понедельник, 26 декабря 2011 г.

Şəhid Qəddafiyə!


Qopan naləyi-fəryadə, ey müsəlman dünyası,
Şəhid getdi Sirtdə ümmətin ən layiq balası.

Parəm-parçə etdilər vəhşilər qoca aslanı,
Boş çıxıb humanizm, azadlıq, demokrat vədası.

Amma qalmaz yerdə Polkovnikin bir qan qətrəsi,
Qətrəyə litir qan verəcek hər alyans dığasi!

Gözlə NATO, ABŞ, gözlə ey şəhri-Vaşınqton,
Bürüyəcək "Ağ evi" Allahu Əkbər sədası!

Öz evində boğulacaqsız, ey namərd məxluqlar,
Qara evə donacaqsan "Ağ ev" quldur yuvası!

Sevinmə sion, milləti-Libya qula çevrilməz,
Kömək etməz sənə qarət etdiyin neft parası!

Əmin ol, Asim, şəhid Müəmmər gedər cənnətə,
Qarşılayar onu behiştdə sevimli mövlası!

Комментариев нет:

Отправить комментарий