İsrail
övladlarının dini – iudaizm (və ya yəhudilik) çoxlu sayda bütpərəst təsəvvür,
eyni zamanda yəhudi millətçiliyinin təzahüründən ibarətdir. İsrail – Yaqub ibn
İshaq ibn İbrahimin ikinci adı idi. İsrail övladlarının yanına bir çox peyğəmbər,
o cümlədən İsrailin özü göndərilmişdir. Bu peyğəmbərlər öz əcdadları – Həzrəti
İbrahim (ə) tərəfindən öyrədilmiş təkallahçılığı yəhudilərə çatdırırdılar.
Sonra onların yanına böyük peyğəmbər Həzrəti Musa (ə) göndərildi. O, tövhidə əsaslanan
möhkəm şəriəti gətirib yəhudiləri tək olan Allaha sitayiş etməyə çağırdı. Amma
vaxt ötdükcə onlar bu yoldan azıb bütpərəst inanclar səviyyəsinə endilər. Bu
gün əlimizdə olan Tövratın mətnində Allah barədə elə təsəvvür və miflərə rast gəlirik
ki, yəhudilərin ilahi elçi və kitablara malik olmayan bütpərəst yunanlar və digər
xalqlardan heç nə ilə fərqlənmədiklərini görürük.
Yəhudilərin
haqq yoldan sapması hələ Həzrəti Musa həyatda olarkən başlamışdı. Onlar
qızıldan düzəldilmiş inək bütü özlərinə Tanrı seçdilər. Hələ bundan əvvəl Həzrəti
Musadan xahiş etmişdilər ki, onlar üçün bir büt düzəltsin ki, ona sitayiş edə
bilsinlər. Musa buna cavab olaraq onları “cahil insanlar” adlandırmışdı.
Yəhudilərin
bəziləri olduqca qəribə inanclara malikdirlər. Onlardan bir qrupu Üzeyir peyğəmbəri
Allahın oğlu hesab edir. Digər qrupun nəzərinə görə isə, pak olan Allah xəsis və
simicdir. Qurani-Kərimdə deyilir: “Yəhudilər dedilər: “Allahın səxavət əli
bağlıdır!” Onların öz əlləri bağlandı və dedikləri sözə görə lənətə gəldilər.
Əksinə, Onun kərimlik və səxavət əlləri açıqdır və O, istədiyi kimi lütf edər”.
(əl-Maidə, 64)
İudaizmdə
yəhudi millətçiliyinin təzahürü ondan ibarətdir ki, onlar Allahı yalnız yəhudilərin
tanrısı kimi qəbul edirlər. Bu azmış kimi, yəhudilərin nəzərinə görə, yalnız
bir-birləri ilə münasibətlərdə əxlaq və ədəb qaydalarına riayət etmək gərəklidir,
digər insanlara – “qoy”lara qarşı etdikləri zülmlərə görə isə Allah yəhudiləri
məsuliyyətə cəlb etməz. Onlar bütün digər xalqlara “qoy” deyirlər və Tövratdan
gələn bu kəlimə yəhudi dilindən “özgə, yabancı” kimi tərcümə olunur. Günümüzdə
isə qeyri-yəhudi xalqlar üçün təhqir və istehza ilə dolu bir mənada işlədilir.
Qurani-Kərimdə
yəhudiləri məzəmmət edən ayələri və Tövratın mətnində rast gəlinən təhrifləri
bir kənara qoyub yəhudi alim və hahamları tərəfindən yazılmış və onların
fikrincə əhəmiyyətinə görə heç də Tövratdan geri qalmayan Talmud kitabında nələrin
yazıldığına baxaq. Orada yazılanları oxuduqca, insan yəhudilərin dini
inanclarından dəhşətə gəlir.
Dr.
Mustafa əz-Zərqanın “Əl-kənzul-mərsud fi qəvaidut-Talmud” kitabında deyilir:
“Onlar hesab edirlər ki, Allah oxumağa və öyrənməyə möhtacdır. Hesab edirlər
ki, O oynayır və əylənir”. Talmudda oxuyuruq: “Gün 12 saatdan ibarətdir. Günün
ilk 3 saatında Allah oturub Tövratla məşğul olur. İkinci 3 saatda məhkəmə işlərinə
baxır. Üçüncü 3 saatda dünyanı dolandırır, dördüncü 4 saatı isə böyük bir dəniz
bədheybəti Leviafanla oynamaqla keçirir”.
Bununla
yanaşı onlar inanırlar ki, Yerusəlim Məbədinin dağılmasından sonra, Allah daha
Leviafanla oynamır və Həvva ilə rəqs etmir. Hərçənd əvvəllər O Həvvanı bəzədib
saçlarını darayardı. Allah Öz Ucalığı və Böyüklüyü ilə bütün bunlardan pakdır!
Yəhudilər
öz dinsiz sələflərinin – bütpərəst xalqların sözlərini təkrarlayırlar. Onlarınn
baxışlarına görə, Allahın insandan heç bir fərqi yoxdur. O, insan kimi düşünür,
insanların gördükləri işlərin eynisini edir. O, rəqs edir, kədərlənir, ağlayır.
Niyə ağlayır? Süleymanın inşa etdiyi yəhudi məbədinin dağılmasına görə.
Məbəd – yəhudilərin
əzəmət rəmzidir. Onlar hesab edirlər ki, Məbədin dağılması zamanından ta
günümüzə qədər, Allah gecənin ¾ hissəsini ağlayır və şir kimi nərildəyib deyir:
“Vay olsun Mənə! Evimin yandırılmasına və övladlarımın əsir götürülməsinə necə
yol verə bilərdim?!”
Belə
nağılları uyduran insanlar ağılsız, bütün bunları doğru bilib inananlar isə
onlardan da ağılsızdır. Allah həmd olsun ki, bizə haqq yolu göstərib nura doğru
çıxartdı!
Bu
iudaizm dininin təməlində dayanan yəhudi inanclarının misalları idi. Bunlar qədim
yunan və digər bütpərəst miflərin tanrılar haqqında dediklərindən demək olar
ki, heç nə ilə fərqlənmirlər.
Ömər ibn
Süleyman əl-Əşqərin “Əl-əqidə fi-llah” kitabından, səh.234-240
Комментариев нет:
Отправить комментарий