Haqsızlığa şahid olarkən,
İnsanlara gözlər açmışdın.
Namaz üstə şəhid olarkən,
Sən şəhidlik tumu əkmişdin.
Sənin o sücaət yolunu
Hüseyin davam elətdirdi.
Kərbəlada o can verərkən
Qəhrəmanlığı öyrətdirdi.
Sevinirik ki, Buzovnada
İzlərin qaldı İmam Əli.
Sanki bir möcüzəli ada
Bizlərə saldı İmam Əli.
Комментариев нет:
Отправить комментарий