четверг, 4 октября 2012 г.

Yaşıl Kitab. III-cü fəsil.


Üçüncü fəsil

Üçüncü Dünya Nəzəriyyəsinin ictimai əsası

  İctimai, yəni milli amil bəşər tarixinin hərəkətverici amilidir. Tarixi inkişafın əsasını insanları ailədən tutmuş qəbiləyə və millətə qədər ictimai birliklərdə birləşdirən ictimai əlaqə təşkil edir.
  TARİXİN QƏHRƏMANLARI ÖZLƏRİNİ ÜMUMİ İŞ NAMİNƏ QURBAN VERƏN ŞƏXSİYYƏTLƏRDİR. Başqa tərif ola bilməz. Elə isə, bəs o iş nədir? Onlar özlərini başqaları yolunda qurban verirlər. Bəs o başqaları kimlərdir? Başqaları onlarla bağlı olan adamlardır. Fərdlə kollektiv arasında əlaqə ictimai əlaqədir, yəni insanların bir-birinə qarşılıqlı əlaqəsidir. Milli birliyi yaradan əsas milli özünüdərk olduğuna görə bu işlər milli işlərdir.
  Milli əlaqə ictimai əlaqədir. "İctimai" sözü "camaat" sözündən düzəldilmişdir və insan birlikləri arasında əlaqə mənasındadır, "milli" sözü isə "millət" sözündən düzəldilmişdir və millətin hissəcəkləri olan insanların bir-biri ilə əlaqəsi mənasındadır. Buna görə də ictimai əlaqə milli əlaqədir, çünki camaat, öz sayından asılı olmayaraq, millətin hissəcikləri olan adamları nəzərdə tutur, millət isə camaatdan ibarətdir.
  Biz "camaat" (ictimai birlik) məfhumunun müfəssəl tərifinə toxunmuruq və onu öz üzvləri arasındakı milli əlaqələrdən asılı olmayan müvəqqəti bir hadisə kimi nəzərdən keçirmirik. "Birlik" məfhumunu işlədərkən, biz milli əlaqələrlə müəyyən edilən daimi bir hadisəni nəzərdə tuturuq.
  Bütün tarixi hərəkatlar kütləvi, yəni kollektiv hərəkatlardır, daha doğrusu, müəyyən bir birliyin öz mənafeyi naminə, məsələn, özünün başqa bir birlikdə istiqlaliyyəti uğrunda yəni onlardan hər birinin müstəqil ictimai təsisat kimi çıxış etməsi uğrunda hərəkatlardır. Bu hərəkatlar zamanı başqa birlik tərəfindən məğlub edilən və zülmə məruz qalan birlik özünü təsdiq etməyə çalışır. Hakimiyyət uğrunda mübarizə məsələsinə gəlincə, bu mübarizə Yaşıl Kitabın birinci fəslində (Üçüncü Dünya Nəzəriyyəsinin siyasi əsası) qeyd edildiyi kimi, birlik daxilində ailəyə qədər müxtəlif səviyyələrdə baş verir. İnsanın birliyi hərəkatı müəyyən insan məcmusunun öz mənafeyi naminə hərəkatıdır, belə ki, ayrıca bir insan birliyi vahid təbii təşəkkül prosesi keçdiyinə görə özü də vahiddir, onun vahid ictimai tələbatı vardır və o bu tələbatı birgə ödəməyə ehtiyac hiss edir.
  Bu tələbat fərdi deyildir, vahid milli mənsubiyyətlərinə görə birləşmiş insanlar məcmusu üçün ümumi olan tələbat, hüquqlar, tələblər, yaxud ictimai qayələrdir. Odur ki, hərəkatlar milli hərəkatlar adlanır. Müasir dövrdəki milli azadlıq hərəkatları da ictimai hərəkatlardır və bu hərəkatlar hər bir milli birlikdə davam edəcəkdir. Başqa sözlə desək, hazırda dünya tarixi prosesin adi mərhələlərində birini – milli özünüdərk təntənəsi naminə milli mübarizə mərhələsini keçir.
  İnsan cəmiyyəti haqqında tarixi həqiqət budur. Bu ictimai həqiqətdir. Başqa sözlə desək, tarixi hərəkətin əsasında milli-ictimai mübarizə durur, çünki bu mübarizə bütün başqa mübarizələrdən güclüdür, təməl, əsas kimi insan birliyini təbiətini, milli birliyini təbiətini təşkil edir. Bundan əlavə, bu mübarizə, həyatın özünün belə mahiyyətini təşkil edir və bütün inkişaf amillərindən ən güclüsüdür. İnsandan savayı başqa canlı varlıqlar da birliklər şəkildə yaşayırlar, çünki birlik canlı varlıqların mövcüdluğunun əsasıdır. Milli özünüdərk millətlərin qorunub saxlanılmasının əsasıdır. Milli özünüdərki itirmiş millətlər dağılmağa məruz qalır. Azlıq təşkil edən millətlər problemi müasir dünyanın siyasi problemlərindən biri kimi ictimai xarakter daşıyır, belə ki, azlıq təşkil edən millətlər milli özünüdərkini itirmiş və nəticədə öz mövcüdluğunun əsasını dağıtmış xalqlardan ibarətdir. İctimai amil həyat amilidir və buna görə də milli birliyini təbii və muxtar hərəkətverici amilidir.
  İnsan aləmində və bütün canlılar aləmində milli özünüdərk cansız təbiət və səma cisimləri aləmindəki cazibə qüvvəsi itirsə idi onu təşkil edən qazlar fəzada uçub dağılardı və Günəş öz mövcüdluğunu itirərdi. Günəşin mövcüdluğunun əsasında onu təşkil edən qazların sıx birliyi durur. Beləliklə, mövcüdluğun əsasını birlik amili təşkil edir. Deməli, hər hansı birliyin vəhdəti amili ictimai amildir, yəni milli özünüdərkdir. İctimai birliklər bu səbəbə görə öz milli vəhdəti uğrunda mübarizə aparır, çünki onların mövcüdluğunun rəhni bundadır.
  Cazibə qüvvəsi fiziki cismi hissəciklərini nüvə ətrafında vahid kütlə şəklində saxlayaraq, onu necə öz-özünə mühafizə edirsə, milli amil də, yəni ictimai əlaqə də, eləcə öz-özünə insanların milli birliyini özünü mühafizə sövq edir. Atom bombasının yaradılması nəzəriyyəsinin əsasında hərəkət edən elektronların cazibə mənbəyi olan qüvvənin parçalanması nəticəsində baş verir. Bu hissəciklərin vəhdəti pozulanda və cazibə qüvvəsi itiriləndə hər bir hissəcik azad olur, atom bombasının da təsir prinsipi elə buna əsaslanır. Bütün şeylərin təbiəti belədir. Bu, təbiətin sabit qanunudur və ona etinasızlıq göstərmək, yaxud ona qarşı çıxmaq həyatı pozur. İnsanların da həyatı belədir - milli özünüdərk ictimai amil kimi, qarşılıqlı asılılıq amil və birliyin mövcüdluğunun əsası kimi inkar edilirsə, yaxud onunla ziddiyyətə girirsə - pozulur.
  Müəyyən bir birliyin vəhdətində təsir səviyyəsi baxımından ictimai amillə fəqət dini amil rəqabət apara bilər və bəzən bu amil milli birliyi parçalayır, yaxud əksinə, müxtəlif millətlərdən olan insanları birləşdirir. Lakin son təqdirdə üstünlük daima ictimai amil tərəfində olur. Əsrlər boyu belə olmuşdur. Tarixən hər bir milli birliyin dini olmalıdır. Ahəngdarlıq da elə budur. Lakin gerçəklikdə məsələ başqa cürdür və müxtəlif əsrlərdə xalqların həyatında baş verən ixtilafların və sabitliyi pozulması hallarının əsl səbəbi də bundadır.
  Düzgün qayda ondan ibarətdir ki, hər bir xalqın dini olmalıdır. İstisnalar fəqət qaydanın düzgünlüyünü təsdiq edir. Bu cür istisnalar qeyri-normal vəziyyət yaradır, bu isə vahid milli birlik daxilində ixtilaf üçün əsl səbəb olur. Bu ixtilafların aradan qaldırılmasının yeganə yolu “Hər bir millətin dini olmalıdır” deyən təbii qaydaya uyğun hərəkət etməkdən ibarətdir. Fəqət bu halda ictimai amil dini amillə uyğunluq təşkil edər, ümumi ahəngdarlıq bərqərar olar, insan birliklərinin həyatı sabitləşər və düzgün yönüm alaraq inkişaf edər.
  Nigah ictimai amilə həm mənfi, həm də müsbət təsir göstərən bir təsisatdır. İstər kişinin, istərsə də qadının təbii azadlıq qaydası əsasında istədiyini seçməkdə və istədiyindən imtina etməkdə azad olduğuna baxmayaraq, vahid birlik daxilində nigah təbii olaraq birliyin vəhdətini möhkəmlədir, onun ictimai amilə uyğun ahəngdar inkişafına kömək edir.

Ailə

  Ayrıca bir fərd kimi insan üçün ailə dövlətdən daha mühümdür. Bəşəriyyət fərd (insan) məfhumun nə olduğunu bilir, normal fərd (insan) isə - ailə məfhumunun. Ailə insanın beşiyi, onun doğma evi və sosial müdafiə sığınacağıdır. Bəşəriyyət təbiətən Fərd və Ailədir, Dövlət deyildir. Bəşəriyyət dövlət adlanan şeyin nə olduğunu bilmir. Dövlət bəşəriyyət məfhumu ilə heç bir daxili olmayan süni siyasi, iqtisadi, bəzən isə hərbi qurumdur. Ailəni isə təbiət aləmində bütün nəbatət aləminin əsası olan ayrıca bir bitki ilə müqayisə etmək olar. Tarlalarda, bağlarda və bu qəbildən olan başqa yerlərdə bitkilərin becərilməsi süni xarakter daşıyır və büsbütün ailə kimi bir çox budaqlardan, yarpaqlardan və güllərdən ibarət olan bitkilərin təbiəti ilə heç bir əlaqəsi yoxdur. Siyasi, iqtisadi və hərbi amillərin çox böyük miqdarda ailələri çərçivəsində mövcud olmağa uyğunlaşdırılmasının bəşəriyyətlə heç bir əlaqəsi yoxdur. Ailənin dağılmasına, itib getməsinə, məhv olmasına aparıb çıxaran hər hansı bir vəziyyət, şərait, yaxud tədbir nəinki qeyri-insani və qeyri-təbiidir, həm də təbiət üzərində zorakılıqdır və bu zorakılıq ona bənzəyir ki, bitkinin budaqlarını qırmaqla, yaxud onun gülünü və yarpağını qoparıb atmaqla bitkinin solmasına və məhv olmasına səbəb olasan.
  Hər hansı bir şərait üzündən vəhdətinin və mövcudluğunun təhdid edildiyi bir cəmiyyət elə bir tarlaya bənzəyir ki, burada bitkilər kökündən qoparılmaq, susuzluqdan solmaq, yanmaq, qurumaq və tələf olmaq təhlükəsinə məruz qala bilər. nsan cəmiyyəti bitkilərinin təbii yolla artdığı, çiçəkləndiyi, bəhrələndiyi və boy atdığı bir baçaya, becərilmiş bir tarlaya bənzəyir.
  Firavan cəmiyyət elə bir cəmiyyətdir ki, burada insan ailə şəraitində təbii inkişaf edir, ailə firavan dolanır. Yarpaq burada budaq ağacda necə qərar tapırsa və ondan ayrıldığı halda mənasını və gerçək mövcudluğunu necə itirirsə, ailədən ayrılan insan da elədir, yəni ailəsiz insan mövcudluğu da mənasını və ictimai məzmununu itirir. Əgər insan cəmiyyəti bir vaxt ailəsiz insan cəmiyyətinə çevrilsə, bu cəmiyyət avaralar cəmiyyəti olacaq və süni bitkiyə bənzəyəcəkdir.

Qəbilə

  Qəbilə də elə ailədir, lakin nəsil artımı nəticəsində böyümüş ailədir. Millət də elə qəbilədir, lakin nəsil artımı nəticəsində böyümüş qəbilədir, yəni millət böyük qəbilədir. Aləm elə millətdir, lakin əhali artımı nəticəsində bir çox millətlərə ayrılmış millətdir, yəni aləm böyük millətdir. Ailəni birləşdirən əlaqələr elə qəbiləni də, milləti də, aləmi də birləşdirən əlaqələrdir, ancaq bu insan birlikləri sayca artdıqca, həmin əlaqələrdən, aləm - millətlərarası əlaqələrdən, millət - qəbilələrarası əlaqələrdən, qəbilə - ailələrarası əlaqələrdən təşəkkül tapır. Bu əlaqələrin möhkəmliyi aşağı səviyyədən yuxarı səviyyəyə doğru azalır. Bu hamıya məlum olan inkarolunmaz həqiqətdir.
  Deməli, ictimai əlaqə, bağlılıq, birlik, ülfət və məhəbbət ailə səviyyəsindən qəbilə səviyyəsinə nisbətən, qəbilə səviyyəsindən millət səviyyəsinə nisbətən, millət səviyyəsindən isə ailə səviyyəsinə nisbətən daha möhkəmdir. Bu ictimai əlaqələrin müəyyən etdiyi mənafe, imtiyazlar, dəyərlər və ideallar həmin əlaqələrin öz təbiəti etibarı ilə möhkəm və bariz olduğu yerdə mövcud olur, yəni bu əlaqələr ailə səviyyəsindən qəbilə səviyyəsinə nisbətən, qəbilə səviyyəsindən millət səviyyəsinə nisbətən, millət səviyyəsindən ailə səviyyəsinə nisbətən daha möhkəm olur.
  Ailə, qəbilə, millət və bəşəriyyət aradan qalxdıqca, ictimai əlaqələr də bu əlaqələrlə birgə isə onların müəyyən etdiyi mənafe, imtiyazlar, dəyərlər və ideallar da aradan qalxır. ONA GÖRƏ DƏ İNSAN CƏMİYYƏTİ AİLƏ, QƏBİLƏ, MİLLƏT VƏ BÜTÜN BƏŞƏRİYYƏT SƏVİYYƏSİNDƏ QARŞILIQLI ƏLAQƏDƏN, ÜLFƏTDƏN VƏ MƏHƏBBƏTDƏN DOĞAN MƏNAFEDƏN, İMTİYAZLARDAN, DƏYƏRLƏRDƏN VƏ İDEALLARDAN FAYDALANMAQ ÜÇÜN AİLƏ, QƏBİLƏ, MİLLƏT SƏVİYYƏSİNDƏ VƏ BEYNƏLMİLƏL SƏVİYYƏDƏ BAĞLILIĞI QORUYUB SAXLAMALIDIR.
  Qarşılıqlı əlaqə, qarşılıqlı mərhəmət, həmrəylik və qarşılıqlı mənafe nöqtəyi-nəzərindən ailə cəmiyyəti sosial baxımından qəbilə cəmiyyətindən, qəbilə cəmiyyəti milli cəmiyyətindən, milli cəmiyyət isə beynəlmiləl cəmiyyətindən üstündür.

Qəbilənin üstünlükləri

  Qəbilə böyük bir ailə olduğundan o da ailə qədər öz üzvlərinin maddi tələbatını və sosial imtiyazların təmin edir. Qəbilə - sonrakı mərhələdə ailədir. Qeyd edilməlidir ki, insan ailədən kənarda bəzən nalayıq bir hərəkət edə bilər, halbuki ailə qarşısında bunu edə bilməzdi. Lakin ailə kiçik olduğuna görə onun nəzarətini öz üzərində hiss etmir. Qəbilə səviyyəsində isə məsələ bunun əksi nədir - burada qəbilənin üzvləri özlərini nəzarətdən azad hiss etmirlər. Bunu nəzərə alaraq, qəbilə öz üzvləri üçün davranış qaydaları müəyyən edir və bu qaydalar tədricən məktəb tərbiyəsindən daha üstün və daha şərəfli bir ictimai tərbiyə formasına çevrilir. Qəbilə sosial bir məktəbdir. Burada insanlara uşaqlıqdan elə ülvi prinsiplər aşılanır ki, o yaşa doluqca bu prinsiplər həyat normalarına çevrilir və öz-özünə onun şüurunda möhkəm yer tutur. Rəsmi tərbiyə və təlim səviyyəsində isə məsələ bunun əksi nədir - burada aşılanan tərbiyə və biliklər insan yaşa doluqca tədricən itib gedir, çünki bu, rəsmi tərbiyədir, təcrübi tərbiyədir və insan dərk edir ki, bütün bunlar ona süni yolla aşılanmışdır.
  Qəbilə insanın sosial tələbatını təmin edən təbii sosial müdafiə sığınacağıdır. Qəbilə qəbul edilmiş sosial ənənələrə uyğun olaraq kollektiv halda öz üzvləri əvəzinə qanbahası və cərimə verir, kollektiv halda onların əvəzinə intiqam alır, onları kollektiv halda müdafiə edir, yəni öz üzvlərinin sosial müdafiəsini həyata keçirir.
  Qan qohumluğu qəbilənin təşəkkül tapması işində əsas amildir. Lakin qəbilə təkcə qan qohumluğuna əsaslanmır, mənsub edilmə də qəbilənin təşəkkül amillərindəndir. Zaman keçdikcə qəbilənin qan qohumluğu ilə bağlı üzvləri ilə qəbiləyə mənsub edilmiş üzvləri arasındakı fərqlər aradan qalxır və qəbilə vahid sosial və etnik təsisat olur. Lakin bu birlik hər şeydən əvvəl qan qohumluğuna və ümumi mənşəyə əsaslanır.

Millət

  Millət sosial müdafiə sığınacağı olan qəbiləyə nisbətən insanın daha geniş siyasi və milli müdafiəsini təmin edir. Qəbilə təəssübkeşliyi milli heysiyyəti sarsıdır, qəbiləyə bağlılıq isə millətə bağlılığı zəiflədir, onun ziyanına olur, necə ki, insanın ailəyə bağlılığı onun öz vəbiləsinə və öz millətinə bağlılığının ziyanına olur, onu zəiflədir. Milli təəssübkeşlik millət üçün nə qədər zəruridirsə, bir o qədər də özündə bəşəriyyət üçün təhlükə daşıyır.
  Ailə qəbilə səviyyəsində necədirsə, millət və beynəlxalq səviyyədə elədir. Bir qəbilədəki ailələr arasında qarşılıqlı ədavət gücləndikcə və hər ailənin təəssübkeşliyi artıqca, ailə qəbilə üçün daha çox təhlükə daşıyır. Bir ailə səviyyəsində də eyni hadisə baş verir: ailə üzvlərinin arasında kin-küdurət artıqca, hər kəs öz qeydinə daha çox qaldıqca, ailə üçün təhlükə artır. Əgər milləti təşkil edən qəbilələr bir-birinə ədavət bəsləyirsə və hər qəbilə fəqət öz təəssübünü çəkirsə, millətin mövcudluğu təhlükə altında olur. Milli təəssübkeşlik, milli qüvvənin zəif millətlərə qarşı istifadə edilməsi, habelə bir millətin başqa millətin nəyi varsa mənimsəmək hesabına tərəqqisi bütün bəşəriyyət üçün şər və zərərdir.
  Buna baxmayaraq, güclü, özünə hörmət edən və öz şəxsi məsuliyyətini dərk edən insan ailə üçün mühüm və faydalıdır. Güclü, özünə hörmət edən və öz əhəmiyyətini dərk edən ailə sosial və maddi cəhətdən qəbilə üçün faydalıdır. İnkişaf etmiş məhsuldar mədəni millət bütün dünya üçün faydalıdır. Əgər siyasi və millət struktur kateqoriyalar səviyyəsinə, yəni ailə və qəbilə səviyyəsinə enirsə, onlarla qarşılıqlı əlaqəyə keçirsə və onları nəzərə alırsa, tənəzzül edir.
  Millət qəbilə birliyinə baxmayaraq bir soydan törəmiş və eləcə də ümumiliyi üzündən həmin soya mənsub edilmiş böyük ailədir. Ailə fəqət qəbilə və qəbilənin onlara ayrılması mərhələsini, sonra isə eyni soydan törəmiş qəbilələrin qaynayıb-qarışacaq birləşməsi mərhələsindən sonra millət ola bilər. Bu proses ictimai xarakter daşıyır və sürəkli vaxt tələb edir. Ancaq təbii zaman sürəkliyi bir tərəfdən millətlərin təşəkkül tapmasına kömək edirsə, digər tərəfdən qədim millətlərin parçalanmasına gətirib çıxarır. Buna baxmayaraq, soy ümumiliyi və taleyin hökmü ilə soya mənsub edilmə hər bir millətin təşəkkül tapmasının tarixi əsasları olaraq qalır, həm də soy ümumiliyi birinci dərəcəli, soya mənsub edilmə isə ikinci dərəcəli rol oynayır. Millət fəqət soy ümumiliyi deyildir, baxmayaraq ki, millətin əsasını və mənşəyini bu əlamət müəyyən edir. Millət həm də tarixən təşəkkül tapmış vahid ərazidə yaşayır, vahid tarix yaradır, onların vahid mədəni irsi təşəkkül tapır və taleləri bir olur. Beləliklə, qan qohumluğu amilindən başqa millətin təşəkkül tapmasında son nəticədə TALE ÜMUMİLİYİ ƏSASINDA BİRLƏŞMƏ amili mühüm rol oynayır. Lakin nə səbəbə dünya xaritəsinin şahidi olduğu böyük dövlətlər itib getmiş, onların yerinə başqa dövlətlər meydana çıxmışdır? Səbəb Üçüncü Dünya Nəzəriyyəsini ictimai əsası ilə heç bir əlaqəsi olmayan siyasi səbəbdirmi, yoxsa bilavasitə Yaşıl Kitabın fəslinə aid olan ictimai xarakterli bir səbəbdir? Gəlin baxaq.
  Şübhəsiz, ailə siyasi yox ictimai qurumdur. Qəbilə də elədir, çünki o elə bir ailədir ki, nəsil artımı nəticəsində artmış və bir çox ailələrə çevrilmişdir. Millət də elə bir qəbilədir ki, böyümüş və onun müxtəlif nəsilləri və soyları sayca artaraq icmalara, sonra da qəbilələrə çevrilmişdir. Millət də ictimai qurumdur və əsasında milli əlaqələr durur. Qəbilə də ictimai qurumdur və əsasında qəbilə əlaqələri durur, Ailə də ictimai qurumdur və əsasında ailə əlaqələri durur. Dünya millətləri də də ictimai qurumdur və əsasında ümumbəşəri əlaqələr durur. Bu, danılmaz həqiqətdir. Dövlət isə siyasi qurumdur. Dünyanın siyasi xaritəsini dövlətlər təşkil edir. Elə isə bəs niyə bu xaritə əsrdən-əsrə dəyişilmişdi? Səbəb odur ki, siyasi qurum kimi dövlət ictimai quruma uyğun gələ də bilər, uyğun gəlməyə də. Əgər dövlət bir millətlidirsə, uzun müddət həm dəyişməz halda mövcud olur və əgər xaricdən müstəmləkələşdirmə, yaxud tənəzzül nəticəsində dəyişilirsə, milli mübarizə, milli yüksəliş və milli birlik şüarları altında yenidən meydana çıxır. Yox əgər dövlət siyasi qurum kimi bir çox milləti birləşdirirsə, onun siyasi quruluşu hər bir millətin milli istiqlaliyyət cəhdi nəticəsində dağılır. Dünyanın şahid olduğu imperiyalar beləcə dağılmışdır, çünki onlar bir neçə milləti birləşdirmiş və bu millətlərdən hər biri öz millətlərinin təəssübünü çəkərək, istiqlaliyyət tələb etmişdir və nəticədə imperiyalar siyasi qurum kimi dağılmış, onları təşkil edən ünsürlər isə öz ictimai əsaslarına qayıtmışlar. Əgər dünya tarixinə əsr be əsr nəzər salsaq, buna açıq-aşkar sübut taparıq.
  Elə isə niyə bu imperiyalar müxtəlif millətlərin birləşdirilməsi əsasında meydana çıxır? Məsələ ondadır ki, dövlət ailə, qəbilə və millət kimi fəqət ictimai qurum deyildir. Dövlət müxtəlif amillərin təsiri altında yaranan siyasi qurumdur və bu amillərin ən birincisi və başlıcası milli özünüdərkdir. Milli dövlət təbii ictimai quruma uyğun gələn yeganə siyasi quruluş formasıdır. Belə dövlət daha güclü başqa bir millətin zorakılığına məruz qalmazsa, yaxud onun dövlət olmaq etibarı ilə siyasi qurumu ictimai qurumunun, yəni qəbilə, tayfa və ailə kateqoriyalarının təsiri altına düşməzsə, daima mövcud ola bilər. Əgər siyasi qurum ailə, qəbilə, tayfa ictimai qurumuna tabe olarsa və bu qurumun meyyarlarından təsirlənərsə - dağılar.
  Vahid din, eləcə də iqtisadi zərurət, yaxud hərbi istilalar bir neçə milləti bir dövlət daxilində birləşdirə bilər. Beləliklə, dünya müəyyən bir əsrdə bu və ya digər bir dövlətin, yaxud imperiyanın yaranması, başqa bir əsrdə isə onun itib getməsinin şahidi olur. Əgər milli ruh dini ruhdan güclüdürsə, bir dinin birləşdirdiyi müxtəlif millətlər arasında mübarizə güclənir, millətlərin hər biri istiqlaliyyət qazanıb öz ictimai qurumuna qayıdır və imperiya itib gedir.
  Sonra dini ruh milli ruhdan güclü olduğu bir vaxtda, dini amil yenidən baş qaldırır və müxtəlif millətlər tam milli amil yenidən güclü halda meydana çıxanadək, vahid din bayrağı altında birləşir. Beləcə də davam edir.
  Müəyyən dini, iqtisadi, hərbi və ideoloji səbəb və amillərin hökmü ilə müxtəlif millətləri birləşdirən hər bir dövlət bu millətlərin hər biri istiqlaliyyət qazanadək dağıdıcı mübarizə meydanı olacaqdır.
  Beləliklə, dövlətin mövcudluğu siyasi zərurətdən doğduğuna baxmayaraq, insan həyatının əsasını ailə, qəbilə, millət və nəhayət, bəşər cəmiyyəti təşkil edir. İctimai amil milli özünüdərkin əsas və sabit amilidir. Ona görə də diqqəti sosial gerçəklik üzərində mərkəzləşdirmək, normal inkişaf etmiş insan tərbiyəsi naminə ilk növbədə ailəyə, sonra ailədən kənar insana ictimai tərbiyə verən sosial müdafiə sığınacağı və təbii sosial məktəb olmaq etibarı ilə, qəbiləyə, sonra isə millətə qayğı göstərmək lazımdır, çünki insan sosial dəyərlərin əsil qiymətini fəqət kənardan heç kəsin müdaxiləsi olmadan meydana çıxan təbii ictimai qurumlar kimi ailə və qəbilə vasitəsi ilə dərk edir. Deməli, ailəyə insan naminə, qəbiləyə ailə və o cümlədən insan naminə, millətə qayğı milli özünüdərkdir, belə ki, ictimai amil kimi milli amil tarixinin həqiqi və daima hərəkət verici qüvvəsidir. İnsan birlikləri arasında milli əlaqələrin danılması və ictimai gerçəkliyə zidd olan siyasi sistemlərin yaradılması ancaq müvəqqəti xarakter daşıya bilər, belə ki, bu cür sistemlər ictimai amilin, yəni millətlərin milli heysiyyətinin təsiri altında hökmən məhv olacaqdır.
  Bütün bunlar məsələnin həllinə dair xüsusi rənq qatmaq cəhdindən doğan təsəvvürlər deyil, insan həyatının gerçəkliyindən irəli gələn həqiqətlərdir. Hər bir insan yanılmamaq üçün bu həqiqətləri dərk etməli və buna uyğun fəaliyyət göstərməlidir. İnsan varlığının əsaslarının dərk edilməməsi, bu əsaslara hörmət göstərilməməsi ucbatından hər hansı bir sapıntıya və ya səhvə yol verməmək, insan birlikləri həyatının gedişini pozmamaq üçün bu sabit həqiqətləri bilmək zəruridir.

Qadın

  Qadın insandır. Kişi də insandır. Bu, mübahisə və şübhə doğurmayan bir həqiqətdir. Deməli, qadın da kişi də bərabər səviyyəli insanlardır və onların arasında fərq qoymaq aşkar və heç bir əsası olmayan haqsızlıqdır. Qadın da kişi kimi yeyir və içir, qadın da kişi kimi nifrət edir və sevir, qadın da kişi kimi düşünür, öyrənir və anlayır. Qadın da kişi kimi sığınacağa, geyimə və nəqliyyət vasitəsinə ehtiyaclıdır. Qadın da kişi kimi aclıq və susuzluq hiss edir, kişi kimi yaşayır və ölür.
  Bəs niyə kişi kişidir, qadın da qadın? Niyə insan cəmiyyəti təkcə kişilərdən, yaxud təkcə qadınlardan yox, həm kişilərdən, həm də qadınlardan ibarətdir? Deməli, kişi təbiət etibarı ilə kişidir, qadın da təbiət etibarı ilə qadındır. Bəs niyə ancaq kişilər, yaxud ancaq qadınlar xəlq edilməmişdir? Sonra, kişilərlə qadınlar arasında, yəni kişi ilə qadın arasında fərq nədən ibarətdir? Niyə təbiət həm kişinin, həm də qadının xəlq edilməsini zəruri saymışdır?
  Aydındır ki, təkcə kişinin, yaxud təkcə qadının deyil, həm kişinin, həm də qadının birgə mövcudluğu təbii zərurətdir. Deməli, onlardan hər biri özlüyündə digəri kimi deyildir, yəni kişi ilə qadın arasındakı fərq təbii fərqdir və təbiətdə həm kişinin, həm də qadının olması buna sübutdur. Bu, əlbəttə, o deməkdir ki, onlardan hər birinin öz rolu var və aralarındakı fərqə uyğun olaraq rolları da fərqlənir. Deməli, onlardan hər birinin yaşadığı şərait elə olmalıdır ki, hər biri özünün digərindən fərqli rolunun ifa edə bilsin, həm də hər birinin rolu təbii ki, müxtəlif olmalıdır. Bu rolun nə kimi rol olduğunu başa düşmək üçün yaradılışdan kişi ilə qadının təbiətindəki fərqi, daha doğrusu, hər ikisi arasındakı təbii fərqləri bilmək gərəkdir.
  Qadın dişi fərddir, kişi isə erkək fərd. Buna görə də, qadın xəstəlikləri həkiminin dediyi kimi, "Qadının aybaşısı olur, yəni hər ay qanaxma şəklində xəstəliyi olur. Kişi erkək fərd olduğu üçün bu aylıq xəstəlik ona xas deyildir. Bu xəstəlik dövrü xəstəlikdir, yəni hər ay qanaxma olmalıdır. Qadın dişi fərd olduğuna görə onun hər ay qanaxması olur və əgər qanaxma baş vermirsə, deməli o hamilə olmuşdur, hamiləlik dövründə qadın təqribən bir il xəstə vəziyyətində olur və azad olanadək öz adi fəaliyyətini davam etdirməkdən məhrum olur. Normal, yaxud erkən doğuş vaxtı qadın doğuş üçün adi hal olan qanaxma halı keçirir. Kişi isə hamilə olmur, deməli qadının qadın kimi keçirdiyi bu xəstəlikləri keçirməmişdir. Sonra qadın öz övladına süd verir. Normal şəraitdə əmizdirmə iki il davam edir. Təbii əmizdirmə o deməkdir ki, körpə daimi anasının, ana da körpəsinin yanında olur, bu isə qadına öz adi fəaliyyətini davam etdirməyə imkan vermir, çünki bu vaxt o, başqa bir insan üçün bilavasitə məsuliyyət daşıyır və ona öz bioloji vəzifələrini əncam etməyə kömək edir, belə ki, onsuz körpə ölər. Kişi isə nə hamilə olur, nə də əmizdirir." Həkim belə izah edir.
  Bu təbii keyfiyyətlər xilqətcə elə fərqlərdən irəli gəlir ki, həmin fərqlər daxilində kişi ilə qadının bərabər olması mümkün deyildir. Elə həmin fərqlər də kişi ilə qadının, yəni erkək fərdlə dişi fərdin mövcudluğu zərurətini şərtləndirir. Onlardan hər birinin istehsal həyatda özünə məxsus və digərindəkindən fərqlənən rolu və ya vəzifəsi vardır. Kişi qadına təbiət tərəfindən müəyyən edilmiş vəzifələri qətiyyən əncam edə bilməz. Nəzərə almaq lazımdır ki, qadının bu bioloji vəzifələri onun üçün heç də yüngül olmayan ciddi güc itkisi və ağrılarla bağlı olan ağır bir yükdür. Lakin qadının ifa etdiyi bu vəzifə qadının təbiətindən irəli gəlir - həm də bu vəzifə zəruri vəzifədir, onsuz bəşər nəslinin həyatı dayanаr.
  Hamiləyinin qarşısını almaq üçün insan həyatının məhvinə səbəb olan iradi müdaxilə mövcuddur. Hamiləliyin qarşısını almaq üçün cüzi iradi müdaxilə də mövcuddur. Əmizdirmə vaxtı da iradi müdaxilə mövcuddur. Lakin bütün bu iradi müdaxilə növləri təbii həyata zidd əməllər silsiləsindəndir və bu silsilənin başında qətl durur, yəni qadın hamilə olmamaq, doğmamaq, əmizdirməmək üçün özündə özlüyünü öldürür, bu isə hamiləlikdə, əmizdirməkdə, analıqda, nigahda təcəssüm edən həyatın təbiətinə qarşı hər hansı bir başqa kənar müdaxilə növündən fərqlənmir. Burada ancaq müdaxilə dərəcəsindəki təfavütdən söhbət gedə bilər.
  Qadını öz təbii analıq rolundan məhrum etmək və onu ana kimi körpələr evi ilə əvəz etmək insanpərvər cəmiyyətdən imtina etməyin və bu cəmiyyəti süni həyat sürən bioloji bir cəmiyyətlə əvəz etməyin başlanğıcını qoyur. Körpələrin öz analarından ayrılması və körpələr evində saxlanılması onları cücələrə bənzər bir şeyə çevirir, körpələr evlərini isə inkubator cücələri yetişdirən quşçuluq fermaları ilə müqayisə etmək olar. İnsan övladı kimi qadına yaraşan, onun təbiətinə münasib olan və ləyaqətinə uyğun gələn mühüm bir şey varsa, o da analıqdır. Körpə quşçuluq fermasında bəslənilməməlidir. KÖRPƏNİ ANASI BƏSLƏMƏLİDİR. KÖRPƏ AİLƏDƏ, ANASI, ATASI, BACI VƏ QARDAŞLARI YANINDA BÖYÜMƏLİDİR. Cücələrin belə, heyvanat aləminin başqa nümayəndələri kimi, anaya ehtiyacları var və onların eynən körpələr evi kimi quşçuluq fermalarında yetişdirilməsi onların təbii inkişafına ziddir. Bu cücələrin ən təbii ətdənsə süni ətə daha çox oxşayır, dadı olmur və çox güman ki, faydalı deyil, çünki cücə süni şəraitdə yetişdirilmiş, təbii analıq qayğısı görməmişdir. Çöl quşları təbii analıq qayğısı şəraitində böyüdüklərindən və təbii sürətdə yemləndiklərindən ətləri də ləzzətli və faydalı olur. AİLƏSİ VƏ SIĞINACAĞI OLMAYAN KÖRPƏLƏRİ İSƏ CƏMİYYƏT TƏRBİYƏ EDİR. CƏMİYYƏT ANCAQ BELƏLƏRİ ÜÇÜN KÖRPƏLƏR EVLƏRİ VƏ BUNA BƏNZƏR MÜƏSSİSƏLƏR YARADIR. BELƏLƏRİNƏ ONLARIN ÖZ VALİDEYNLƏRİ OLMAYAN AYRI-AYRI ŞƏXSLƏRİN HİMAYƏSİNDƏNSƏ CƏMİYYƏTİN HİMAYƏSİ DAHA YAXŞIDIR.
  Körpənin anasınamı, yaxud körpələr fermasınamı meyli olduğunu müəyyən üçün təcrübə keçirilsə, körpə fermanı yox, anasını seçər, çünki anaya meyl körpənin təbiətindən doğur və onun təbii ideal müdafiə sığınacağı məhz anadır. Körpəni anasından ayırıb körpələr evinə göndərmək ona qarşı zor işlətmək, onun normal, təbii meylinin qarşısını almaq deməkdir.
  Təbii inkişaf normal, azad inkişafdır. Ananın körpələr evi ilə əvəz edilməsi normal inkişaf azadlığına qarşı çevrilmiş zorakılıq əməlidir. Körpələr evlərinə göndərilən uşaqlar oraya ya məcburiyyət gücünə, ya da bilmədən, körpə sadəlövhlüyü üzündən gedirlər. Həm də uşaqları körpələr evlərinə sosial səbəblərə görə yox, məhz maddi səbəblər üzündən göndərirlər. Əgər bu vaxt zor işlədilməsə və körpə sadəlövhlüyündən istifadə edilməsə, onlar körpələr evindən imtina edərlər və öz analarından yapışarlar. Bu qeyri-təbii və qeyri-insani işə bəraət qazandıran bir şey varsa, o da qadının öz təbiətinə uyğun gəlməyən bir vəziyyətdə olmasıdır, yəni onun öz analıq vəzifəsinə zidd qeyri-sosial vəzifələr əncam etməyə məcbur edilməsidir.
  Qadına öz təbiəti etibarı ilə kişinin vəzifələrindən fərqli vəzifələr xas olduğuna görə qadına kişinin şəraitindən fərqli şərait yaradılmalıdır ki, o üst təbii vəzifələrini əncam edə bilsin.
  Analıq kişiyə yox, qadına xas olan vəzifədir, ona görə də təbiidir ki, körpəni anadan ayırmaq olmaz. Körpəni anadan ayırmaq üçün edilən hər bir cəhd zorakılıq və zülm deməkdir. Öz balalarına münasibətdə analıq borcundan imtina edən qadın özünün həyatdakı təbii vəzifəsinə qarşı çıxmış olur. Onun bütün zəruri hüquqları təmin edilməli və onun üçün münasib şərait yaradılmalıdır. Həm də qadını qeyri-normal şəraitdə üst təbii vəzifələrini əncam etməyə məcbur etmək məqsədi güdən hər hansı bir zorakılıq və cövr istisna olunmalıdır. Bunlar bir-birinə zidd hallardır. Qadının uşaq doğmaq və uşaqlarına tərbiyə vermək kimi təbii vəzifəsindən məcburiyyət qarşısında imtina etməsi o deməkdir ki, qadın zülmə və zorakılığa məruz qalır. Qadın onu öz təbii vəzifəsini əncam etmək imkanından məhrum edən bir iş görməyə məcburdursa, azad deyildir, çünki onu bu işi görməyə öz tələbatını ödəmək ehtiyacı vadar edir, tələbat isə azadlığın şərtidir.
  Qadının öz təbii vəzifəsini, kişinin vəzifəsindən fərqlənən bu vəzifəni ifa edə bilməsi üçün labüd olan münasib və zəruri şərtlərdən biri də hamiləliklə əlaqədar xəstə olan, öz bətnində başqa bir insanı gəzdirən və buna da fiziki imkanları məhdud olan qadın üçün münasib şəraitin yaradılmasından ibarətdir. Analığın bu mərhələsində olan qadını halına yaraşmayan bir vəziyyətdə qoymaq, məsələn, onu fiziki əməklə məşğul olmağa məcbur etmək cövr-cəfadır, çünki onsuz da fiziki əmək insan kimi öz analıq vəzifəsinə xəyanət müqabilində qadının cəzasdır, yaxud onun öz təbiətinə yad olan kişi aləminə daxil olması üçün ödədiyi vergidir.
  Qadının fiziki əməklə öz xoşu ilə məşğul olduğu barədə fikir, qadın özü bu fikirlə razılaşsa da, həqiqətə uyğun deyil. Əslində qadın özü də dərk etmədən bu işlə ona görə məşğul olur ki, sərt maddi şərait onu çıxılmaz vəziyyətə salmış və bu vəziyyətə tabe olmağa məcbur etmişdir, halbuki o özünün könüllü olaraq işlədiyini güman edir. Lakin hazırda kişi ilə qadının "hər şeydə" bərabərliyi prinsipi şəraitində qadın seçmək azadlığına malik deyildir.
  "Hər şeydə" ifadəsinin özü qadına münasibətdə böyük aldatmadır, belə ki, bu ifadə qadını kişidən fərqləndirən və onun həyatda təbii yerini müəyyən edən ən ümdə təbii xüsusiyyətləri heçə endirir.
  Hamilə ikən qadın ilə kişi arasında ağır şeylər daşımaqda bərabərlik cövr-cəfadır. Südəmər körpəsi olduğu halda qadınla kişi arasında oruc tutmaqda və bununla əlaqədar məşəqqətdə bərabərlik cövr-cəfadır. Hər ikisi arasında qadın gözəlliyinə xələl gətirən və onun qadınlığı ilə bir araya sığmayan çirkin işlərdə bərabərlik cövr-cəfadır. Qadına onun təbiətinə zidd bir əmək sahəsində çalışmağa məcbur edəcək bir peşə öyrədilməsi də cövr-cəfadır. Qadın və kişi insan münasibətlərinə aid olan hər şeydə bərabərdirlər. Belə ki, onların heç birinə öz iradəsinə zidd olaraq digəri ilə nigah bağlamağa, ədalətli məhkəməsiz və ya mühakimə olunmadan qarşılıqlı razılıq əsasında boşanmağa, qadının boşanmasına razılıq olmadan ərə getməsinə, yaxud kişinin boşanmasına razılıq olmadan evlənməsinə icazə verilməməlidir. Qadın evin sahibəsidir, çünki ev hamiləlik, xəstəlik, doğuş və körpəyə qulluq dövründə qadın üçün münasib və zəruri şərtlərdən biridir. Qadın analıq sığınacağının, yəni evin sahibəsidir. Analıq qadının təbiətindən irəli gələn ümdə borcdur. Uşaqları anadan, yaxud qadını evdən məhrum etmək cövrdür.
  Qadın dişi fərddir, bu isə o deməkdir ki, onun bioloji təbiəti kişinin təbiətindən fərqlidir. Qadının kişidən fərqli bu təbiəti ona istər zahirən, istərsə də mahiyyət etibarı ilə kişinin keyfiyyətlərindən fərqli keyfiyyətlər aşılamışdır. Heyvanat və bitki aləmində hər hansı bir dişi fərd erkək fərddən fərqləndiyi kimi, qadın da qadın olduğu üçün kişidən zahirən fərqlənir. Bu, şübhə doğurmayan bir həqiqətdir. Heyvanat və bitki aləmində erkək fərdlər öz təbiətləri etibarı ilə güclü və köbud olurlar, halbuki dişi fərd bitki aləmində də, heyvanat aləmində də, insan aləmində də öz təbiətləri etibarı ilə gözəl və zərifdirlər. Bunlar əzəli ümümən məlum həqiqətlərdir və insan, heyvan və bitki adlanan canlı varlıqlar bu həqiqətlərə uyğun xəlq edilmişdir.
  Xilqətcə müxtəlifliyə görə və təbiət qanunlarına uyğun olaraq erkək fərd köbud qüvvə daşıyıcısıdır, çünki o məhz bundan ötrü xəlq edilmişdir, dişi fərd isə gözəllik və zəriflik daşıyıcısıdır, çünki məhz bu rol üçün xəlq edilmişdir. Bu təbii qayda ədalətli hökmdür, belə ki, bir tərəfdən təbiidir, digər tərəfdən isə azadlığın əsas qaydasıdır, çünki bütün mövcüdat azad xəlq edilmişdir, deməli azadlıq qaydasına zidd olan hər bir müdaxilə zorakılıqdır. Təbii xüsusiyyətlərə etinasızlıq göstərmək, bu xüsusiyyətlərdən öz başına kənara çıxmaq həyatın özünün dəyərlərinin tapdanması, bu dəyərlərin məhv edilməsi deməkdir. Təbiət beləcə, həyatın varlıqdan yoxluğa kimi zəruri axarı ilə ahəngdar şəkildə nizamlanmışdır. Hər bir canlı varlıq xəlq edilir, yaşayır və ölür. Həyat əvvəldən axıra kimi ixtiyar və məcburiyyətin nə olduğunu bilməyən əzəli bir təbiət qanuna əsaslanır. Bu qanun təbii qanundur, onun əsasında təbii azadlıq durur. Heyvanat, bitki və insan aləmində həyatın varlıqdan yoxluğa doğru əzəli axarına uyğun olaraq erkək və dişi fərdlər labüd mövcud olmuşlar. Bu fərdlər nəinki mövcuddurlar, həm də öz təbii vəzifələrini ifa etmək üçün xəlq edilmişlər və vəzifələr tamam ifa edilməlidir. Əgər buna büsbütün əməl edilmirsə, deməli, müəyyən şərait nəticəsində həyatın təbii axarı pozulur. Lakin hazırda təqribən dünyanın hər yerində kişi ilə qadının rollarının qarışdırılması nəticəsində, daha doğrusu, qadını kişiyə çevirmək cəhdləri nəticəsində cəmiyyətdə bu vəziyyətə rast gəlmək mümkündür. Halbuki yaradılışa və onun qayəsinə uyğunluq zərurəti kişidən də, qadından da rollarını ahəngdar ifa etməyi tələb edir, əks təqdirdə geriləmə labüddür. Bu meyl təbiətə ziddir, azadlıq qaydasını pozur, həyata və mövcudluq qanunlarına qarşı çevrilmişdir. Kişi də, qadın da onlar üçün yaradılışdan müəyyən edilmiş rolu labüd olaraq ifa etməlidirlər, çünki onlar üçün müəyyən edilmiş roldan hər hansı cüzi belə geri çəkilmə fəqət məcburi, müstəsna hallarda, yəni qeyri-normal şəraitdə baş verə bilər. Səhhətinə görə hamiləlikdən, yaxud nigahdan boyun qaçıran, yaxud gözəl və zərif olmağa çalışmayan qadın özünün həyatdakı təbii rolundan məcburi səbəblər üzündən imtina etmiş olur. İşinə görə hamiləlikdən, nigahdan, analıqdan və s. boyun qaçıran qadın da öz təbii rolundan məcburi səbəblər üzündən imtina etmiş olur. Heç bir gerçək səbəb olmadan hamiləlikdən nigahdan, analıqdan və s. boyun qaçıran qadını öz təbii rolunu ifa etməkdən xilqətinə zidd mənəvi sapıntılar imtina etməyə məcbur edir.
  Beləliklə, qadının və kişinin öz təbii həyatı vəzifələrini ifa etmək istəməmələri ancaq azadlıq qanununa zidd olan və insanın mövcudluğunun özünü belə təhlükə altına alan qeyri-normal şəraitdə mümkün ola bilər. Deməli, qadına öz təbii vəzifəsini ifa etməyə mane olan və onu kişi ilə bərabərlik prinsipi naminə kişi əməyi ilə məşğul olmağa sövq edən maddi şəraitə son qoymaq üçün bütün dünya miqyasında inqilab etmək lazımdır. Şübhə yoxdur ki, belə bir inqilab xüsusilə sənaye cəhətdən inkişaf etmiş cəmiyyətlərdə özünü müdafiə instinktinə cavab olaraq labüddür. Bu inqilab hətta Yaşıl Kitab kimi xarici təbliğat mənbələrinin təsiri olmadan da baş verəcəkdir.
  HAZIRDA MÜVCUD OLAN BÜTÜN CƏMİYYƏTLƏR QADINA FƏQƏT ƏMTƏƏ KİMİ BAXIR. ŞƏRQ CƏMİYYƏTLƏRİ ONU ALQI-SATQI MALI SAYIR, QƏRB İSƏ ONU QADIN HESAB ETMİR.
  Qadını kişi işini görməyə sövq etmək onun həyatı davam etdirmək üçün yaradılışdan ona bəxş edilmiş qadınlığına təcəvvüz etməkdir. Kişi əməyi qadına öz əsas vəzifəsini ifa etmək üçün yaradılışda xas edilmiş gözəlliyi silib yox edir. Qadın ona xas olmayan iş üçün xəlq edilməmişdir. Bitkilərin çiçəkləri buna misaldır. Çiçək ona görə mövcuddur ki, tozlanma baş versin və toxumlar əmələ gəlsin: çiçək məhv edilərsə, bitki öz həyatı vəzifəsini ifa etmək qabiliyyətini itirər. Dişi kəpənəklərin, quşların və digər dişi heyvanatın təbii əlvan bəzəkləri təbiət tərəfindən həyatın ali məqsədi naminə yaradılmışdır. Əgər qadın öz təbii vəzifəsindən imtina edərək, gözəlliyinə etinasızlıq göstərərək kişi işi ilə məşğul olursa - kişiyə çevrilir. Qadın kişiyə çevrilmək və öz qadınlığından imtina etmək hüquqlarından savayı, başqa bütün hüquqlara malik olmalıdır.
  Bədən quruluşlarınadkı fərqlərə görə kişi və qadının əzələlərinin vəzifələri də müxtəlif olur. Bu vəzifələrin müxtəlifliyi temperamentin, psixoloji xüsusiyyətlərin, əsəb sisteminin, boy-buxunun da müxtəlifliyini şərtləndirir. Qadın cazibədardır, daha tez təsirlənir, ağlağandır, qorxaqdır. Təbiətcə qadın incə və zəif, kişi isə köbud və sərt yaradılmışdır.
  Qadın ilə kişi arasında təbii fərqləri nəzərə almamaq, onların vəzifələrini qarışdırmaq mədəniyyətin əsaslarına və təbiətin əzəli qanununa zidd bir meyldir. Bu meyl insan həyatının əsaslarını sarsıdır. İnsanın ictimai həyatındakı faciələrin əsl səbəbi də bu meyldir.
  Qadının qadınlığının, onun ana gözəllik və rahatlıq mənbəyi kimi təbii həyatı vəzifəsinin ziyanına olaraq kişi işi görməyə alışdırmış müasir sənaye cəmiyyətləri sivil yox, materialist cəmiyyətlərdir. Bu cəmiyyətlərə təqlid etmək ağılsızlıqdır və Mədəniyyət ilə nsaniyyət üçün təhlükəlidir.
    MƏSƏLƏ ONDA DEYİLDİR Kİ, QADIN İŞLƏMƏLİ, YAXUD İŞLƏMƏMƏLİDİR. MƏSƏLƏNİN BU CÜR QOYULUŞU BAYAĞI VƏ MƏNASIZDIR, BELƏ Kİ, CƏMİYYƏT KİŞİLİ QADINLI ƏMƏK QABİLİYYƏTİ VƏ ƏMƏYƏ TƏLƏBATI OLAN BÜTÜN ÜZVLƏRİNİ İŞLƏ TƏMİN ETMƏLİDİR. MƏSƏLƏ ONDADIR Kİ, HƏR KƏS FƏQƏT ÖZÜNƏ MÜNASİB SAHƏDƏ İŞLƏMƏLİDİR VƏ ÖZÜNƏ MÜNASİB OLMAYAN İŞİ ƏNCAM ETMƏYƏ MƏCBUR EDİLMƏMƏLİDİR.
  BALACALARI BÖYÜKLƏRİN İŞİNİ GÖRMƏYƏ MƏCBUR ETMƏK CÖVR VƏ ZORAKILIQDIR. QADINI KİŞİ İŞİ GÖRMƏYƏ MƏCBUR ETMƏK DƏ CÖVR VƏ ZORAKILIQDIR.
  Azadlıq odur ki, hər insan öz təbiətinə münasib olan və onu özünə münasib işlə məşğul olmağa hazırlayan bilik və təcrübəyə malik olur.
  Zorakılıq odur ki, insan öz təbiətinə münasib olmayan və onu özünə münasib olmayan işlə məşğul olmağa sürükləyən bilik və təcrübəyə malik olur. Heç də həmişə kişinin görə bildiyi iş qadına münasib olmur. Uşaqın biliyi və bacarığı böyük adamın bilik və bacarığından fərqlənir.
  İnsan hüquqları hamı üçün - kişi üçün də, qadın üçün də, böyüklər üçün də, uşaqlar üçün də bərabərdir. Lakin onların vəzifələri heç də bərabər deyil.

Qaralar

  DÜNYAYA QARALAR HÖKMRANLIQ EDƏCƏKLƏR.
  Ağ irqin qara irqi əsarət altına alması quldarlıq tarixində son mərhələ olmuşdur. Qara dərili adam öz hüquqlarını bütünlüklə bərpa etdiyini dərk etməyincə, bu dövrün xatirəsi onun zehnindən silinməyəcək.
  Tarixin bu faciəli hissəsi, onun doğurmuş olduğu ağrı hissi və bütöv bir irqin özünü təsdiq etməyə və hüquqlarını qaytarmağa yönəldilmiş psixoloji səyi elə bir psixoloji amil təsəvvürü yaradır ki, qara irqin intiqam almaq və hökmranlıq etmək səyini nəzərə alsaq, bu amilin əhəmiyyəti ilə hesablaşmamaq olmaz. Bundan əlavə, tarixi ictimai prosesin Asiyadan gələrək bütün başqa qitələri işğal etmiş sarı irqin hökmranlığı, sonra isə bütün qitələri müstəmləkə altına almış ağ irqin hökmranlığı kimi amillərini də nəzərə almaq vacibdir.
  Hazırda qara irqin hökmaranlığı dövrü başlanır. Sosial nöqtəyi-nəzərdən hazırda qara irq çox geridə qalmışdır. Lakin bu gerilik qara irqin sayca üstünlük qazanmasına kömək edir, belə ki, həyat səviyyəsinin aşağı olması qara dərili adamları nəsil artımını məhdudlaşdırmaq vasitələrindən istifadə etmək imkanından məhrum etmişdir. Bundan əlavə, ictimai adətlər geridə qaldığından qaralar nigah əlaqələri sahəsində məhdudiyyətin nə olduunu bilmirlər və nəticədə onların sayı qeyri-məhdud şəkildə artır. Eyni zamanda başqa irqlər doğumun nizama salınması və nigah haqqında təsirli qanunların qəbul edilməsi sayəsində sayca azalırlar. Bunun daha bir səbəbi onların əbədi azadlıq şəraitində bekarçılıq edən qaralardan fərqli olaraq həmişə məşğul olduqları ilə əlaqədardır.

Təhsil

  Elm və təhsil gənclərin müəyyən vaxt ərzində cərgə ilə əyləşib çap olunmuş dərsliklərdən öyrənməyə məcbur edildikləri müntəzəm tədris proqramlarından və mövzulara bölünmüş fənlərdən ibarət deyildir. Hazırda bütün dünyada məqbul sayılan bu tədris üslubu azadlığa ziddir. Dünya dövlətlərin iftixarla öz gənclərinə qəbul etdirdiyi icbari təhsil azadlığı boğmaq və insanın fitri istedadını məhv etmək vasitəsidir. Peşə yönümünün seçilməsi də hər hansı bir məcburiyyət azadlığa ziyan vuran bir zorakılıq olur, çünki bu, insanı azad seçim, yaradıcılıq və öz istedadını aşkar etmək hüququndan məhrum edir. Proqram üzrə müntəzəm icbari təhsil əslində zorakılıqdan başqa bir şey deyildir.
  Tədris prosesini rəsmi proqram çərçivəsinə salan və vətəndaşları rəsmən təsdiq edilmiş müəyyən fənləri və dərsləri öyrənməyə məcbur edən bütün dövlətlər öz vətəndaşlarına qarşı zorakılıq işlədirlər. Ümumdünya mədəni inqilabı bütün dünyada işlənən tədris üsullarını dağıtmalı və insan şüurunu birtərəfli proqramlardan, habelə insanın zövqünü, təsəvvürlərini və аıl tərzini qərəzlə yenidən qurmaq cəhdlərindən azad etməlidir.
  Bayağı düşünənlər deyilənləri tədris müəssisələrinin bağlanılmasına və insanların təhsil almaq imkanından məhrum edilməsinə çağırış kimi anlamasınlar. Əksinə, deyilənlərin mənası odur ki, cəmiyyət bütün təhsil növlərini təmin etməli və öz vətəndaşları üçün onların təbiətinə daha münasib olan təhsil növü seçmək imkanı yaratmalıdır. Bu isə elmin bütün sahələrində kifayət qədər tədris müəssisələrin açılmasını tələb edir. Tədris müəssisələrinin çatışmamazlığı insan azadlığını məhdudlaşdırır, insanı mövcud tədris müəssəsilərində tədris edilən fənləri öyrənməyə vadar edir və bununla əlaqədar olaraq insanı azad seçim hüququndan məhrum edir, belə ki, elmin digər sahələrinə dair tədris ocaqları mövcud deyildir.
  Biliklərin yayılması yolunda mane törədən, bilikləri inhisara alan cəmiyyət geriçi, nadan və azadlığa düşmən cəmiyyətdir. Dinin öyrənilməsinə mane olan, dini bilikləri inhisara alan cəmiyyət, başqasının dinini, başqasının mədəniyyətini, başqasının həyat tərzini təhrif edən cəmiyyət, habelə dünyəvi bilikləri yasaq edən, yaxud bu bilikləri inhisara alan cəmiyyət də geridə qalmış cəhalətə meyl edən və azadlıa düşmən cəmiyyətdir. Bilik hər bir insanın təbii haqqdır və heç kəsin onu bu hüququndan məhrum etməyə ixtiyarı yoxdur. Fəqət insan özü bilikdən imtina edə bilər.
  Hər şey əslində olduğu kimi göstəriləndə və hər bir insan həqiqəti özünə münasib olan yolla dərk etmək imkanı əldə edəndə, cəhalət öz-özünə yox olacaq.

Musiqi və incəsənət

  İnsanlar bir-birini bir dildə başa düşmədikcə, geridə qalacaqlar. Bəşəriyyət qeyri-mümkün görünən bu arzusuna yetişməyincə, hər bir xalq sevinci və kədəri, xeyri və şəri, gözəlliyi və çirkinliyi, rahatlığı və əzabı, ölümü və əbədiliyi, sevgini və nifrəti, yəni bütün hisslərini, zövq və əhvalını öz doğma, təbiətən mənimsədiyi dilində ifadə edəcəkdir. Həm də insanın davranışı dil daşıyıcısının qəlbində həmin dildə yaranan hissi qavrayışın doğurduğu reaksiya ilə müəyyən ediləcəkdir.
  Hazırda hamının bir dili qəbul etməsi məsələni həll etmir. Bu məsələ bir neçə nəslin ömrü boyu davam edəcək dillərin qovuşması prosesi bir neçə mərhələ keçdikdən sonra həll ediləcəkdir, həm də o şərtlə ki, bu nəsillər zaman keçdikcə irsiyyət amillərini itirəcəkdir: ata-babanın hissi qavrayışları, zövq və temperamenti oğul və nəvələrin hissi zəif şəkildə olsa da, hətta bir xalqın içində də özünü göstərir.
  Vahid ümumi bir dil öyrənmək çətin deyildir, necə ki, başqa xalqların dilini bilməklə onların incəsənətini dərk etməyə alışmaq çətin deyildir. Çətinlik özgə dil əsasında həqiqi emosional vəhdətinə nail olmağın qeyri-mümkünlüyündədir. Eyni dildə danışan adamlarda irsiyyət amilinin təsiri itib getməyincə, bu problem mövcud olacaqdır.
  nsanlar öyrəndikləri dildə yox, məhz ata-analarından irs olaraq aldıqları vahid bir ümumi dildə danışmadıqca, bəşəriyyət sözün əsl mənasında gerilik içində olacaqdır.
  Buna baxmayaraq, mədəniyyətin arasıkəsilməz inkişafı nəticəsində bu məqsədə yetişmək ancaq vaxtdan asılıdır.

İdman, atçılıq, tamaşalar

  İdman, namaz kimi, fərdi ola bilər və insan təklikdə, hətta bağlı otaqda belə onunla məşğul ola bilər ki, bu vaxt idman oyunları, məbədlərdə qılınan camaat namazı kimi, açıq meydançalarda keçirilir. Birinci növ idman fərdi məşğələdir, ikinci növ isə kütləvi idman növüdür, çünki bu növ idmanla bütün xalq məşğul olur və bu məşələni o heç kəsə həvalə etmir. Ağlasığmaz bir şeydir ki, adamlar məbədlərə gedib, başqalarının necə namaz qıldıqlarına tamaşa etsinlər, özləri isə namaz qılmasınlar. Elə həmin dərəcədə də ağlasığmaz bir şeydir ki, adamlar dəstə-dəstə stadionlara və idman meydançalarına idman oyunlarında iştirak etmək üçün yox, hər hansı bir idmançının, yaxud bir qrup idmançının çıxışlarına tamaşa etmək üçün getsinlər.
  İdman namaza, yeməyə, isinməyə, yaxud sərin havaya bənzəyir. Camaat restoranlara ona görə getmir ki, başqalarının necə yediklərinə tamaşa etsin. Kiminsə öz əvəzinə qırağında isinməyi, ya ventilyatorun qabağında sərinləməyi kiməsə həvalə etməsini təsəvvürə gətirmək gülüncdür. Elə cəmiyyətin də ayrı-ayrı, yaxud bir qrup idmançının xərclərini ödədiyi halda bir nəfərə və ya bir qrup adama cəmiyyəti idmandan kənar edərək, idmanı inhisara almaq imkanı verməsi eyni dərəcədə gülünc və çətin başa düşülən bir şeydir. Demokratiya nöqtəyi-nəzərindən bu caiz deyildir, necə ki, xalqın ayrıca bir fərdə, yaxud bir qrup adama - partiyaya, sinifə, tayfaya, qəbiləyə, yaxud parlamentə xalq adından onun taleyini həll etmək, yaxud tələbatını müəyyən etmək imkanı verməsi caiz deyildir.
  Fərdi idman bu idmanla məşğul olanların işidir. Onlar bu idmanla öz təşəbbüsləri ilə məşğul olurlar, xərci də özləri çəkirlər. Kütləvi idman insanların sosial tələbatıdır, ona görə də nə idman nöqtəyi-nəzərindən, nə də demokratiya baxımından onların əvəzinə bu idmanla məşğul olmağı heç kimə həvalə etmək caiz deyildir. dman nöqtəyi-nəzərindən heç bir kəsin idmanla məşğul olmağa həvalə etdiyi adam idmandan aldığı mənəvi və fiziki həzzi başqasına verə bilməz. Demokratiya nöqtəyi-nəzərindən isə, nə ayrıca bir fərdin, nə də bir insan qrupunun başqalarını kənar edərək idmanı, hakimiyyəti, sərvəti və silahı inhisara almağa haqqı yoxdur.
  Bütün dünya ölkələrində müasir idmanın ənənəvi əsasını idman klubları təşkil edir və idman sahəsində bütün vəsait və imkanlar onların sərəncamında olur. Əlbəttə, bu təşkilatlarda hakimiyyəti xalqın adından inhisara almış siyasi diktatura təsisatları kimi, cəmiyyətdən əxz edilən sərvəti inhisara almış iqtisadi təsisatları kimi və cəmiyyət adından silahı inhisara almış ənənəvi hərbi təsisatlar kimi inhisarçı sosial təsisatlardır. Kütlələr əsri sərvəti, hakimiyyəti və silahı inhisara almış təsisatları dağıtdığı kimi idman, atçılıq və s. kimi sosial fəaliyyət növlərini inhisara almış təsisatları da dağıtmalıdır. Xalq kütlələri öz əvəzlərinə onların talelərini həll edəcək, yaxud əgər daha ağlasığmaz bir şey təsəvvürə gətirmək mümkündürsə - onların əvəzinə onların tapşırığı ilə onların ləyaqətinin, suverenliyinin və s. daşıyıcısı olacaq namizədi müdafiə etmək üçün növbəyə düzüldükləri zaman iradə və ləyaqətdən məhrum edilmiş bu kütlələrə fəqət o qalır ki, adətən kütlələrin özləri etməli olduqları bir işi başqa bir şəxsin necə ifa etdiyinə tamaşa etsinlər. İdmanın faydasını başa düşmədiklərinə görə, yaxud idmanı öz inhisarına almış, kütlələri isə əyləndirərək şüurlarını kütləşdirməyə çalışan və onlara idmanla məşğul olmaq əvəzinə fəqət gülmək və əl çalmağı rəva bilən təşkilatların hoqqabazlığı sayəsində özləri və öz xeyirlərinə idmanla məşğul olmayan kütlələrlə də eyni şey baş verir. Hakimiyyət xalqa məxsus olduğu təqdirdə idman da kütləvi xarakter alır. Sərvət və silah kütlələrə məxsus olan vaxt sosial fəaliyyət növü kimi idman da kütlələrə məxsus olur.
  Kollektiv idman kütlələrin işidir. Sağlamlıq və əyləncə vasitəsi kimi faydalı olduğundan bütün xalqın idmanla məşul olmağa haqqı var. İdmanı istisnasız olaraq ayrı-ayrı fərdlərin, yaxud bir qrup adamın ixtiyarına vermək və kütlələr onları hər cür zəruri vəsaitlə təmin etdikləri və bütün xərcləri ödədikləri halda onların idmanı sağlamlıq və mənəvi tərbiyə ilə əlaqədar üstünlüklərindən tək başına istifadə etməklərinə imkan vermək olmaz.
  Stadionların tribunalarına dolmuş minlərlə əl çalan və gülən tamaşaçı minlərlə qəflətdə olan adamlardır ki, özlərinin şəxsən idmanla məşğul olmaq imkanları olmadığından bekar-bekar tribunalarda oturub çempionlara əl çalıb alqışlayırlar, halbuki bu çempionlar təşəbbüsü onların əlindən almış, onları sıxışdıraraq idmandan kənar etmiş və kütlələr hesabına yaradılmış bütün imkanlardan öz xeyirlərinə istifadə edərək idmanı inhisara almışlar. Stadionların tribunaları fəqət onun üçün mövcuddur ki, kütlələrin idman meydançalarına və idman qurğularına yolunu kəssin və onlara o idmanla məşğul olmaq imkanı verməsin.
  Kütlələr idmanın sosial fəallıq növü olduğunu başa düşüb idman meydançalarına axışacaqları vaxt və tamaşaçı kimi deyil, iştirakçı kimi çıxış edərək idmanla məşğul olacaqları zaman stadionların tribunaları boşalacaq və itib gedəcək. Əlbəttə, daha çox ağlasığan şey o olardı ki, qeyri-fəal tamaşaçı rolunu idmanla məşğul olmaq qabiliyyəti olmayan və bekar azlıq ifa etsin.
  Teatr və konsert zallarını həyatda qəhrəmanlıq rolları ifa etməyə qadir olmayan, tarixi hadisələrin mənasını dərk edə bilməyən və gələcəyi təsəvvürə gətirə bilməyən qeyri-ciddi adamlar doldururlar. Bu avaralar teatrlara və tamaşa salonlarına gəlirlər ki, məktəb şagirdləri kimi, həyatın necə cərəyan etdiyinə baxsınlar və öyrənsinlər.
  Həyatı ancaq özləri yaradanların artistlərin teatr səhnəsində və tamaşa salonlarında həyatı necə təsvir etdiklərinə tamaşa etməyə ehtiyacları yoxdur. Elecə də at belində çapan atçılar cıdır vaxtı tribunalarda əyləşmirlər. Əgər hər kəsin atı olsa idi, cıdıra tamaşa etməyə və cıdır iştirakçılarına əl çalmaq arzusunda olan bir kəs belə tapılmazdı. Oturub tamaşa edənlər ancaq o kəslər olardı ki, onlar özləri idmanın bu növü ilə məşğul olmağa qadir deyillər, çünki ata minə bilmirlər.
  Köçəri xalqlar teatr və tamaşaların nə olduğunu bilmirlər, çünki onların həyatı son dərəcə sərtdir, əmək tələb edir, onlar həyata ciddi yanaşırlar və həyatın səhnələşdirilməsi onlara gülünc gəlir. Bu adamlar idman yarışlarına tamaşa etmirlər, amma bu cür yarışlarda əməyin sevincini başa düşür və bölüştürürlər, çünki onlar bu yarışlarda iştirak etməyə ciddi tələbat duyurlar.
  Boks və müxtəlif güləş növləri ona dəlalət edir ki, bəşəriyyət hələ vəhşilik qalıqlarından tam yaxa qurtara bilməmişdir. Lakin insan daha yüksək mədəniyyət səviyyəsinə çatanda, bu hökmən baş verəcəkdir. Dueldə tapanca ilə atışma, ondan qabaq isə insan qurbanları verilməsi insan cəmiyyətinin həyatında adi hal olmuşdur. Amma artıq yüz illərdir ki, bu vəhşilik əmməllərinə son qoyulmuşdur. İndi adamlar bir zamanlar belə əməllərlə məşğul olduqlarını xatırlayanda, bu onlara gülünc görsənir, bəzən isə xəcalət çəkirlər. On ildən, yaxud yüz ildən sonra boks və güləşlə də eyni hadisə baş verecək. Amma artıq indinin özündə belə mədəni və intelektual cəhətdən inkişaf etmiş adamlar idmanın bu cür vəhşi növlərindən uzaqlaşırlar, bu cür çıxışların nə tamaşaçısı, nə də iştirakçısı olmaq istəmirlər.

Комментариев нет:

Отправить комментарий