суббота, 24 декабря 2011 г.

Ağqoyunlu

Əsrin ortalarında Azərbaycan milləti,
Yaratdı adlı-sanlı, şöhrətli bir dövləti.
Ulu babanı yaddan çıxartmamış oldular,
Bayandurun ismini bu dövlətə qoydular.
Pəhləvan bəy ilk dəfə seçilmişdi hökmdar,
Azəribaycan ona gəlirdi amma ki, dar.
İraqla Anadolu, İran da, oldu bizim,
Pəhləvan dedi: indi genişləndi ərazim.
Hər iş gedirdi yaxşı, amma, yetişdi bir an,
On beşinci əsrdən ortaya çıxdı böhran.
Sıxıntılı günləri yaşadı Ağqoyunlu,
Gəldi hakimiyyətə bu vaxtlarda bir ulu.
Bax, həmin hökmdarın Uzun Həsəndir adı,
Nəsib oldu millətə o xoşbəxtliyin dadı.
Uzun Həsən xalqına olmuş idi bir mayak,
Müdrik Sara xanım da, oldu ona bir dayaq.
Düşmən dözə bilmədi bu xoşbəxtliyə əlbət,
Müsəllət oldu xalqa müharibə, müsibət.
Çıxdı üzə bu yandan avropalı fitnəkar,
İki türk hökmdarı bir-birinə oldu kar.
Savaş elan eylədi heyif qardaş-qardaşa,
Faciə Tercan kimi həkk olundu yaddaşa.

Комментариев нет:

Отправить комментарий