четверг, 20 декабря 2012 г.

Bir il keçdi...


El Nur Radar

Bir il keçdi... Düz bir il. Amma elə bilki dünən kimi yadımdadır o günlər. O günlər ki, Sənin mesajın gəlmədən yuxudan oyana bilmirdim. O günlər ki, Məni görmədən bir gün yaşaya bilmirdin. O günlər ki, gecələri səsini eşitmədən yata bilmirdim... Ehh o günlər ... Xatirəmdə yalnız "o günlər" kimi qalacaq olan o günlər. Söz belə tapa bilmirəm artıq o günlərimizin gözəlliyini ifadə eləməyə. Qorxuramki xələl gələr keçmişimin göz bəbəyi olan günlərə. Amma keçmişimdə qaldı. Bir il keçdi o günlərdən...

Bir il keçdi... Düz bir il. Artıq bir ildirki yoxsan. Artıq bir ildirki görmürsən məni. Mən? Mənsə hər gün görürəm Səni, yuxularıma gəlirSən. Yuxularımda belə tərk edib gedirSən, yaxınına gəlmək istəyirəm, Səni son dəfə qucaqlamaq, son dəfə qoxunu içimə çəkmək istəyirəm, son dəfə o gül qoxan saçlarını əllərimlə oxşamaq istəyirəm, son dəfə gözlərinin içinə baxıb "Verdiyin əzablara rəğmən Səni Hələdə Sevirəm" demək istəyirəm, bəlkə də bircə dəfə "Əlvida" demək istəyirəm. Amma Sən gözləmirsən... Sənə çatmağıma bircə addım qalmış hər dəfə yox olursan, Mənsə oyanıram yuxudan, dəlilər kimi Səni axtarıram ətrafımda. Sonra yenidən yuxuya getmək istəyirəm. Sənə çatıb o ürəyimdəkiləri son dəfə deməkçün, son dəfə eləməyçün... Niyə oynayırsan yuxularımla? Mənimlə kifayət qədər oynadın, yuxularımdan nə istəyirsən? Bir il keçdi, amma Mən hələ də o yuxuları görürəm...

Bir il keçdi... Düz bir il. Amma Mən hələ də səni bircə dəfə görmək ümidiylə yaşayıram. Bəzən qarşımda gedən birini Sənə oxşadıram, tez yanına gedirəm. Gördükdəysə... Hər dəfə fərqli üzlərlə qarşılaşıram... Sonra xatırlayıram ki, Bir il keçdi...

Bir il keçdi... Düz bir il. Ama Mən qoyub getdiyin kimiyəm... Sən getdiyin axşamkı kimiyəm, o günnən bəri gün işığı da görmüyüb gözlərim. Təraşda olmuram artıq. Bəzən Sənin yoxluğunla danışıram. Uzun uzun danışıram. Gözləyirəm bəlkə yoxluğun da tərk edər. Amma o tərk etmir... Sonra bir siqaret yandırıram... Son siqaretimi, yoxluğunun varlığına çəkirəm o siqareti... Tərk etdiyin günün bir illiyini qeyd eliyərəm. Tərk etdiyin günə çəkirəm o siqareti... Çəkə-çəkə düşünürəm: Görəsən harda itdi bizim arzularımız? Nə vaxt bitdi nağıllarımız? Sonrasa xatırlayıram, bir il keçdi Düz bir il... Hər kəsin bir hekayəsi var. Kimi o hekayəni yaşayıb, kimi yaşayacaq, kimi də yaşamamış kimi hər zaman özünü aldadacaq!...

Комментариев нет:

Отправить комментарий