суббота, 22 декабря 2012 г.

Daimi komitə: "12 imam küfr və azğınlıq imamlarıdırlar"


  Sizlərə vəhhabi üləmasının “qaymaqları” sayılan şəxslərin Əhli-Beyt (ə) imamları haqqında verdiyi təhqiredici fətvanı təqdim edirik. Bu fətva onların “Əhli-Beyt imamlarını sevirik!” iddiasının yalandan başqa bir şey olmadığını açıq-aşkar göstərir.

  "Avam rafizilərin təkfiri"

  Həm alim, həm də avam rafizilərin təkfir edilməsinin vacibliyi barədə daimi komitənin fətvası:
  Sual: 12 imamın ardıcılları olan imamçı rafizilərin hökmü nədir? Dindən çıxmış bir firqənin alimləri və onların ardıcılları arasında təkfir və təfsiq cəhətindən fərq varmı?
  Cavab: Küfr və azğınlıq imamlarından olan imamların birinə qoşulan və öz başçıları və böyüklərinə haqqsızlıq və düşmənçilik törətməkdə köməklik edən avam kəsin hökmü, həm küfrdə, həm də fisqdə, elə onların hökmüdür. Ona görə ki, Allah buyurur: "Səndən saat (qiyamət günü) haqqında soruşarlar ki...", və bu sözlərə qədər: "Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar. Ey Rəbbimiz! Onları ikiqat əziyyətə sal və onları müdhiş bir lənətə məruz qoy!". Həmçinin "Bəqərə" sürəsinin 165, 166, 167, "Əraf" sürəsinin 37, 38, 39, "Səba" sürəsinin 21 və 22, "Səfat" sürəsinin 20-36 və Allah Kitabının digər ayələrini oxuyun. Sünnədə də bu barədə çox şey var. Və həmçinin ona görə ki, peyğəmbər və səhabələr müşriklərin başçıları və onların ardıcılları ilə vuruşduqda, onların arasında fərq qoymurdular.
  Toufiq Allaha məxsusdur. Allahın salam və salavatı peyğəmbərimiz Məhəmməd, onun ailəsi və saleh səhabələrinin üzərinə olsun.

  Fətvalar üzrə daimi komitə: Şeyx Əbdül Əziz ibn Baz, Əbdür Rəzzaq əl-Afifi, Abdullah əl-Qudayan və Abdullah əl-Qaud.

  Mənbə: "Fətva əl-Ləcnə əd-Daimə", 2-377.
  
  İndi isə baxaq Allah və Onun Rəsulu (s) Əhli-Beyt (ə) imamları barəsində nə buyururlar:

  Qurani-Kərim: “Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. (Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabının (mükafatını) artırarıq!” Həqiqətən, Allah bağışlayandır, qədirbiləndir! (Şükrün və itaətin, gözəl əməllərin əvəzini verəndir!)”

  Allahın Rəsulu (s): “Hər kim mənim həyatımı yaşamaq, mənim öldüyüm kimi ölmək və Rəbbimin tikdiyi adn cənnətində oturmaq, sevinc və səadətə qovuşmaq istəyirsə məndən sonra Əli ilə dost olsun. Оnun dostlarına da dost olsun və mənim soyumdan gələn imamlara uysun. Çünki onlar mənim mayamdan yaradılmışlar və onlara elm və fəhm qismət olmuşdur. Onlar ümmətimi hidayət qapısından çölə çıxarmaz və zəlalətə soxmazlar! Vay olsun ümmətimdən olub bu imamların fəzilətini və onlarla olan qan bağlılığımı göz ardı edənlərə! Allah mənim şəfaətimi onlara nəsib etməsin!” (Əbu Nuaym əl-İsfahani “Hiylətul-Övliya”, c.1, s.86, Müttəqi Hindi “Kənzul-ümmal”, c.6, s.217)

  Bütün bunlardan sonra adları çəkdikləri alimlərə uyan adamlara isə bu ayəni xatırlatmaq istərdim: “Bir gün (qiyamət günü) bütün insanları öz imamları (ardınca getdikləri rəhbərləri, yaxud peyğəmbərləri və ya əməl dəftərləri) ilə birlikdə (hüzurumuza) çağıracağıq. Əməl dəftərləri sağ əllərinə verilənlər onu oxuyar (şad olarlar). Onlara tük (xurma çərdəyinin yarığındakı tel) qədər haqsızlıq edilməz.”
  
  Hazırladı: Asim Məmmədov