Romeotək qəmi-eşqə düçar oluram,
Sanki qanadsız quş beduni yar oluram.
ßir müddət səs-səmir çıxmayanda yarımdan,
Halım pərişan; Məcnuna həmkar oluram.
Sənsiz, ey yar, əhli-Feys bərayəm mənasız,
Səyfələrdə fırlanıb biqərar oluram.
Öləcəm həbibim, çünki sənsiz həyatım,
Mənə gərəksiz. Həyatdan kənar oluram.
Lakin gələndə səndən ismarıco-mesaj,
Sevincdən ağlayıb, çox ümüdvar oluram.
Asim de: "Can vermək lazım dör rahi-eşqdə,
Amma alınmır! Mən biixtiyar oluram!
Комментариев нет:
Отправить комментарий