воскресенье, 4 декабря 2011 г.

Az qalıb!


Xoş günlərimiz hələ qabağda,
Edəcəyik bayram Qarabağda,
Xalqım, millətim qalıb sorağda,
Sahibi Zaman gələcək, az qalıb!

Bu şərəfsiz sistemi quranlar,
Dindarları türməyə atanlar,
Öz canını şeytana satanlar,
Məhşərə peşman gələcək, az qalıb!

Bir istəyimdir tez gəlsin İmam,
Tez yetişsəydi o xoşbəxt məqam,
Gəl zühur elə, ey mənim ağam,
Hər dərdə dərman gələcək, az qalıb!

Gəlsə inşAllah Mehdi ağamız,
Sağalar bizim hicab yaramız,
Yaşayar xoşbəxt bizim xalqımız,
Şad Azərbaycan gələcək, az qalıb!

Комментариев нет:

Отправить комментарий