воскресенье, 4 декабря 2011 г.

V.Vısotskidən tərcümə


Kommentator öz kabinadan,
Söyür bizi elə-belə,-
Amma "Fiorentina"dan
Gəldi milyon Bışovitsa görə.

Peledir elə Pele
Dedim arvadıma mən də
Yeyir Pele krem-brüle
Jairzinyo ilə bir yerdə.

Oturmuşam bekəra,
Aldım zibil arvadıma
Rioda aldı Pele
Özünə bir Şevrole.

Murla məşğul oldu prokuratur,
Onun üçün reklamdır - oldu şad
Qaçmazdı bizim MUR-dan Mur
Bizdə olsaydı çempionat.

Peledir elə Pele
Dedim arvadıma mən də
Yeyir Pele krem-brüle
Jairzinyo ilə bir yerdə.

Oturmuşam bekəra,
Aldım zibil arvadıma
Rioda aldı Pele
Özünə bir Şevrole.

Bəlkə yüzə qədər saya bilmir o,-
Məncə yəqin bacarardı:
İkinci gözə sahib olsaydı Tostao
İki dəfə çox qol vurardı!

Комментариев нет:

Отправить комментарий