среда, 11 апреля 2012 г.

QEYRƏT vaxtıdır, QEY-PARAD vaxtı yox!

  
  Eurovision və qey-parad mövzularına toxunmazdan öncə Azərbaycan tarixindən bir ibrətli hekayəni nəql etmək istərdim:
  "I-ci Təhmasib şahın dövründə Səfəvi sarayında Mir İnayətullah Xuzani İsfahani adlı vəzir var idi. Şah onun Ali Məclisin pişxidmətləri zümrəsindən olan Basliq bəy adlı oğlannan homoseksual münasibətlərdə olduğunu biləndən sonra, Mir İnayətullaya bərk qəzəbləndi. O Vətən xaini Müzəffər sultanla birlikdə dəmir qəfəsə salınıb və Təbrizin Sahihabad ərazisində yerləşən "Həsən padişah" məscidinin iki minarəsi arasında salladılaraq YANDIRILIB!" (İsgəndər bəy Münşi "Tarix-i aləmara-yi Abbasi", səh. 284-285)
  Bu kiçik hekayəni nəql etməklə, heç də onu demək istəmirəm ki, gərək Azərbaycan höküməti may ayında ölkəmizə "təşrif buyuracaq" 6000 (!) qeyin hamısını tonqala atsın. Yox. Sadecə onu demək istəyirəm ki, Azərbaycanda həmcinsbazlara münasibət ta qədimdən kəskin şəkildə mənfi olub və homoseksualizmin istənilən təbliğ olunma cəhdlərinin qarşısı qətiyyətlə alınırdı. Bunun bir neçə səbəbi var: əvvəla Azərbaycan xalqı müsəlman xalqdır, İslam dini isə həmcinsbazlığı lənətləyir. Allah təbarək və təala Qurani-Kərimdə Lut peyğəmbərin dilindən qeylər haqqında belə buyurur: "Həqiqətən mən, sizin bu etdiyinizə hirs ilə qarşı olanlardanam." (Şuəra sürəsi, 168). Qeylər isə nəinki Lut (ə)-ın dəvətini qəbul etdilər, əksinə onu danlamağa başladılar və hətta onları hidayət etmək üçün yerə endirilmiş kişi mələklərnən də pozğunluq eləməyə cəhd göstəriblər. Ona görə Allah onları dəhşətli bir əzaba düçar edərək, yer üzündən zəlil etdi. İkincisi Azərbaycan xalqı Atropat, Cavanşir, Xətai, Rəsulzadə, Mübariz İbrahimov kimi qeyrətli oğulları yetişdirib və təbii ki, belə övladlara malik olmuş xalq homoseksualizm kimi çirkin fenomenə dözməz! Homoseksualizm inkvizisiyada milyonlarnan qadını diri-diri yandırmış və ona görə qadın böhranından əziyyət çəkən Avropada inkişaf edə bilər, amma Azərbaycanda heç vaxt!
  Eurovisionun və QEYri-normalların paradı tekçə azərilərin və müsəlmanların yox, bütün inanclı və əxlaqlı insanların hissləri ilə zidd olduğunu görmək üçün yaxın tarixə - 2009-cu ilə qayıtmaq kifayətdir. Həmin ilin may ayında Rusiyanın paytaxtı Moskvada Eurovisionun finalı baş tutmalı idi. Qeylər isə həmin gün parad keçiriblər, özdə düz xristian kilsəsinin önündə! Bu utanmaz hərəkat bütün Rusiya ictimayyətini, xüsusən də inanclı insanları dəhşətə gətirib. Bakıdakı qey-parad üçün Azadlıq meydanının seçilməsi də heç cür təsadüfi deyil. Çünki bilavasitə sionist İsrail rejiminin himayəsi ilə planlaşdırılmış bu parad, məhz xalqımızı təhqir etmək üçün şəhidlərin qanı ilə sulanmış bu müqəddəs meydanda keçiriləcək!
  Eurovision və biQEYrətlərin paradı heç şübhəsiz ölkəmizin milli-mənəvi dəyərlərinə və şəhidlərimizin ruhlarına böyük bir həqarətdir. Ona görə hər bir sahibi-vicdan insanın müqəddəs borcudur ki, onların keçirilməsinə mane olsun. Peyğəmbərimiz (s) buyurub ki, "O gün ki, dininizə tərəf bəla gəldi, onu müdafiə etmək üçün canınızı fəda etməyə hazır olun!" Buyurun "Kərbəlada Hüseynlə birlikdə şəhid olardıq" deyənlər, - meydan açıqdır! Bugünün Kərbəlası Azərbaycandır və Azərbaycanda baş verən zülmlərə qarşı çıxmaq artıq şəri bir vəzifəyə çevrilib!
  Necə ki, qədimdə Şah İsmayıl, Cavad xan, Şeyx Qəni, ən yeni tarixdə isə Şəhid Rövşən Cavadov, Hacı Əlikram, Doktor Səmədov dini və milləti müdafiə etmək üçün mübarizəyə qalxıblar, indi də gərək gənclərimiz bu qəhrəmanlardan ilham alaraq ayağa qalxsınlar və pozğun paradın qarşısını alsınlar! İmam Hüseyn (ə) buyurub ki, "Ey insanlar, Rəsulallah belə söyləmişdir: "Hər kəs Allahın haram etdiklərini halal bilən, Allahın dinini pozan, Allahın bəndələrinə zülm edən zalim rəhbəri görüb, sözü və əməlləri ilə ona qarşı çıxmasa, Allah-Təala qiyamət günü onu həmin zalimin taleyinə düçar edəcəkdir." ("Tarixi-Təbəri", 4-cü cild, səh.304). Bəli, Hüseyn ibn Əli və onun cəddi belə söyləmişdilər. İndi biz 3-cü imamızın və peyğəmbərimizin müqəddəs vəsiyyətinə əməl etməyərək, zülmə sussaq, onda onların qarşısında nə cavab verəcəyik?! Əgər biz əxlaqsız Eurovision yarışmasına mane olmasaq, İmam Zaman ağanın zühurunu nə üzlə gözləyəcəyik?! Əgər biz qey-paradın keçirilməsini əngəlləməsək, onda vay Qiyamət günündəki halımıza!
  Sonda məqaləmi hicab müdafiəsi qəhrəmanı Hacı Mövsüm Səmədovun həyat yoldaşı Mehparə Səmədovadan bir sitatla bitirmək istəyirəm: "Əgər Azərbaycan kimi qeyrətli bir ölkənin kişiləri qey-paradı qəbul edəcəksə, onda gərək başlarına ləçək bağlayıb gəzsinlər".
  Allah Azərbaycan xalqına səbr verməsin!

  Asim Məmmədov

суббота, 7 апреля 2012 г.

Не забывай про Палестину!


Не забывай про Палестину,
Там крохи гибнут каждый день,
Там нелюди в овечьей шкуре
Для развлеченья жгут детей.

Переселились туда странники,
И Палестина стала во мгле...
Палестинцы стали изгнанники,
На своей собственной земле.

Женщина потеряла запястье,
Или малютка попала под танк...
Каждый день слышим всё это,
Как убивает сионский рейхстаг.

Но напрасно думают звери,
Что преступленья с рук им сойдут,
Распахнутся правосудия двери,
Мечи возмездия виновных найдут!

Со всюду звуки раздадутся:
"Велик Аллах!" "Велик Аллах!"
Муджахидам Ислама сдадутся
Кашмир, Иерусалим и Карабах.