пятница, 14 декабря 2012 г.

Tariximizə həqarət edən “Möhtəşəm Hərəmxana” serialına cavab

İsmayıl Buğra Şad



  "Möhtəşəm Yüzil" adlanan, el arasında isə daha çox “Möhtəşəm Hərəmxana” kimi tanınan serialın ssenaristləri yazdıqları saxta "tarixlə" İslam və İnsanlıqdan uzaq olduqlarını hər an sərgiləyirlər. Qəribə tərəfi budur ki, onlar öz anti-İnsaniyyət mövqeyi ilə qürur duyurlar. Və ən iblisanə tərəfi budur ki, bütün bu əməllərini sanki İslam və İnsanlıqmış kimi göstərirlər. İslam və İnsanlıq bu hərəmxana kinoşnikləri üçün moda sərgisindəki paltar kimi bir şeydir.

  Serialda İmam Əli (ə)-ın mənəvi davamçıları səfəvilərə həqarət etmək də bu əməvilərin adi bir davranış tərzidir. I Şah Təhmasib qan bağlılığı ilə Məhəmməd (s) peyğəmbərin 7-ci, İmam Əli (ə)-ın 6-cı nəsildən, 7-ci imam Musa Kazım (ə)-ın isə 25-ci nəsildən övladı olan, Səfəvi dövlətinin qurucusu Şah İsmayıl Xətainin oğludur.Eyni zamanda Şah Təhmasib 12 İmam vilayətini əsas tutan peyğəmbərin (s) buyurduğu 2 əmanətə - Quran və Əhli-Beytə sahib çıxmaya özünü həsr etmiş və 12 imam yolunda hər növ ona əta edilmiş nemətlərlə müqəddəs savaşlar aparmış səfəvilərin 2-ci şahıdır. Şah Təhmasib sultan Süleyman Qanuninin Anadolu və Azərbaycan ərazisinə olan vəhşi və dağıdıcı DÖRD yürüşünü dəf etmiş və beləcə əməvi Osmanlının bütün şər cəhdlərini boşa çıxartmışdır. Qanuni(sız) Süleymanın İslam dünyasına vurduğu zərbə və təhriflər o qədər ağlasığmaz böyüklükdə olmuşdur ki, Anadolunun şərqində, Azərbaycanın qərbi və şimalında 100 minlərlə müsəlman qətl edilmiş və bu ərazilərdə demək olar ki, həyat iflic vəziyyətinə düşmüşdür. Savaşlardan sonra səfəvilər bu torpaqlarda yenidən həyatı qaytarmış, dağıntıları bərpa etmiş və müsəlmanların sınıq könüllərini qismən də olsa sarmağa başlamışlar.

  Əminəm ki, hərəmxana kinoşnikləri Şah Təhmasibə necə həqarət edəcəklərini çox düşünmüşlər. Və axırda da bunlar "Dəyyus" deyə bir ismi ona nisb etmişlər. Peyğəmbərin (s) yolunda olan və onun əmanətlərinə sahib çıxan "dəyyus" Təhmasib. Bəhlul Danandə demişkən: "Ay bərəkallah ustadına!" Hərəmxanaçıların ustadları kimdir? Həzrət dedikləri Müaviyə və gizlində həzrət dedikləri Müaviyənin oğlu Yeziddir.

  İndi baxaq iblisin kölələrinin işlətdiyi "Dəyyus" sözü nə deməkdir? “Dəyyus ərəbcə bir kəlimə olub, arvadının və yaxınlarının namuslarına xələl gətirəcək davranışlara qarşı qeyrət (qısqanma) duymayan, onların irzinə biganə qalan kimsə deməkdir. Bu kəlimənin süryani dilindən ərəbcəyə keçdiyi də söylənmişdir.” (İbn Əsir, “ən-Nəhayə” N/47) Maraqlıdır ki, dəyyusluq heyvanlardan DONUZA xas əlamətdir. Məlum olduğu kimi, DONUZ QISQANCLIQ DUYMAZ, NAMUS BİLMƏZ ..

İndi gəlin baxaq “dəyyus donuz” kimdir? I ŞAH TƏHMASİBin kimliyinə, azacıq da olsa yuxarıda toxunduq. O Məhəmməd (s) peyğəmbərin bayrağını qoruyub yüksəldən bir şəxsdir. İndi də gəlin Osmanlının hərəmxanaçılarına qısa olaraq nəzər salaq ...

  Sizə Osmanlının ən ünlü katiblərindən, onların hər növ iç üzünə bələd olan bir qaynağı təqdim edirik. Bu minlərlə dəlillərdən yalnız biridir: “...Çünki sevilən qadın bölümünün naməhrəmləri avan qorxusundan gizli tutulur. İndi isə cavanlarla əlaqə (Homoseksualizm), onlarla düşüb-qalxma (Cinsi istismar) yolunda bir qapıdır ki, bu qapı gizli-aşkar həmişə açıqdır. Tüksüzlər soyundan namərd loxması olanların çoxu Ərəbistan piçləri və Anadolu türklərinin vələdüzinalarıdır. Onların sürdüyü gözəllik və cazibə sürəsini heç bir diyarın tüksüzləri sürməz. (Yəni dünyanın heç bir yerində tüksüz homoseksuallar osmanlıda olduğu qədər komfortlu həyat tərzi sürmürlər! – İ.B.Ş.) Neçələri otuz yaşına varıncaya qədər gözəl üzündə könlündə üzüntü olacak qıl görməz. Türk uşaqları Ərəbistandakı ələ ovuca sığmaz cilvənək çocuklar gözəllik yönündən hamısından qısa ömürlü olurlar. 20 yaşlarına vardıqları kimi rəğbətdən düşərlər və aşiqlərin işindən qalırlar. Amma daxili ərazilər - Ədirnə, Bursa və İstanbulun incə belliləri her yöndən qüsursuzluqda və gözəllikdə onlardan irəlidir.” ("Nüsxətüs-Səlatin", Mustafa Əli Gəlibolulu, XVI-cı əsr.)

  Yanlış anlamayın, qadınlardan bəhs etmirlər. Tüksüzlər deyərkən 14 yaşından yuxarı kişi cinsli insanları nəzərdə tuturlar. Qadınları cinsi istismar etdilər, zövqləri yarımçıq qaldı, kişiləri də dadmaq istədilər osmanlıçılar. Eynilə babaları Lut qövmündəki azmışlar kimi ...

  Sual: indi Məhəmməd peyğəmbərin (s) yolunu davam etdirən səfəvilərə namus üzərinə həqarəti adi bir şey halına gətirən bu osmanlılar kim olur? Onların namus anlayışları varmıdır? Əxlaq bunlar üçün qışın oğlancık, yazın qadınla düşüb qalxmaq və sonra da Məhəmməd peyğəmbərin (s) övladına söyməkmidir? Yoxsa əxlaqı bunlar dövlətlərini ayaqdan başa aparıb çıxaran hiylə vasitəsi sayırlar?


  Donuzdan fərqlənməyərək yüzlərlə, minlərlə qadını alıb cariyəsi edən, hərəmxanalarda kişiləri cinsi istismara uğradaraq alçaldan, cavan uşaqlarla Lut qövmü kimi davranan, qadını isə ancaq cinsi istismar obyekti kimi görən bədəvi ərəb osmanlı əbu-sufyanları sizcə donuzdan fərqlimidirlər?

  Qısqanma duymayıb, minlərcə qadınla yatan, bu da kifayət etməmiş kimi yüzlərlə oğlancıqlarla yatan bu osmanlı donuz deyilmidir?

  Qurani-Kərimdə Əraf sürəsinin 80-84-cü ayələrində belə oxuyuruq: “Lutu da (elçi göndərdik). Bir zaman o, öz qövmünə demişdi: “Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz? Siz, qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz, həddi aşmış adamlarsınız”. Onun qövmünün cavabı: “Onları yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır”– deməkdən başqa bir şey olmamışdı. Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. O, geridə qalanlardan oldu. Biz onların üstünə (daşlardan) yağış yağdırdıq. Bir gör günahkarların aqibəti necə oldu.” Bəqərə sürəsi, 10-cu ayədə isə belə buyurulub: “Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də üzücü bir əzab çəkəcəklər.”

  Sonda Fransa imperatoru Napaleon Bonapartın bir sözünü xatırlamaq yerinə düşər: "İnsanlığın faciəsi zülm və zalimlər deyildir, zülmə səssiz qalan insanlardır."

  Türk dilindən tərcümə: Asim Məmmədov

Комментариев нет:

Отправить комментарий