воскресенье, 4 декабря 2011 г.

Hacı Əlikram Nardarani


Çatanda hacının hətta son nəfəsi,
Dilindən düşmədi "Ya Hüseyn" kəlməsi,
Fəxr eləyir Azərbaycan ölkəsi,
Allah rəhmət eləsin gəni,
Hacı Əlikram Nardarani.

Olanda Allahsız kommunist dövləti,
Sən Haqqa dəvət elədin milləti,
Əməllərinlə qazandın əbədi hörməti,
Məhv olmağa qoymadın dini,
Hacı Əlikram Nardarani.

Sən əsrimizin Xətaisi, Xomeynisisən,
Millətimizin iftihar mənbəsisən,
Göylərdən enən Allahın haqq səsisən,
Tərk elədi dünyayi-fani,
Hacı Əlikram Nardarani.

Bütün darül-islama yayıldı şöhrətin,
Hər Hüseyn aşiqi saxlayır hörmətin,
Mübarizliq ruhu ən böyük sərvətin,
Xalqımız unutmayacaq səni,
Hacı Əlikram Nardarani.

Комментариев нет:

Отправить комментарий