четверг, 11 июля 2013 г.

İudaizm haqqında (Ömər əl-Əşqər)

İsrail övladlarının dini  iudaizm (və ya yəhudilik) çoxlu sayda bütpərəst təsəvvür, eyni zamanda yəhudi millətçiliyinin təzahüründən ibarətdir. İsrail – Yaqub ibn İshaq ibn İbrahimin ikinci adı idi. İsrail övladlarının yanına bir çox peyğəmbər, o cümlədən İsrailin özü göndərilmişdir. Bu peyğəmbərlər öz əcdadları – Həzrəti İbrahim (ə) tərəfindən öyrədilmiş təkallahçılığı yəhudilərə çatdırırdılar. Sonra onların yanına böyük peyğəmbər Həzrəti Musa (ə) göndərildi. O, tövhidə əsaslanan möhkəm şəriəti gətirib yəhudiləri tək olan Allaha sitayiş etməyə çağırdı. Amma vaxt ötdükcə onlar bu yoldan azıb bütpərəst inanclar səviyyəsinə endilər. Bu gün əlimizdə olan Tövratın mətnində Allah barədə elə təsəvvür və miflərə rast gəlirik ki, yəhudilərin ilahi elçi və kitablara malik olmayan bütpərəst yunanlar və digər xalqlardan heç nə ilə fərqlənmədiklərini görürük.
Yəhudilərin haqq yoldan sapması hələ Həzrəti Musa həyatda olarkən başlamışdı. Onlar qızıldan düzəldilmiş inək bütü özlərinə Tanrı seçdilər. Hələ bundan əvvəl Həzrəti Musadan xahiş etmişdilər ki, onlar üçün bir büt düzəltsin ki, ona sitayiş edə bilsinlər. Musa buna cavab olaraq onları “cahil insanlar” adlandırmışdı.
Yəhudilərin bəziləri olduqca qəribə inanclara malikdirlər. Onlardan bir qrupu Üzeyir peyğəmbəri Allahın oğlu hesab edir. Digər qrupun nəzərinə görə isə, pak olan Allah xəsis və simicdir. Qurani-Kərimdə deyilir: “Yəhudilər dedilər: “Allahın səxavət əli bağlıdır!” Onların öz əlləri bağlandı və dedikləri sözə görə lənətə gəldilər. Əksinə, Onun kərimlik və səxavət əlləri açıqdır və O, istədiyi kimi lütf edər”. (əl-Maidə, 64)
İudaizmdə yəhudi millətçiliyinin təzahürü ondan ibarətdir ki, onlar Allahı yalnız yəhudilərin tanrısı kimi qəbul edirlər. Bu azmış kimi, yəhudilərin nəzərinə görə, yalnız bir-birləri ilə münasibətlərdə əxlaq və ədəb qaydalarına riayət etmək gərəklidir, digər insanlara – “qoy”lara qarşı etdikləri zülmlərə görə isə Allah yəhudiləri məsuliyyətə cəlb etməz. Onlar bütün digər xalqlara “qoy” deyirlər və Tövratdan gələn bu kəlimə yəhudi dilindən “özgə, yabancı” kimi tərcümə olunur. Günümüzdə isə qeyri-yəhudi xalqlar üçün təhqir və istehza ilə dolu bir mənada işlədilir.
Qurani-Kərimdə yəhudiləri məzəmmət edən ayələri və Tövratın mətnində rast gəlinən təhrifləri bir kənara qoyub yəhudi alim və hahamları tərəfindən yazılmış və onların fikrincə əhəmiyyətinə görə heç də Tövratdan geri qalmayan Talmud kitabında nələrin yazıldığına baxaq. Orada yazılanları oxuduqca, insan yəhudilərin dini inanclarından dəhşətə gəlir.
Dr. Mustafa əz-Zərqanın “Əl-kənzul-mərsud fi qəvaidut-Talmud” kitabında deyilir: “Onlar hesab edirlər ki, Allah oxumağa və öyrənməyə möhtacdır. Hesab edirlər ki, O oynayır və əylənir”. Talmudda oxuyuruq: “Gün 12 saatdan ibarətdir. Günün ilk 3 saatında Allah oturub Tövratla məşğul olur. İkinci 3 saatda məhkəmə işlərinə baxır. Üçüncü 3 saatda dünyanı dolandırır, dördüncü 4 saatı isə böyük bir dəniz bədheybəti Leviafanla oynamaqla keçirir”.
Bununla yanaşı onlar inanırlar ki, Yerusəlim Məbədinin dağılmasından sonra, Allah daha Leviafanla oynamır və Həvva ilə rəqs etmir. Hərçənd əvvəllər O Həvvanı bəzədib saçlarını darayardı. Allah Öz Ucalığı və Böyüklüyü ilə bütün bunlardan pakdır!
Yəhudilər öz dinsiz sələflərinin – bütpərəst xalqların sözlərini təkrarlayırlar. Onlarınn baxışlarına görə, Allahın insandan heç bir fərqi yoxdur. O, insan kimi düşünür, insanların gördükləri işlərin eynisini edir. O, rəqs edir, kədərlənir, ağlayır. Niyə ağlayır? Süleymanın inşa etdiyi yəhudi məbədinin dağılmasına görə.
Məbəd  yəhudilərin əzəmət rəmzidir. Onlar hesab edirlər ki, Məbədin dağılması zamanından ta günümüzə qədər, Allah gecənin ¾ hissəsini ağlayır və şir kimi nərildəyib deyir: “Vay olsun Mənə! Evimin yandırılmasına və övladlarımın əsir götürülməsinə necə yol verə bilərdim?!”
Belə nağılları uyduran insanlar ağılsız, bütün bunları doğru bilib inananlar isə onlardan da ağılsızdır. Allah həmd olsun ki, bizə haqq yolu göstərib nura doğru çıxartdı!
Bu iudaizm dininin təməlində dayanan yəhudi inanclarının misalları idi. Bunlar qədim yunan və digər bütpərəst miflərin tanrılar haqqında dediklərindən demək olar ki, heç nə ilə fərqlənmirlər.


Ömər ibn Süleyman əl-Əşqərin “Əl-əqidə fi-llah” kitabından, səh.234-240