пятница, 31 мая 2013 г.

Malkolm X-in nəvəsini CIA öldürdü? (ARAŞDIRMA)

“Malkolm Şabazz şiəliyi qəbul etmiş və müqavimət hərəkatı üçün bir sözçüyə çevrilmişdi. Yalnız Yaxın Şərqin anti-sionist qüvvələri üçün yox, bəlkə bütün dünya anti-imperialist gücləri üçün də. Eynilə babası kimi.”
Babası XX-ci əsrin ən məşhur afro-amerikalısı olan Malkolm X-in nəvəsi, söz azadlığı fəalı Malkolm Şabazzla tanışlığım yox idi. Və bundan sonra olmayacaq da. Çünki o bu yaxınlarda Meksikada öldürüldü.
Malkolm Şabazzla keçən fevral Tehranda keçirilmiş “Hollivudizm” konfransında tanış olmağa ümid edirdim, amma ABŞ Milli Təhlükəsizlik Nazirliyinin başqa planı var imiş. Tehran təyyarəsinə minməyə çalışarkən Malkolm Federal Təhqiqat Bürosu (FBI) tərəfindən həbs olundu. Həbs üçün heç bir səbəb göstərilmədi.
ABŞ rəsmiləri Malkolma İrana səfər etməyə nə üçün maneə oldular?
Həbs açıq-aşkar siyasi sifariş idi. Malkolm Şabazzın “Hollivudizm” konfransında iştirakı bu tədbirə pulsuz reklam təmin edəcəkdi. Xüsusilə də zənci, müsəlman, anti-sionist və anti-imperialist dairələrdə. Və bu reklam Malkolmun müxalifətçi kimi artan nüfuzunu daha da qaldırardı.

Səhv oxumadız: Malkolm Şabazz  eynilə babası kimi yuxarıdakılar üçün böyük problemlər vəd edən potensial təhlükəyə çevrildi.
Malkolm Şabazz şiəliyi qəbul etmiş və müqavimət hərəkatı üçün bir sözçüyə çevrilmişdi. Yalnız Yaxın Şərqin anti-sionist qüvvələri üçün yox, bəlkə bütün dünya anti-imperialist gücləri üçün də. Eynilə babası kimi gənc yaşlarından qanunla problemlər yaşamışdı və babası kimi o da hər şeyi buraxıb dünya məzlumları üçün xarizmatik bir sözçüyə çevrilmək yolunda idi.
Con Perkins hesab edir ki, Malkolm Şabazzı öldürən Mərkəzi Kəşfiyyat İdarəsidir (CIA). Dünya Bankı və ona bağlı təşkilatların leyhinə imperiyanın düşmənlərinə sui-qəsdlər təşkil edən “asteroid”lərin bu işdə əllərinin olub-olmamasını bilmirəm. Amma 100% əminəm ki, bunu fikirləşirdilər.
Necə buna əmin ola bilərəm?
Bu sui-qəsdlər üstündə uzun illər araşdırma apardım və bu nəticəyə gəldim ki, imperiyanın muzdlu qatilləri potensial düşmənlərin profilini ortaya qoyar və onların arasından hansının “hal-hazırda potensial təhlükə” olaraq mövcud olacağına qərar verir.
Mətbuata çıxmaları ilə xarizmatik liderlər nəzarətə alınır və potensial təhlükəli şəxslər siyahısına düşürlər. Prezident Con Kennedi çox xarizmatik və mətbuatı yaxşı qavramış olduğundan öldürüldü ki, o imperiyanın keşikçilərinin qəbul edə bilməyəcəyi bir siyasət yürüdürdü: atom tərksilahı, Kuba ilə barışma, Rusiya ilə yumşalma, Vyetnamdan çəkilmə, Üçüncü Dünya ilə yeni bir əlaqə forması və s. Bu əhvalat Amerikanın qabaqcıl sülh fəallarından Ceyms Duqlasın “Con Ficerald Kennedi və təsvir olunmazlar” (“Orbis Books” nəşriyyatı, 2008) adlı kitabında çox gözəl izah olundu.
Con Kennedinin qardaşı Robert də vəzifə sahiblərinə “potensial təhlükə” kimi təqdim edildi. O, CIA killerləri tərəfindən vurulmasaydı, 1968-ci il seçkilərində prezident seçiləcəkdi. Robert qardaşının qatillərini tapmaq və onun siyasətini davam etdirmək üçün prezident olmaq istəyirdi. Amma “asteroidlər” və onların bank sahiblərinin başqa planları var idi.
Martin Lüter Kinq də “potensial təhlükə” idi. FBI-nin onu dəliliyə və intihara sürükləməyə çalışmasına rəğmən, o Vyetnam müharibəsinə və bütün hərbi industriya kompleksinə qarşı çıxırdı. İntihardan uzaq bir halda Kinq Vaşinqton Kolumbiya Dairəsinin işğalına rəhbərlik etməyə və müharibə və yoxsulluq sona çatana qədər orada qalmağa planlaşdırırdı. Belədə 1999-cu ildə yaradılmış qanuni bir araşdırma qrupu hökm çıxardı ki, ABŞ ordusu, FBI və CIA Doktor Kinqi aradan götürmək üçün birlikdə çalışırdılar. Əhvalatın tam variantı Uilyam Pepperin “Dövlət işi” kitabında var.
Yaxın keçmişdəki “potensial təhlükə”lər sırasına atasının və əmisinin qatillərini təqib edən, 1999-cu ildə öldürülən kiçik Con Ficerald Kennedi də daxildir. Senator Pol Uilston 11 sentyabrı araşdırmağı və ABŞ-ın İraqın işğalını əngəlləməyi planlaşdırdığı üçün öldürüldü. Və nəhayət Venesuela prezidenti Uqo Çaves Latın Amerikasını ABŞ imperiyasının nəzarətindən çıxarmaq üçün az qala tək başına lazımi xarizmaya sahibli olduğu günahından bir xərçəng silahı ilə öldürüldü.
CIA 1965-ci ildə onun sui-qəsdinə istiqamət verəndə, Malcolm Şabazzın babası Malcolm X də “potensial təhlükə” idi. Malcolm X, fəqir və orta sinif amerikalı ağ və qaralarla birlikdə imperializmin qərbli olmayan digər qurbanlarını və müsəlmanları ehtiva edən anti-imperialist bir ittifaqı formalaşdırırdı. Üç il sonra öldürüldüyündə Doktor King də eyni ittifaqı bir araya gətirirdi.
Və indi eyni anti-imperialist ittifaqın yeni versiyasını formalaşdıran Malcolm Şabazz Meksikada öldürüldü. Təsadüfdür? Ola bilər.
Amma buna onun ehtimal edilən qatillərinin nöqteyi-nəzərindən baxaq. Onların fikirinə görə, Malkolm Şabazz babasının yolunu təkrarlamağa çalışan kimi görünürdü. Əgər onu öldürmək üçün daha uzun vaxt gözləsələrdi və onun nüfuzlu bir fəala çevrilib şöbhrətin yayılmasına imkan verilsəydi, sui-qəsd təşkil etmək daha da çətin olacaqdı. Ona görə onun gənc yaşlarında işlətdiyi iddia edilən cinayətlərə əsaslanan bir mətbuat təbliğatı başladı ki, o “sadəcə bir quldur” idi.
Əgər kitabının sona çatdırılıb çapa çıxmasını gözləsələrdi, ölümünə şübhə ilə baxılacaq və kitabı çox satılacaqdı.
Və əgər babası kimi məşhur və nüfuzlu çevrilməsinə qədər gözləsələrdi, böyük bir problemlə üz-üzə qalmalı olacaqdılar.
Bu vəziyyətdə aydındır ki, əngəlləyici tədbir görməyə qərar verdilər. Onu cavan ikən öldürün ki, hələlik “problemli” dönəmi başlamadı. Bunu elə edin ki, “kriminal keçmişi olan cavan” versiyası təsdiqlənsin. “Zığ-zığın xoru” əməliyyatı. Bu xoru nəzarət altında olan bütün mətbu orqanları vasitəsi ilə yayın.
Malkolm Şabazzın başına gələnlər tamamilə aydındır ki, CIA-nın ünsürləri vasitəsilə ABŞ-ın əsas mətbu orqanlarına sızır. Nəticədə bu hadisəni adi bir qətl kimi təqdim etmək və Malkolmun fəal kimi rolunu və imperiya üçün böyük problemlər vəd edən potensial təhlükə olduğunu gizlətmək istiqamətində səylər başlayır.
CIA və Mossada bağlı olan Google-də Malkolm Şabazzın adını axtarışa versəniz, ilk nəticə CIA-nın təbliğat maşını “Huffington Post” tərəfindən dərc edilmiş bir əhvalat olacaq. Bu əhvalat Malkolmun adını ləkələmək üçün yazılmış bir qaralamadır.
Huffington Post: “Malkolm Şabazz gəncliyində nənəsinin ölümünə səbəb olmuş yanğın törətmişdi.”
Reallıq: Malkolm Şabazz bir uşaq kimi o yanğını inkar etdi. Lakin əksər təqsirləndirilənlər, xüsusilə də afro-amerikalılar kimi, təqsirini etiraf etməyə məcbur edildi və uzun müddətli həbs cəzasından yaxa qurtarmaq üçün məcburən öz təqsirini boynuna aldı.
Huffington Post: “Malkolm Şabazz ömür boyunca qanunla problemlər yaşamağa davam etdi.”
Reallıq: Son məhkumiyyəti on ildən çox əvvəl – 2002-ci ildə olmuşdu. Belədə Malkolmun qatilləri yeganə çıxış yolu kimi onu günahsız olduğu bir halda həbs etməkdə tapdılar. Bir sözlə, onu 7 il əvvəl (!) – 2006-ci ildə “bir mağazanın şüşəsini sındırmaq” ittihamı ilə tutdular!
Obama rejiminin tanımadığı “Qaradərililər üçün maşın sürmək hüququ” (Amerikada qaradərili sürücü olmağınız polis tərəfindən dindirməyiniz və axtarış edilməniz üçün yetərli səbəbdir. Buna “Driving While Black” deyilir) Amerikada faktiki olaraq bütün qaradərili cavanların “qanunla problemi” var. Əslində onların qanunla problemi yoxdur. Qanunun onlarla problemi var. Cavan, qara və kişi olmaq bunun əksini sübut edilməyənə qədər təqsirli olmaq deməkdir.
“New York Times”, “Huffington Post” və onlara oxşar mətbu orqanlarının imperialist təbliğatçıları Malkolm Şabazzı qaralamaq üçn dəridən-qabıqdan çıxırlar. Bu isə onun siyasi qətlin daha bir qurbanı olduğunu təsdiq edən dəlildir.
Malkolm Şabazzın gerçək “təqsir”i eynilə məşhur babası kimi müqavimət cəbhəsinə qatılması, sionizmə və ABŞ imperiyasına qarşı ayağa qalxması və həqiqəti söyləməsidir.

Dr. Kevin Barret
QafqAzNews üçün tərcümə edən: Asim Məmmədov

суббота, 25 мая 2013 г.

Seyyid Qütb - Qardaş, sən azadsan! (VİDEO)


Qardaş, sən azadsan hətta zindanda,
Qardaş, sən azadsan hətta qandalda!
O vaxta qədər ki, arxalanırsan Allaha
Sənə nə ziyan verər kölənin hiyləsi?

Qardaş, ləşkəri-zülmət məhv olacaq,
Yeni fəcr yer üzündə doğacaq.
Onun nurunu burax qəlbinə
Seyr eylə, uzaqdan necə baxır bizlərə.

Qardaş, əllərin al qana boyandı,
Çün zillətə məhkumdan boyun qaçırdı
Şübhəsiz ki, eşqi-şəhadətlə o əllərin
Qana boyanmaqla qazandı cənnəti.

Qardaş, noldu meylin yox savaşa?
Silahı da çiynindən atdın kənara...
Yaralarımızı kim onda saracaq?
Şəhadət bayrağını kim zirvəyə qaldıracaq?

Qardaş, elə qüvvə dayanır arxamda
Qorxutmur məni nə dağ, nə qaya
Bu silahla gedərəm sionistin üstünə
Ta ki küfr qalmasın yer üzündə.

Rəbbim və dinim üçün alacam intiqam
Yoxdur Allah və İslam yolunda basılma!
Ya qalib gələr yolumuz başqa yollara,
Ya can fəda edib qayıdarıq əbədi məkana.

Yox, qardaş, yormur məni mübarizə
Silahı da qoymadım hələ ki yerə.
Ölsəm isə əgər, şəhid olacam
Sənin əlinə keçəcək bu sancaq.

Əminliklə gedirəm aram şəkildə
Ulduzların Rəbbi – Allah tərəfə.
Öldürəcəksiz? Nə edəcəksiz bizə?
Sadiqəm mən etdiyim beyətə!

Qardaş, açıqdır yolun, baxma geri
Sənin Haqq yolun qana boyandı
Baxma sola, baxma sağa –
Nəzərini yetir Uca Allaha!

Qanadı sınıq quş deyilik əsla
Zillət və təslim uzaqdır bizdən!
Duyuram: gəlir coşa qan damarlarda
Sanki deyir: mübarizəyə, mübarizəyə!

Allah seçib bizi bərayi-dəvət
Sona qədərdir rahi-Xudavənd
Bəzilər artıq qovuşub əbədi məkana
Sağ qalanlarsa sadiqdir əhdi-peymana.

Qardaş, ölsək əgər, görərik aşiqləri,
Çünki cənnət bağları gözləyir bizləri.
Quşlar pərvaz edəcək yanımızda,
Əbədi səadət – nə xoş halımıza!


Tərcümə: Asim Məmmədov