Sadə amerikalı
polisin əhvalatı bu ölkədə hökm sürən sosial ədalətsizliyi bütün çılpaqlıqla
ifşa etdi.
Son günlər ABŞ-da bu ölkənin vətəndaşların adətən döyüş
filmlərindən izləməyə öyrəşdikləri hadisələr cərəyan edir. Özündə eyni zamanda
Terminatoru, Rembonu və Supermeni təcəssüm edən Kristofer Dorner adlı keçmiş
polis əməkdaşı bütöv bir ştatın hüquq-mühafizə orqanlarına partizan müharibəsi
elan edərək, öz keçmiş həmkarlarını bir-bir qətl etməyə başlayıb. O artıq bir
polisi öldürüb, daha ikisini isə yaralayıb. O həmçinin polisin qızını və onun
sevgilisini də öldürüb.
Bu cür zorakılığa haqq qazandırmaq fikrindən uzağam.
Lakin Kristoferin özünü “demokratiyanın beşiyi” adlandıran ABŞ-da hansı ədalətsizlik
və zülmlərlə qarşılaşdığına nəzər salsaq, onun bu cür radikal addıma sövq etmiş
motivləri az da olsa başa düşə bilərik.
Balaca Kris həyatının elə ilk illərindən Amerikanın sərt
reallığı ilə qarşılaşmalı oldu. Belə ki, qaradərili olduğuna görə amerikalı zənci
üçün ən ağır söyüş sayılan “nigger” adı ilə məktəb uşaqları tərəfindən
aşağılanırdı. Lakin Dorner heç vaxt irqçi söyüşləri cavabsız qoymazdı və məhz
buna görə tez-tez davalara düşürdü. Onun həyatının əsas prinsipi elə o vaxtdan
formalaşıb: heç vaxt ədalətsizliyi cavabsız qoyma!
Məktəbi bitirdikdən sonra, Kristofer ABŞ-ın Hərbi Dəniz
Qüvvələrində xidmət etməyə başlayır. Orada özünü əla əsgər kimi tanıtdırandan
sonra, ehtiyata çıxır və polis idarəsinə işləməyə gedir. Gənc qanun keşikçisi
inanırdı: bu vəzifədə onun üçün ədalətsizliklə mübarizə aparmaq daha asan
olacaq.
Lakin Amerika polis sistemində hökm sürən irqçilik, səbəbsiz
zorakılıq, rüşvətxorluq və dedovşina Dorneri hüquq-mühafizə orqanları haqqında
fikirini 180 dərəcə dəyişməyə məcbur edir. O qanunu ayaq altına salan həmkarlarına
donoslar yazmağa başlayır. Bu da əlbəttə ki, rəhbərliyin xoşuna gəlmir və onu
bir idarədən digər idarəyə köçürürlər. Ruhi xəstə oğlanı vəhşicəsinə döymüş
polis əməkdaşına qarşı şikayət qaldırdıqdan sonra isə, Dorneri ümumiyyətlə
polisdən qovurlar.
Kristofer uzun müddət müxtəlif instansiyaların qapılarını
döyərək ədalətə nail olmaq istəyirdi. Axırda isə başa düşdü: özü eyni simada
prokuror, hakim və cəllad olmaqdan başqa çarə yoxdur. O Loc-Anceles polis idarəsinə
14 səhifəli bir manifest göndərərək, onlara partizan müharibəsini elan etdiyini
bəyan etdi.
Manifestin boş hədə olmadığı elə ilk günlərdən aydın
oldu. İrveyn (Kaliforniya ştatı) şəhərinin baş işverəni sayılan idarə rəisi və
onun qızının öldürülməsi Dornerin zarafat etmədiyini göstərib. Daha sonra isə
polis ovu iki hüquq-mühafizə orqanları əməkdaşının yaralanması ilə davam etdi.
Əslində müharibə yoluna qədəm qoyan keçmiş polis mübarizəsinin
məğlubiyyətə düçar olduğunu dərk edir. O öz manifestində buna işarə edərək
yazır: “Bilirsiniz niyə Amerika əsgərləri İraq və Əfqanıstan yaraqlılarına
qalib gələ bilmirlər? Çünki onlar ölümdən qorxmurlar. Mən də elənçiyəm. İtirəsi
bir şey qalmayıb. Onsuzda polis idarəsi əlimdən hər şeyi alıb.”
Amerika ictimayyətinin Dornerin addımlarına reaksiyası da
maraqlı oldu. Onu dəstəkləmək üçün sosial şəbəkələrdə açılan səhifələrin sayı
yağışdan sonra göbələklər kimi artır. Lakin Kristoferin dəstəkçiləri heç də
virtual aləmlə kifayətlənmək fikirində deyillər: ona Loc-Ancelesdə yaşayan
çoxsaylı anarxistlərin, solçuların və islamçıların da qoşulacağı gözlənilir. Təşviş
içində olan Loc-Anceles polisi bunun qarşısını almaq üçün şəhər sakinlərinə hədə-qorxu
dolu bir bəyanatla müraciət edib. Dornerə dəstək verənlərə qarşı ən sərt
addımların atılacağına söz verilib. Lakin farslar demişkən: “Çi fayda?”
Üsyankar polisin tərəfdarları artmağa davam edirlər. Ən nikbin ekspertlər isə əmindirlər:
“Kristofer Dornerin hərəkatı Amerika inqilabının başlanğıcı olacaq!” Çünki Kristoferin
başladığı partizan müharibəsi yalnız ilk baxışdan şəxsi zəmində qisasdır, əslində
isə illərdir hökm sürməkdə olan ədalətsiz və irqçi quruluşa qarşı cəsarətli bir
manifestdir!
Asim Məmmədov, Islamazeri.az
Комментариев нет:
Отправить комментарий