyatı son dərəcə sərtdir, əmək tələb edir,
onlar həyata ciddi yanaşırlar və həyatın səhnələşdirilməsi onlara gülünc gəlir.
Bu adamlar idman yarışlarına tamaşa etmirlər, amma bu cür yarışlarda əməyin
sevincini başa düşür və bölüştürürlər, çünki onlar bu yarışlarda iştirak etməyə
ciddi tələbat duyurlar.
Boks və
müxtəlif güləş növləri ona dəlalət edir ki, bəşəriyyət hələ vəhşilik
qalıqlarından tam yaxa qurtara bilməmişdir. Lakin insan daha yüksək mədəniyyət
səviyyəsinə çatanda, bu hökmən baş verəcəkdir. Dueldə tapanca ilə atışma, ondan
qabaq isə insan qurbanları verilməsi insan cəmiyyətinin həyatında adi hal
olmuşdur. Amma artıq yüz illərdir ki, bu vəhşilik əmməllərinə son qoyulmuşdur.
İndi adamlar bir zamanlar belə əməllərlə məşğul olduqlarını xatırlayanda, bu
onlara gülünc görsənir, bəzən isə xəcalət çəkirlər. On ildən, yaxud yüz ildən
sonra boks və güləşlə də eyni hadisə baş verecək. Amma artıq indinin özündə belə
mədəni və intelektual cəhətdən inkişaf etmiş adamlar idmanın bu cür vəhşi növlərindən
uzaqlaşırlar, bu cür çıxışların nə tamaşaçısı, nə də iştirakçısı olmaq istəmirlər.